Bakı aeroportundan səyahətçilərə tövsiyə - Əlavə vaxt planlaşdırın

Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də ölkəmizə gələn qonaqların sayının artması gözlənilir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti müraciət yayıb.
Aeroport sərnişinlərə səfərlərini bu halları nəzərə alaraq planlaşdırmağı və hava limanına rahat çatmaq üçün əlavə vaxt ayırmağı tövsiyə edir.
Sərnişinlərin səyahətlərini asanlaşdırmaq üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:
Hava limanına erkən gəlmək: Bütün təhlükəsizlik və qeydiyyat prosedurlarını rahatlıqla keçə bilməyiniz üçün uçuşdan ən azı 2 saat əvvəl hava limanında olun.
Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir, bu imkandan yararlanaraq vaxtınıza qənaət edin.
Uçuş terminalını əvvəlcədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron biletinizdən və ya aviaşirkətin rəsmi veb-saytından əvvəlcədən öyrənin ki, qarışıqlıq olmasın.
“Aeroexpress” xidmətindən istifadə etmək: “28 May” metro stansiyasından hava limanına və geri rahat və tıxacdan kənar bir yol seçmək üçün “Aeroexpress” ictimai nəqliyyatından istifadə edin.
Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız hava limanında parklanma üçün ayrılmış rəsmi yerlərdə saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Sərnişinləri 5 dəqiqə ərzində düşürüb və ya götürmək üçün xüsusi “drop-off” zonalarından istifadə edin.
Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.
Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün: Əgər xüsusi qayğıya ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə məlumat verin ki, hava limanında və təyyarədə sizə lazımi dəstək təmin edilsin.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bu müddət ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Səyahətinizi vaxtında planlaşdıraraq rahatlığınızı təmin edin!
Dün, 18:00
Aygün Kazımovanın vergi borcunun məbləği məlum olub
Dün, 17:30
Nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ
Dün, 17:00
Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü
Dün, 16:30
Ukraynada 20 deputat zəhərləndi
Dün, 16:00
Kim Çen In 13 yaşlı qızını varisi təyin edib
Dün, 15:30
Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə BİRLƏŞDİRİLƏCƏK
Dün, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
Dün, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Dün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Dün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Dün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Dün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Dün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
11-02-2026, 18:00
Allah rəhmət eləsin.
11-02-2026, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
11-02-2026, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
11-02-2026, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
11-02-2026, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
11-02-2026, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
11-02-2026, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
11-02-2026, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
11-02-2026, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
11-02-2026, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
11-02-2026, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
11-02-2026, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
11-02-2026, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
11-02-2026, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü