Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dünyada özəl xəfiyyə (private investigator) fəaliyyəti real praktikadır və bir çox ölkədə qanunla tənzimlənir və ya praktiki olaraq işləyir.hedeftv.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriya, Belçika, Fransa, Almaniya və Skandinaviya ölkələrində özəl detektivlər xüsusi lisenziya və dövlət icazəsi əsasında işləyir və onlara peşə tələbləri qoyulur - məsələn, təcrübə, təhsil, məhkumluğun olmaması kimi şərtlər var.
Latviyada özəl detektiv fəaliyyəti artıq uzun illər qanunla tənzimlənir və detektiv xidmətləri həm şəxsi, həm də cinayət hadisələri üzrə geniş istifadə olunur. ABŞ-da isə özəl detektivlər dövlət səviyyəsində lisenziyalaşdırılır; əsasən ştat qanunlarına uyğun qeydiyyat və icazə tələb edilir.
Digər tərəfdən, bəzi ölkələrdə qanunla tam qadağan edilmiş və ya qeyri-rəsmi fəaliyyət formasındadır. Məsələn, Çində klassik mənada özəl detektiv peşəsi rəsmi tanınmır və qanuni çərçivəsi yoxdur.
Türkiyədə xüsusi qanun yoxdur və özəl detektiv fəaliyyəti hüquqi boşluqda fəaliyyət göstərir - detektiv kimi fəaliyyət üçün ayrıca lisenziya və rəsmi tənzimləmə mövcud deyil. Bəs Azərbaycanda vəziyyət necədir?
“Azərbaycanda belə xidmət mövcud deyil. İstər hüquqi, istərsə faktiki bu fəaliyyət müşahidə edilmir”.
Bu sözləri Modern.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O qeyd edib ki, özəl detektiv agentliklərinin fəaliyyəti Azərbaycan qanunvericiliyinə ziddir:
“Bu haqda “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın Mühafizəsi Haqqında" Qanunda, Cinayət və Mülki Məcəllələrdə, "Şəxsi Məlumatlar Haqqında" Qanunda qadağalar var. Yəni birbaşa “xəfiyyə” sözü qeyd edilərək onun qadağan olunması haqda yazılmasa da şəxsi məlumatların gizli saxlanılması prinsipi bu xidməti inkar edir. Ən əsası, bu Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində (Şəxsi toxunulmazlıq hüququ) qeyd olunub”.
Hüquqşünas qeyd edib ki, Azərbaycanda Daxili İşlər Nazirliyinin fəaliyyətinin də özəl detektiv agentliklərinin fəaliyyətinə ehtiyac qalmadığını göstərir:
“Belə ehtimalların qarşısını alan birbaşa qurum kimi effektiv xidmət göstərir. Ölkədə belə xidmət, o cümlədən “avtoritetlik” və buna bənzər mövqe tutmaq da yolverilməzdir”.
Ə.Həsənov insan hüquqları üzrə beynəlxalq konvensiyaların da xəfiyyəçiliyə zidd olduğunu qeyd edib.
Bugün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Bugün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Bugün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Bugün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Bugün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Bugün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Bugün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
9-02-2026, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
9-02-2026, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
9-02-2026, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9-02-2026, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
9-02-2026, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
9-02-2026, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
9-02-2026, 11:00
Qarabağ qazisi vəfat edib