“Fransanın bu addımı onun acizliyinin göstəricisidir” - Rəy

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev Fransanın Azərbaycan diplomatlarını “arzuolunmaz şəxs” elan etməsini onun zəifliyinin göstəricisi hesab edir.
Milli Məclisin deputatı açıqlamasında bildirib ki, Emmanuel Makronun prezidentliyi dövründə Fransa siyasəti bütün istiqamətlərdə iflasa uğrayıb: “Fransa qoşunlarının dörd Qərbi Afrika ölkəsindən qovulması, müstəmləkə ərazilərində Fransa hakimiyyətinə qarşı etirazların güclənməsi, ölkə daxilində aparılan islahatların uğursuzluğu və daxildə səngimək bilməyən etirazlar Fransa hökumətini iflic vəziyyətə gətirib. İş o yerə çatıb ki, prezident Makron sosial təminat sahəsində “islahat” adı altında həyata keçirdiyi qanun dəyişikliklərini parlamentdə müzakirə edilmədən imzalamağa məcbur olub”.
C.Feyziyev deyib ki, Fransanın beynəlxalq siyasət istiqamətində bütün cəhdləri uğursuzluqla nəticələnib: “Şərqi Aralıq dənizində Türkiyə- Yunanıstan ixtilafına uğursuz müdaxilə cəhdi, Liviyada Türkiyə ilə rəqabəti birdəfəlik uduzması, Rusiya-Ukrayna müharibəsinə birmənalı olmayan dəyişkən münasibəti Fransanı dəfələrlə beynəlxalq miqyasda biabır edib. Son üç ildə ölkəmizə qarşı Ermənistanın haqsız mövqeyini BMT Təhlükəsizlik Şurasında dəstəkləmək cəhdləri də digər üzv dövlətlər tərəfindən dəfələrlə rədd edilib. Bütün bunlar Fransa siyasətinin bütün istiqamətlərdə yarıtmaz olduğunu göstərir”.
Milli Məclisin üzvü, həmçinin vurğulayıb ki, Makron hökumətinin Azərbaycanın iki diplomatının ölkədən çıxarılması haqqında qərarı isə bir daha Fransanın hadisələrin ardınca süründüyünü sübuta yetirir: “O, bu addımı casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən qovulmasına “cavab addımı” kimi atıb. Fransalı diplomatların qeyri-qanuni fəaliyyəti beynəlxalq səviyyədə isübut olunmuş faktdır. Lakin Fransa hökumətinin diplomatlarımızı nədəsə günahlandırmağa heç bir əsası və dəlili yoxdur. Ona görə də Fransa hökuməti tərəfindən iki diplomatımızın “arzuolunmaz şəxs” elan edilməsi onun zəifliyinin və fakt qarşısında acizliyinin göstəricisidir”.(“Report”)
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT