Sosial mediada terrorla feyk məlumatlar yayıldı - Agentlikdən valideynlərə ÇAĞIRIŞ

Sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb
Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, yayılan məlumatlardan xəbərdardırlar.
"Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq", - qurumdan "Trend"ə məlumat verilib.
Qeyd edək ki, sosial şəbəkələrdəki sözügedən feyk məlumatlar əvvəllər başqa ölkələrdə də yayılıb. "APA"nın araşdırmasına görə, bu məlumatların Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Belə ki, bu il yanvarın 7-də eyni məzmunlu saxta paylaşımlar Kazanda da yayılıb. “Tatar manyak” teleqram kanalının müəllifi yanvarın 9-da Tatarıstanın paytaxtında “ət və qan günü” təşkil edəcəyinə söz verib.İlin ilk günlərindən sosial şəbəkələrdə anonim müəllifin təhdidləri ilə bağlı məlumatlar yayılmağa başlayıb, "Telegram" izləyicilərində təşviş yaranıb.
"Tətildən sonra məktəblərdə qətliam törədəcəyi ilə bağlı anonim təhdidlərə görə valideynlərin övladlarını dərsə buraxmaqdan çəkindiyi barədə xəbərlər yayılıb. Şəhər rəhbərliyi vəziyyətə müdaxilə etməli olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, vəziyyətin sabitliyini pozmaq və panika yaratmaq məqsədi ilə birdən-birə bir neçə rayon və şəhərdə belə saxta hesablar yaranıb. Kanal artıq mövcud deyil, məlumat təsdiqini tapmayıb. Üstəlik, ilkin məlumatlara görə, kanalların müəllifləri hətta ölkədə deyillər" - deyə Kazan mediasının yazdıqlarında qeyd olunub.
Eynilə bu gün yaradılmış saxta hesab vasitəsilə Kazanda tətbiq olunmuş mətndə məktəb nömrələri və ticarət mərkəzlərinin adı dəyişdirilərək, Azərbaycan seqmentinə ünvanlanıb. Bu isə onu deməyə əsas verir ki, müxtəlif cəmiyyətlərdə təşviş yaratmağa yönəlmiş saxta məlumatlarla bu dəfə azərbaycanlı valideynlər sınanılıb.
Bugün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Bugün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Bugün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Bugün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Bugün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Bugün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Bugün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
9-02-2026, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
9-02-2026, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
9-02-2026, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9-02-2026, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
9-02-2026, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
9-02-2026, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
9-02-2026, 11:00
Qarabağ qazisi vəfat edib