Ağdam kənd bələdiyyəsinin sədri əksəriyyətə örnək ola biləcək vəzifə sahibidir

Məlumdur ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası, məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilir. Yəni, Ümummilli Liderin səyi ilə dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla, ölkəmizdə ilk dəfə olaraq bələdiyyə institutu yaradıldı. Yəqin ki, tam əksəriyyət o haqda da məlumata malikdir ki, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasını həyata keçirən qeyri-dövlət qurumdur. Faktdır ki, ölkəmizdə fəaliyyət göstərən hər bir bələdiyyənin öz mülkiyyəti, büdcəsi, seçkili bələdiyyə orqanları mövcuddur və bu qeyri-dövlət qurumu, məhz öz səlahiyyətlərinə aid olan bir çox yerli əhəmiyyətli sosial məsələləri müstəqil surətdə həll edə bilirlər. Qeyd edək ki, hər bir bələdiyyənin fəaliyyəti bərabərlik əsasında qurulur və onlar bu yöndə də fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmiş və həmin vaxtlarda Respublikamızda 2700 bələdiyyə yaradılmışdır. Bir qədər vaxt keçdikdən sonra isə, kiçik bələdiyyələrin böyük bələdiyyələrə birləşdirilməsi prosesi baş verdi və belə bir səbəbdən də, ümumi bələdiyyələrin sayı 1771-ə çatdı. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin olunmaqla ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.
Ölkəmizdə bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, eyni zamanda ölkə vətəndaşlarına idarəçilik işlərində yaradılmış imkanın da göstəricisi oldu. Bəli, vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan yerli özünüidarə orqanları ilk vaxtlardan elə təşkil olundu ki, insanlar öz fəaliyyətində yerli özünüidarəetmə orqanlarının varlığını və zəruriliyini hiss etməyə başladılar. Belə bələdiyyələrdən biri də Tovuz rayonunun Ağdam kənd bələdiyyəsidir. Qeyd edək ki, bu günə kimi Ağdam kənd bələdiyyəsinə bir neçə nəfər şəxs rəhbərlik etmiş və ötən illər ərzində bu kəndə dair çoxsaylı sosial problemlər də öz həllini tapmışdır. Hal-hazırda Ağdam kənd bələdiyyəsinə 27 aprel 1982-ci tarixdə anadan olan, ali təhsilli, 2013-cü ildən adı çəkilən bu kənddə uşaq bağçasına rəhbərlik etmiş və işlədiyi müddət ərzində Fəxri fərmanla təltif olunmuş, 2021-ci ildən kənd bələdiyyəsində sədr əvəzi vəzifəni, 2023-cü ilin iyun ayından isə sədr vəzifəsini daşıyan Əzizova Pərvanə Əsəd qızı rəhbərlik etməkdədir. Haqqında söhbət açdığımız bələdiyyə sədri Pərvanə Əzizova da, məhz üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirən rəhbər şəxslərdəndir. O, artıq səkkiz aya yaxındır ki, bugünkü vəzifəsini daşımaqdadır. Yəni, təqribən səkkiz ay bundan əvvəl Pərvanə Əzizovanın bugünkü vəzifəsinə seçki yolu ilə sahib olması, əslində Ağdam kənd bələdiyyəsi ərazisində həyata keçirilən quruculuq və yeniləşmə işlərinə çox ciddi təsirini göstərmişdir. Ötən müddət ərzində bələdiyyəyə aid ərazilərin yeniləşməsi onu söyləməyə əsas verir ki, Pərvanə Əzizova olduqca səriştəli idarəçilik bacarığına sahib olan bələdiyyə sədridir. Bəli, bu gün hər kəs görür ki, Ağdam kənd bələdiyyəsinin əhatə etdiyi ərazilər olduqca gözəlləşib və hal-hazırda müəyyən yerlərdə abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Qeyd edək ki, vaxtilə sakinlərin üzüzə qaldıqları və sosial əhəmiyyət kəsb edən problemlərin tam əksəriyyəti isə aradan qaldırılmaq üzrədir.
Onu da bildirək ki, ötən müddət ərzində Pərvanə Əzizovanın başlıca amalı üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmək və sosial problemlərin həllinə nail olmaq olub. Sözsüz ki, ötən səkkiz ay ərzində kənd sakinlərinə məxsus çoxsaylı sosial problemlərinin həllində, Ağdam kənd bələdiyyəsi sədrinin müstəsna xidmətləri olub. Faktdır ki, Tovuz Rayon İcra Hakimiyyəti Aparatı ilə bu bələdiyyə arasında yaradılmış işbirliyi, bir çox sosial problemlərin həllinə lazımınca təsirini göstərib. Məsələn, bələdiyyənin daxili imkanları hesabına dolanışıq vəziyyəti ağır olan sakinlərə müəyyən köməkliklər göstərilməklə bərabər, ilin əziz günlərində şəhid ailələrinə, müharibə veteranlarına, xəstələrə, təhna yaşayanlara, çoxuşaqlı ailələrə və s. lazımi diqqət və qayğı da göstərilir. Bələdiyyəyə aid küçə və döngələrdə mütəmadi təmizlik işləri həyata keçirilir ki, bu da bələdiyyə rəhbərliyinin daim diqqətdə saxladığı məsələlərdən biri olur.
Bəli, bu gün Ağdam kənd bələdiyyəsi ərazisində çoxsaylı sosial problemlər Pərvanə Əzizovanın sayəsində həllini tapır və belə bir halın varlığı, məhz ona daha çox uğur gətirməkdədir. Çünki, bu bələdiyyənin ərazisində problemlər həllini tapırsa, sakinlərin sosial-rifah halının yaxşılaşdırılması yöndə müəyyən addımlar atılırsa, deməli rəhbərlik daşıdığı vəzifəsinin məsuliyyətini lazımınca dərk edir. Eyni zamanda, Pərvanə Əzizova bugünkü addımları ilə ölkə rəhbərinin yürütdüyü müdrik siyasətə dəstək də verir. Bu əsl həqiqət, reallığın görünən tərəfləridir. İnanırıq ki, Ağdam kənd bələdiyyəsi sədrinin çevik idarəçilik bacarığı, problemli məsələlərin həllində oynadığı rolun varlığı, təşklatçılıq qabiliyyətinin göstəricisi və s. bundan sonra da əksər problemlərin aradan qaldırılmasına imkan verəcək.
Hal-hazırda Pərvanə Əzizovanın fəaliyyətində əsas istiqamət, məhz dövlətimizə, xalqımıza, ən əsası ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etməyə yönəlib. Qürurveririci hal ondan ibarətdir ki, adı çəkilən bu şəxs tərəfindən göstərilən belə bir yanaşma, belə bir münasibət, məhz bu gün də özünü doğrultmaqda davam edir. Bir həqiqəti də qeyd edək ki, Pərvanə Əzizovanın həyat və fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə o da məlum olur ki, bu şəxs hər zaman daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran, xalqını sevən, dövlətçiliyimizin qorunmasına və möhkəmləndirilməsinə çalışan şəxs olub. Bəli, Pərvanə Əzizova bələdiyyə sədri olaraq hər zaman öz işində pirinsipiallıq, qətiyyətllilik nümayiş etdirir ki, bu da təqdirəlayiq hal hesab olunur.
Hazırladı: Şahin ORUCOV
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT