Kişilər gələcəklə bağlı qadınlardan daha nikbindir - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi (STM) 2024-cü il üçün həm ölkənin, həm də dünyanın vəziyyəti ilə bağlı vətəndaşların ümumi gözləntilərini öyrənmək məqsədilə rəy sorğusu keçirib.
STM-dən verilən məlumata görə, sorğunun nəticələrinə əsasən, 2024-cü il üçün ölkənin və dünyanın vəziyyəti barədə ictimai gözləntilər əhəmiyyətli dərəcədə fərqlənib.
Ölkə ilə bağlı ictimai gözləntiləri nəzərdən keçirdikdə, respondentlərin 71.0%-i nikbin olduğunu, 19.2%-i qeyri-müəyyənlik hiss etdiyini, 5.6%-i bədbin olduğunu ifadə edib. Respondentlərin 4.1%-i rəyini bildirməkdə çətinlik çəkib.
Dünyadakı vəziyyət ilə bağlı gözləntilərə gəldikdə, respondentlərin 34.4%-i nikbin olduğunu, 40.0%-i qeyri-müəyyənlik hiss etdiyini, 12.1%-i bədbin olduğunu ifadə edib, 13.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
- Ölkə ilə bağlı nikbin mövqe qadınlarla müqayisədə (64.8%) kişilərdə daha yüksək (77.3%) qeydə alınıb. Lakin dünya ilə bağlı rəylərdə əhəmiyyətli fərq müşahidə olunmayıb.
- Yaş artdıqca nikbin mövqedə olanların sayında artım qeydə alınıb. Belə ki, ölkə ilə bağlı 18-24 yaş qrupu respondentlərin 53.3%-i, 35-44 yaş qrupu respondentlərin 69.5%-i, yaşı 65-dən yuxarı olanların 82.2%-i nikbin olduğunu ifadə edib.
- Ali təhsilə malik olanların 78.8%-i, orta təhsillilərin 69.4%-i ölkə ilə bağlı nikbin olduğunu bildirərkən, dünya ilə bağlı onların 45.5%-i və 39.4%-i nikbin hiss etdiyini ifadə edib.
Sorğular 2023-cü ilin 25-28 noyabr tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.
Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT