2023-cü ildə ərzaq böhranı Latın Amerikasında 13,8 milyon insana təsir edib

Latın Amerikası və Karib hövzəsində ötən 2023-cü il hava müşahidələri tarixində ən isti il olub. Bu cür hava insan sağlamlığına, ərzaq və enerji təhlükəsizliyinə, regionun iqtisadi inkişafına güclü təsir göstərib.
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, Mərkəzi Amerika və Karib hövzəsində təbii fəlakətlər səbəbindən 13,8 milyon insan kəskin qida böhranı ilə üzləşib.
Qeyd olunub ki, planetdə iqlim dəyişikliyi nəticəsində yaranan təbii hadisələr - quraqlıq, daşqınlar, Atlantik okeanının çaylarında və sahilyanı ərazilərində suyun temperaturunun yüksəlməsi regionda kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərib.
Nəticədə xüsusilə Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində 13,8 milyon insan üçün kəskin ərzaq böhranı vəziyyəti yaranıb.
Balıqçılığın əsas iqtisadi sektorlardan biri olduğu Ekvador və Peru sakinləri də çətinliklərlə üzləşiblər. Belə ki, iqlim dəyişikliyi okean suyunun temperaturunun artmasına səbəb olub və bu, tutulan balıqların həcminə mənfi təsir edib.
Təbii fəlakətlər ən çox 2023-cü ildə Cənubi Amerikanın ən böyük ölkəsi Braziliyaya təsir edib. Təkcə sentyabr ayında ölkə ərazisindən siklonun keçməsi 54 nəfərin ölümünə səbəb olub.
İndi Braziliya daha çətin vəziyyətlə üzləşib. Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıq 140-ı ötüb, ümumilikdə 2,1 milyon insan tüğyan edən fəlakətdən zərər çəkib.
Şiddətli hava hadisələri 2023-cü ildə regionun əsas gəmiçilik marşrutlarından biri olan Panama kanalının fəaliyyətinə də ciddi təsir göstərib, burada su səviyyəsi aşağı düşüb və gəmilərin nəqliyyat arteriyasında hərəkəti çətinləşib.
Dün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Dün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Dün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Dün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Dün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Dün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Dün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Dün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Dün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Dün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Dün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Dün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi