Türkiyə-Azərbaycan Universitetində hansı ixtisaslar olacaq? - Tibb təhsili mümkündür...
Gündəm / Sosial
Oxunub: 144
21 Şub 2024 | 10:34
Türkiyə-Azərbaycan Universitetində hansı ixtisaslar olacaq? - Tibb təhsili mümkündür...

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində bir neçə mühüm saziş imzalanıb. Sazişlərdən biri Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlıdır.

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. "Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir", - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Bir müddət əvvəl Prezident İlham Əliyev Türkiyənin ovaxtkı milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü qəbul edərkən birgə universitetin yaradılması məsələsi də müzakirə olunub. Prezident həmin görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını söyləyib. Ötən ilin oktyabr ayında isə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan – Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsi məqsədilə ölkəmizə səfər edib.

Ölkəmizdə Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri modelləri var. Bu nümunələrdən çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması müsbət effekt verəcək. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə artıq bu universitetə qəbul olan şagirdlər bu universitetdə Türkiyə modeli ilə təhsil almaq imkanına malik ola biləcəklər.
Türkiyə-Azərbaycan Universitetində hansı ixtisaslar olacaq? - Tibb təhsili mümkündür...

Tükiyə-Azərbaycan Universitetində hansı ixtisaslara üstünlük veriləcək?

Universitetdə Türkiyənin qabaqcıl universitetlərində olan və Azərbaycanda ehtiyac duyulan ixtisasların tədris ediləcəyi bildirilir. Bundan başqa Universitetdə tibb təhsilinin olacağı barədə də müzakirələr mövcuddur.

Mövzu ilə bağlı danışan təhsil eksperti Adil Vəliyev bu universitetin Azərbaycanda yaradılmasının gözəl təşəbbüs olduğunu bildirib.“Artıq müəyyən vaxtdır müzakirə olunan Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında sənəd ictimaiyyətə bildirildi. Düşünürəm ki, bu universitet Azərbaycanda yaradılanda digər ali təhsil müəssisələrimizdən fərqli ixtisaslarla tələbələrin ixtiyarına verilə bilər. Həm tədqiqat mərkəzlərinin, həm də Azərbaycan və dünya əmək bazarında tələb olunan ixtisasların olması mümkündür. Hazırda süni intellekt tələb edən ixtisasların olması daha yaxşı olar”.

Ekspert hesab edir ki, Türkiyə- Azərbaycan Universitetində tibbi təhsil almaq da mümkün ola bilər:

“Tibb Universitetində demək olar bütün ixtisaslardan məzun olanlar daha sonra ixtisas artırmaq üçün mütləq şəkildə xarici ölkələrə üz tuturlar. Çünki təəssüf ki, Tibb Universitetində verilən təhsil bizim tələbələrimizi qaneə etmir. Onlar Türkiyəyə, digər xarici ölkələrə gedirlər. Əgər tibbi təhsili də verilərsə, çox yerində atılmış addım olar.

Hər il minlərlə abituriyent təhsil almaq üçün Türkiyəyə yollanır. Düşünürəm ki, bu Universitetin açılması ilə seçimləri Türkiyə-Azərbaycan Universiteti ola bilər. Bu Universitetdə mühəndisliyin fərqli ixtisaları da tədris edilə bilər. Artıq kompüter mühəndisliyi, informasiya texnologiyaları mühəndisliyi bizim bir çox universitetlərdə var. Kiyafət qədər normal tədris olunur. Bu istiqamətlərdən fərqli ixtisaslar da görmək tələbələr üçün yaxşı olar. Həm də yeni mütəxəssislərin Azərbaycana cəlb olunmasına böyük addım kimi qiymətləndirilə bilər”. (Modern)
Bugün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Bugün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Bugün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Bugün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Bugün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
9-02-2026, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
9-02-2026, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
9-02-2026, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9-02-2026, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
9-02-2026, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
9-02-2026, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
9-02-2026, 11:00
Qarabağ qazisi vəfat edib
9-02-2026, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
9-02-2026, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO