Gəncə ŞİH-nin başçısı ona göstərilən etimad və etibarı doğruldan vəzifə sahibidir
Gündəm / Sosial
Oxunub: 202
22 Şub 2024 | 14:00
Gəncə ŞİH-nin başçısı ona göstərilən etimad və etibarı doğruldan vəzifə sahibidir

Hər kəsə bəllidir ki, Gəncə şəhəri hər zaman Respublikamızın dövlətçilik tarixində xüsusi rol oynayan şəhərlərdən biri olub. Buna müxtəlif amillərin, baş verən bir çox ictimai-siyasi proseslərin və s. varlığı öz təsirini göstərib ki, bu da Gəncə şəhərinin adının daha da məşhur olmasına səbəb olub. Yaxın tariximizə nəzər salsaq bir daha aydın olar ki, ölkəmizin ikinci böyük şəhərinin dövlətçiliyimizin qorunub saxlanması yöndə oynadığı rol, buraxdığı silinməz izlərin varlığı, bu gün də öz əhəmiyyətini qoruyum saxlamaqdadır. Belə bir səbəblər üzündəndir ki, tam əksəriyyətin nəzər-diqqəti bu şəhərə yönəlir, məhz bu şəhərdə baş verən proseslər, əldə olunan naliyyətlər, nöqsan və problemlər daim müzakirə obyektinə çevrilir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı əsasında Niyazi Müzəffər oğlu Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması da, məhz bir daha Gəncə şəhərinin adı ətrafında geniş müzakirələrin aparılmasına səbəb olmuşdu. Bəli, bu təyinatdan sonra həmin vaxtlarda yerli sakinlər arasında belə bir ictimai fikir formalaşdı ki, artıq Gəncədə yeni bir mərhələnin, daha dəqiq desək əsaslı inkişafın başlanğıcı qoyuldu. Çünki, Niyazi Bayramov hər zaman vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri İlham Əliyev cənablarının yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən vəzifə sahiblərindən biri olub. Faktdır ki, Niyazi Bayramov təyinatının ilk günlərindən bu şəhərin hər bir problemini diqqətdə saxlamağa, ələlxüsus əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə əməli addımlarını atmağa başlayır. Unutmaq olmaz ki, Gəncə ŞİH-nin başçısı indiyə kimi atdığı addımları ilə, məhz ona göstərilən etimad və etibarı yüksək səviyyədə doğrultmağa çalışmışdır. Belə bir səbəblər üzündən də, KİV nümayəndəsi olaraq bu rəhbər şəxsin həyata keçirdiyi idarəçiliyin mahiyyətini, ələlxüsus Niyazi Bayramova qarşı formalaşan ictimai münasibətin mahiyyətini geniş ictimaiyyətin diqqətinə çatdırmağı özümüz üçün borc bildik. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, ŞİH-nin başçısı hər zaman xalq-dövlət anlayışını uca tutan və bu yöndə əməli addımlarını atmağı bacaran vəzifə sahibidir. Fakt odur ki, bu şəxs Gəncə şəhərinə rəhbər təyin olunduqdan sonra, şəhər ərazisində indiyə kimi çoxsaylı abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

Ümumiyyətlə, Niyazi Bayramovun əmək fəaliyyəti haqda məlumatları əldə etdikdə o da bəlli olur ki, bu şəxs lazımi təcrübəyə və zəngin idarəçilik bacarığına sahib olan vəzifə sahibidir. Yəni, bu şəxs 1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Niyazi Bayramov heç də sıradan bir şəxs deyil. Niyazi Bayramovun gənc yaşlarından olduqca məsul vəzifələri daşıması, məhz adı çəkilən bu şəxsin formalaşmasına, daşıdığı hər bir vəzifəsinin öhdəsindən dolğun şəkildə gəlməsinə təsir edən əsas amillər olur. Belə bir səbəblər üzündəndir ki, ötən illər ərzində ŞİH-i başçısının rəhbərliyi və nəzarəti altında Gəncədə çoxsaylı layihələrə imza atılmışdır. Bu gün də şəhərin bütün sahələrində infrastruktur yeniləşmələri həyata keçirilir və belə bir halın varlığı hər kəsə yeni bir ruh verməkdədir.

Əldə etdiyimiz səhih məlumatlara görə, Niyazi Bayramov xaraktercə yaradıcı və qurucu şəxsdir. Qəlbində xalqına, dövlətinə qarşı sevgi hissi gəzdirən, hər bir sakinin probleminə diqqətlə yanaşan bu şəxsin əsas amalı, məhz xalqına və dövlətinə bağlı olmaqdır, onu sevməkdir. Bəli, ŞİH-nin başçısı bu gün də sakinlərin problemlərini, təklif və istəklərini birbaşa dinləmək üçün, mütəmadi olaraq səyyar-görüşlər keçirir. Keçirilən-səyyar görüşlər zamanı sakinlər şəhərin ərazilərində həyata keçirilən abadlıq və quruculuq işlərinə görə öz təşəkkürlərini bildirirlər, elə hallar da olur ki, onlar nöqsan və çatışmazlıqların aradan qaldırılmasını icra başçısından xahiş edirlər. Xüsusi vurğulanası hal odur ki, Prezident İlham Əliyev bu şəxsə etibar və etimad göstərib. Deməli, Niyazi Bayramovun xarakterik xüsusiyyətini, iş görmək bacarığını, təşkilatçılıq qabiliyyətini və digər halların varlığını nəzərə alaraq, onu Gəncə şəhərinə icra başçısı təyin edir. Bəli, Niyazi Bayramovun icra başçısı olduğu ötən müddət ərzində şəhərin bütün sahələrində yenidənqurma və bərpa işləri həyata keçirilib. Məhz, belə bir səbəblər üzündəndir ki, ölkə rəhbəri adı çəkilən bu şəxsə qarşı bəlli münasibətini ortaya qoyur və onu olduqca strateji əhəmiyyət kəsb edən şəhərə rəhbər təyin edir. Sözsüz ki, bu günə kimi Gəncə şəhəri ərazisində atılan addımlar onu sübut edir ki, Niyazi Bayramov Prezidentin etibar etdiyi, etimad göstərdiyi vəzifə sahibidir.

Diqqəti bir məqama da yönəldək ki, Gəncə ŞİH-nin başçısı 44 günlük Vətən müharibəsi zamanı, şəhər ərazisindən hərbi xidmətdə olan hərbçi ailələrinin diqqətdə saxlanması, onların alələrinə məxsus problemlərin həlli yöndə aidiyyatı üzrə lazımi tapşırıqlarını verir. Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək torpaqlarımızın bütövlüyü uğurunda şəhid olan hərbçilərin dəfn mərasimlərinin xərci, onların qəbr daşlarının hazırlanması, quraşdırılması və s. kimi xərclər ŞİH-nin və digər dövlət qurumlarının daxili imkanları hesabına ödənilir. Faktdır ki, bu gün də şəhid və qazi ailələri şəhər rəhbərliyinin daim diqqət mərkəzindədir. Yəni, mütəmadi olaraq həmin şəxslərlə əlaqə saxlanılır, rəhbərlik onların problemləri ilə maraqlanır, müayinə və müalicə işlərinə və s. kimi məsələlərin həllində onlara lazımi köməkliklər göstərilir. Hətta, elə hallar olur ki, şəhər rəhbərliyi vəzifə sahibi olan şəxslərlə birlikdə şəhid məzarlarını ziyarət edir. O, bunu özü üçün bir vətəndaş borcu da hesab edir. Çünki, doğma Vətənini, xalqını sevən hər kəs kimi, Gəncə ŞİH-nin başçısı torpaqlarımızın bütövlüyü uğurunda şəhid olan, yaxud da sağlamlığını itirən qazilərə, onların ailələrinə lazımi səviyyədə xidmət göstərməyi, bu gün də özü üçün ən ümdə vəzifə hesab edir.

Gəncə şəhər ərazisinin hər zaman təmiz saxlanması, zibil və tullantıların yığışdırılması və s-də, məhz ŞİH başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Adicə bir məsələnin varlığını qeyd edək ki, bir neçə gün bundan öncə şəhərin Abbas Səhət və Şərq küçələrinin müəyyən hissələrində zibil tullantılarının olması haqda xəbərdar olan şəhər rəhbərliyi, dərhal lazımi tapşırığını verir. Yəni, ŞİH başçısı rəhbərliyinin verdiyi tapşırıqlar əsasında şəhər ərazisində təmizlik işlərini həyata keçirən Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikası bu yöndə səfərbər olunur və qısa zaman kəsiyində hər iki küçədə təmizlik işləri ən yüksək səviyyədə həyata keçirilir. Qeyd edək ki, şəhərin MKTİB-nə 2022-ci ilin yanvar ayından Nurəhməd Əhmədov rəhbərlik edir və bu şəxs ötən müddət ərzində Gəncə ŞİH başçısının ən etibarlı və işgüzar kadrlarından biri hesab olunub. Belə ki, Nurəhməd Əhmədovun MKTİB-nə rəis təyin olunması olduqca təqdirəlayiq addım hesab olunmuşdur ki, bunu da şəhər ərazisinin hər zaman təmiz saxlanılması və bu şəxsin üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməsi ilə əlaqələndirmək olar.

Bəli, Niyazi Bayramovun həyata keçirdiyi idarəçiliyin nəticəsidir ki, bu gün şəhər ərazisində hər kəs ŞİH-nin başçısına hörmətlə yanaşıb, öz ehtiramlarını bildirirlər. Əlbəttə, belə bir yanaşma hər bir vəzifə sahibinə nəsib olmur. Adətən dünya malında gözü olmayan, xalqına, dövlətinə bağlı olmağı hər şeydən uca tutan Niyazi Bayramov, bu gün belə bir iradəyə malik olduğunu əməli addımları ilə sübuta yetirir. Düşünürük ki, bu şəxs atdığı addımları ilə Gəncə şəhərinin tarixində silinməz izlər buraxacaq və adını yaddaşlara qurucu və yaradıcı şəxs deyə həkk etdirəcək. Ən əsası, yerli sakinlərin üz-üzə qaldıqları çoxsaylı problemlərin, həllini gözləyən bir çox məsələlərin, qarşıda duran əsas vəzifələrin həlli yöndə lazımi addımlarını atacaq. Şəhər sakinlərindən əldə etdiyimiz məlumatlara görə, Niyazi Bayramov əldə etdiyi iş təcrübəsini, çevik idarəçilik bacarığını icra başçısı olduğu şəhərin problemlərinin həllinə yönəldir ki, atılan addımları hər kəs görür. Bütün bunların nəticəsidir ki, bu gün hər bir Gəncə şəhər sakinində gələcəyə ümid, böyük inam hissi formalaşıb.

Hazırladı: Şahin ORUCOV
Gəncə ŞİH-nin başçısı ona göstərilən etimad və etibarı doğruldan vəzifə sahibidir
Gəncə ŞİH-nin başçısı ona göstərilən etimad və etibarı doğruldan vəzifə sahibidir
Gəncə ŞİH-nin başçısı ona göstərilən etimad və etibarı doğruldan vəzifə sahibidir
Gəncə ŞİH-nin başçısı ona göstərilən etimad və etibarı doğruldan vəzifə sahibidir
Bugün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Bugün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Bugün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Bugün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Bugün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Bugün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
9-02-2026, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
9-02-2026, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
9-02-2026, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9-02-2026, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
9-02-2026, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
9-02-2026, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
9-02-2026, 11:00
Qarabağ qazisi vəfat edib
9-02-2026, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ