Azərbaycanda ən yüksək maaş alanlar bu sahələrdə çalışırlar - SİYAHI

2023-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1741,8 min nəfər olub. Onların 51.6 faizi dövlət sektorunda, qalanı qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Yenixeber.org: Ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2 faiz artıb. Beləliklə, 2023-cü ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 933,8 manat olub. Ancaq orta aylıq nominal əməkhaqqı iqtisadiyyatın bəzi sahələrində olduqca yüksək, bəzilərində aşağı olub.
Məlumata görə, 2023-cü ildə orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu sahə mədənçıxarma sənayesi, ən aşağı olduğu sahə isə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq olub.
Mədənçıxarma sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ildə 3347.5 manat olub. Bu, bir əvvəlki illə müqayisədə 107 manat artıq, ümumi orta aylıq nominal əməkhaqqıdan 3.5 dəfə çoxdur.
Maliyyə və sığorta sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 2325.5 manat olub. Bu sahədədə əvvəlki illə müqayisədə 250 manatdan çox artıb. Peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində də orta aylıq nominal əməkhaqqı yüksək olub.
Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları 559 manat olub. Bu sahədə də əvvəlki illə müqayisədə artım müşahidə edilib.
Təhsil sahəsində isə ötən il orta aylıq nominal əməkhaqqı 713.3 manat olub. 2022-ci ildəki 630 manatla müqayisədə artım qeydə alınıb.
Digər sahələrdə fəaliyyət göstərən işçilərin 2023-cü ildə orta aylıq əməkhaqqısını aşağıdakı cədvəldə görmək mümkündür.
İqtisadi fəaliyyət növləri
Orta aylıq nominal əməkhaqqı (manatla)
Mədənçıxarma sənayesi
3347.5
Maliyyə və sığorta fəaliyyəti
2325.5
Peşə, elmi və texniki fəaliyyatı
1573.5
İnformasiya və rabitə
1512.8
Dövlət idarəetməsi və müdafiə; sosial təminat
1356.4
Nəqliyyat və anbar təsərrüfatı
1278
Digər sahələrdə xidmətlərin göstərilməsi
1104.7
Tikinti
1055
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı
959.7
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar
910.1
Emal sənayesi
844.3
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
804.1
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət
726.1
Turistlərin yerləşdirilməsi və ictimai iaşə
720.5
Təhsil
713.3
Su təchizatı, tullantıların təmizlənməsi və emalı
710.2
Ticarət; nəqliyyat vasitələrinin təmiri
631.2
İnzibati və yardımçı xidmətlərin göstərilməsi
563.9
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
559
Bugün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Bugün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Bugün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Bugün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Bugün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Bugün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Bugün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
9-02-2026, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
9-02-2026, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
9-02-2026, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9-02-2026, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
9-02-2026, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
9-02-2026, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
9-02-2026, 11:00
Qarabağ qazisi vəfat edib