Prezidentin əvvəlki andiçməsi harada və necə olmuşdu… - TARİX

Konstitusiya Məhkəməsi bu gün 7 fevral tarixli növbədənkənar Prezident seçkisinin nəticəsini təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Heydər oğlu Əliyev 92,12 faiz səslə Prezident seçkisinin qalibi elan edilib.
Ölkə Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.
Dövlət başçısı and içən zaman aşağıdakı mətni oxuyur:
“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır
Bəs Prezidentin əvvəlki – 2018-ci ildəki inaqurasiya mərasimi harada keçirilmişdi?
İlham Əliyev 2018-ci ildə andiçmə mərasimini Milli Məclisdə keçirmişdi.
Həmin il 18 aprel tarixində baş tutmuş inaqurasiya mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak etmişdilər.

Mərasim zamanı Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirmişdilər.
Daha sonra Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə İlham Əliyevin andiçməsi gerçəkləşmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvələcə əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içmişdi:
“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”.

Ardınca Azərbaycan Respublikasının dövlət himni səslənmişdi.
Sonra Prezident müqəddəs Qurani-Şərifə də əl basaraq and içmişdi:
“Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpmüş, ardınca nitq söyləmişdi.
Dövlət başçısının budəfəki andiçməsinin də Milli Məclisdə keçiriləcəyini gözləmək olar.(Modern)
Bugün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Bugün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
9-02-2026, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
9-02-2026, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
9-02-2026, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9-02-2026, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
9-02-2026, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
9-02-2026, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
9-02-2026, 11:00
Qarabağ qazisi vəfat edib
9-02-2026, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
9-02-2026, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
9-02-2026, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
9-02-2026, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?