Arıqlamaq üçün istifadə edilən dərmanlar ölümə səbəb ola bilər - TƏHLÜKƏ
Gündəm / Sosial
Oxunub: 119
12 Ock 2024 | 10:36
Arıqlamaq üçün istifadə edilən dərmanlar ölümə səbəb ola bilər - TƏHLÜKƏ

Dünən hüquq-mühafizə orqanları sosial şəbəkələrdə arıqlama və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulları satan şəxslərə qarşı tədbir keçirib.

Məlumata görə, ölkəyə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub. Əməliyyat zamanı iki nəfər saxlanılıb.

Ümumiyyətlə, son zamanlar sosial şəbəkələrdə müxtəlif adlar altında arıqladıcı və kökəldici dərman pereparatları və çayların onlayn satışı halları artıb. Bu vasitələrdən istifadə edib nəticə əldə edən də var, ziyanını görən də...

Daxili xəstəliklər üzrə həkim-mütəxəssis Nəbi Absalamov açıqlamasında deyib ki, mədəaltı vəzi iltihabı keçirən insanların belə dərmanları qəbul etməsi hətta ölümə də səbəb ola bilər.

“Bu dərmanlar haqqında onu deyə bilərəm ki, arıqlamaq üçün ən məşhur dərmanlar orlistat tərkibli dərmanlardır. Bir insan ömür boyu bir dəfə pankreatit-mədəaltı vəzi iltihabı keçiribsə, bu tərkibli dərman həmin insanlara qadağandır. Pankreatit keçirmiş şəxslər belə tərkibli dərmanları qəbul edərsə, bu, onun ölümünə gətirib çıxara bilər. Çox təəsüff ki Azərbaycanda əksər insanlar mədəaltı vəzi iltihabı keçirib-keçirmədiyini bilmir. Bir çox insan mədəsi ağrayan zaman həkimə gedib mədəaltı vəzisinin hormonlarını yoxlatdırmır, əksinə ağrıkəsici ataraq ağrının kəsilməyini gözləyir və yalnız vəziyyət ciddiləşdikdən sonra xəstəxanaya gedir. Ona görədə pankreatit keçirib-keçirmədiyinin fərqində olmur".
Arıqlamaq üçün istifadə edilən dərmanlar ölümə səbəb ola bilər - TƏHLÜKƏ

Həkim bildirir ki, bu dərmanları qəbul edən zaman çox diqqətli olmaq lazımdır:

"Arıqlama çaylarına gəldikdə, əsasən bitkilərdən hazırlanmış arıqlama çaylarına daha çox rast gəlirik. Kök insanlarda qaraciyər piylənməsi olur. Qaraciyər problemlərinə görə də biz həmişə bitki tərkibli çaylardan qaçmağı məsləhət görürük. Piylənən qaraciyərin bitkilərlə zədələnməsi daha ağır nəticələrə gətirib çıxara bildiyinə görə biz belə çayların qəbulunu məsləhət görmürük. Biz arıqlamaq üçün ilk növbədə həyat tərzi dəyişikliyi, dietanı məsləhət görürük. Bu dərman və çayları almaq daha təhlükəli və daha effektsizdir.”

Dietoloq Səbinə Yusifova isə deyir ki, bu vasitələrdən istifadə edənlərin çoxu mədə-bağırsaq xəstəliklərindən əziyət çəkir.

“Ümumiyyətlə bu çaylar, dərmanlar bizim üçün çox həssas mövzudur. Pasiyentlərin 90 faizi bu dərmanlardan istifadə edib, fəsad tapıb və ən son çarəni sağlam qidalanmada görüblər. Artıq çəki qlobal bir problemdir. Bu gün insanların, demək olar ki, 80 faizi artıq çəkidən əziyyət çəkir və piylənməyə meyillidir. Fikrimcə, bəzi firmalar 1 aya 10-15 kilo çəki atmaq adı ilə bu dərmanları sataraq insanları aldadırlar. İnsanlar bu dərmandan istifadə edərək tez çəki atacaqlarını düşünürlər. Amma onlar sağlamlıqlarını bilib-bilmədən risk altına atırlar. Bu gün bu dərmanlardan istifadə edən xanımların 90 faizi mədə-bağırsaq sisteminin pozulmasından əziyət çəkir. Deyə bilərik ki 10-15 faizi hətta onkoloji xəstəliklərə belə tutulur. Çünki belə dərmanların mənşəyi bilinmir, kimyəvi tərkiblidir. İnsanlar anlamalıdırlar ki artıq çəkidən azad olmaq üçün yalnız sağlam qidalanma metodundan, düzgün şəkildə balanslaşdırılmış proqramdan istifadə edərək həmin çəkiləri asanlıqla atmaq olur. Bu dərman vasitəsilə çəki atdıqdan sonra attıqları çəkilər yenidən qayıdır. Çünki orqanizmdə hüceyrələr ac qalır.
Arıqlamaq üçün istifadə edilən dərmanlar ölümə səbəb ola bilər - TƏHLÜKƏ

Dietoloq Leyla Zülfüqarlı da bu vasitələrin istifadəsinin tərəfdarı deyil.

“Bu dərmanların məqsədi tərkibindəki maddələrə əsasən iştahdan kəsməkdir. Bu bizim bir çox hormonal dəyişiklik yaşamağımıza səbəb olur və insan yemək istəmir. Ən ciddi səhv də elə iştahı küsdürməkdir. Biz əgər yeyərək kökəliriksə, elə yeməyimizi nisbətən azaldaraq, sağlam tərkibli qidalar qəbul edərək də arıqlaya bilər. İştahı küsdürərək arıqlayanda bədənin vacib maye itkisi olur. Amma yağ yenə də yerində qalır. Ona görə də bunu edib nəticə etibarı ilə qan damarlarında hemotoloji dəyişikliklər olur. Dəmir azalır, təyziq aşağı düşür və yaxud bədənin ümumi zülal balansı yetərsiz olur. Bütün bu vacib resursları itirən orqanizm bir sıra xroniki xəstəliklərə də tutula bilir. İnsanlar bu mənada diqqətli olmalıdır. Bu cür arıqlama çox yalnışdır.”(Modern)

Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
9-02-2026, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
9-02-2026, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
9-02-2026, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9-02-2026, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
9-02-2026, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
9-02-2026, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
9-02-2026, 11:00
Qarabağ qazisi vəfat edib
9-02-2026, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
9-02-2026, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
9-02-2026, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
9-02-2026, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT