143 milyonluq yeyintidə adı keçən şahid haqda ciddi tədbir görüləcək
Gündəm / Hadisə
Oxunub: 109
22 Haz 2024 | 13:29
143 milyonluq yeyintidə adı keçən şahid haqda ciddi tədbir görüləcək

143 milyonluq mənimsəmədə ittiham olunan general Nizami Məmmədov və onunla birgə mühakimə edilən zabitlərin məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Bakı Hərbi Məhkəməsində keçirilən budəfəki iclasda tərəflərin razılığı ilə məhkəmədən yayınan dörd şahidin istintaqa verdikləri ifadələri elan edilib.

Bu iş üzrə şahid qismində tanınmasına baxmayaraq, bu günə kimi məhkəmədən yayınan şahidlərdən biri A.Rzayevdir. Rzayev şahid kimi ifadə verməli olduğu halda hakim Fikrət Əliyevin çağırışlarına gəlmir. Bu səbəbdən əvvəlki proseslərin birində onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Lakin onu hələ ki, polis vasitəsilə də hakim qarşısına çıxarmaq mümkün olmayıb.

Təqsirləndirilən general Nizami Məmmədovun vəkili şahidin laqeydsiz münasibətinə etiraz edib: “Biz artıq vəsatətimizdən imtina edirik. Əvvəlki ifadəsini elan edin, qurtarsın”.

İclasda A.Rzayevlə bağlı daha ciddi tədbirlər görülməsinə qərar verilib.

Fotoda: Nizami Məmmədov
143 milyonluq yeyintidə adı keçən şahid haqda ciddi tədbir görüləcək

Prosesin davamında müttəhim polkovnik Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun məhkəməyə təqdim etdiyi ərizələr elan edilib. Həmin ərizələr Cəlal Kazımovun ailə üzvləri tərəfindən yazılıb. İstintaq orqanının təqdimatı əsasında Kazımovun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar üzərinə həbs qoyulub. Ərizədə yazılır ki, həmin əmlakların bəziləri bağışlanma, bəziləri isə cinayət hadisəsi baş verməzdən əvvəl alınıb. Bu səbəbdən əmlaklar üzərindəki həbs qərarının ləğv edilməsi xahiş edilib.

Hakim sözügedən məsələyə hökm qəbul edilərkən qərar veriləcəyini deyib. Proses iki həftə sonra davam etdiriləcək.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iki il əvvəl Müdafiə Nazirliyindəki qanun pozuntularına görə istintaq aparır.

İstintaqın gedişində həbs edilən 4 nəfərin-Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi işləmiş Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadənin işi eyni icraatda araşdırılır. Bütün təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.(“Qafqazinfo”)
Dün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Dün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Dün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Dün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Dün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Dün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Dün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Dün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Dün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Dün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Dün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Dün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi