Əhməd Mirzəbəyovun əmək və fəaliyyəti bir daha dəyərləndirildi
Gündəm / Sosial
Oxunub: 197
26 Şub 2024 | 01:06
Əhməd Mirzəbəyovun əmək və fəaliyyəti bir daha dəyərləndirildi

Tarixi mənbələr sübut edir ki, Azərbaycan xalqı hər zaman özünün igid, mərd, qeyrətli, xalqını sevən, torpağına bağlı olan oğul və qızlarının adlarları ilə fəxr edib, iftixar hissi də keçirib. Faktdır ki, bizim xalqın tarixində elə bir dövr olmayıb ki, həmin dönəmdə adı tarixə düşən, qəhrəmanlıq nümunələri göstərən, sayılıb-seçilən övladları olmasın. Faktdır ki, bu gün də xalqımızın sədaqətli, əliaçıq, səxavətli, qeyrətli və digər müsbət göstəriciləri özündə cəmləşdirən neçə-neçə oğul və qızları var ki, onlar tək mənsub olduqları bölgədə deyil, eyni zamanda Vətənimizin hər sahəsində sevilirlər, rəğbət hissi ilə qarşılanırlar. Tarix belə insanları az-az yetişdirsə də, onların içərisində mayak olanlar daha böyük, daha xeyirxah ürək sahibidirlər.

Bəli, bu gün hər kəs Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi vəzifəsini daşıyan Əhməd Mirzəbəyovu qeyrətli vətən oğlu, xeyirxah və xoş əməllər sahibi, işgüzarlığı sevən müəssisə rəhbəri olaraq tanıyıb qəbul edirlər. Faktdır ki, Əhməd Mirzəbəyov köməyə ehtiyacı olan hər kəsin problemini öz problemi, hər kəsin sevincini öz sevinci hesab edir. Bir sözlə, bu şəxs harada çalışsa da, hansı vəzifəni daşısa da o, hər zaman xalqını düşünmüş, dövlətimizin bütövlüyünün varlığına çalışmışdır. O, bütün bunları sözdə deyil, məhz əməli işləri ilə sübuta yetirən şəxsdir. Bundan əlavə, Əhməd Mirzəbəyov yüksək işgüzarlıq qabiliyyətinə malik olan vəzifə sahibidir. Qeyd edək ki, uzun illər ərzində ölkəmizdə strateji vəzifələrdən birinə rəhbərlik edən Əhməd Mirzəbəyovun, bu günə kimi avtomobil yollarının tikintisi və istismarı sahəsində xüsusi rolu olmuş və bu şəxsin əməyi hər zaman lazımi səviyyədə dəyərləndirilmişdir. Bəli, bu şəxsin əməyi və fəaliyyəti növbəti dəfə qiymətləndirildi. Belə ki, Prezident İlham Əliyevin 22 fevral 2024-cü il tarixdə imzaladığı Sərəncam əsasında, avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxs, o cümlədən Əhməd Mirzəbəyov da 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olundu. Bu bir daha ən yüksək səviyyədə onun əməyinə verilən dəyər oldu. Biz də bir redaksiya olaraq, avtomobil yollarının tikintisi və istismarı sahəsində xüsusi rolu və xidmətləri olan Əhməd Mirzəbəyovu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edib, ona bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlara qovuşmasını arzu edirik. İnanırıq və ümid edirik ki, parlaq keçmişə, saf əməl və amala, yüksək işgüzarlıq qabiliyyətinə malik olan Əhməd Mirzəbəyovun əməyi bir daha qiymətləndiriləcək və o, daha əhəmiyyətli mükafatlarla təltif olunacaq.
Bugün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Bugün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Bugün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Bugün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Bugün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Bugün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Bugün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
9-02-2026, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
9-02-2026, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
9-02-2026, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9-02-2026, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
9-02-2026, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
9-02-2026, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
9-02-2026, 11:00
Qarabağ qazisi vəfat edib