Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Gündəm
Oxunub: 62
11 Şub 2026 | 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Bəzi bölgələrdə kənd təsərrüfatı ilə məşğul olanlar ciddi problemlə üz-üzə qalıblar. Belə ki, toyuqlar kütləvi şəkildə tələf olur. Tək toyuqlar yox, hinduşka, ördəklər də bu xəstəliyin qurbanına çevriliblər.

hedeftv.az xəbər verir ki, rayon sakinlərinin sözlərinə görə, quşlar əvvəlcə halsızlaşır və baş nahiyəsində qaralma müşahidə olunur. Daha sonra isə bir neçə saata, max. bir günə tələf olurlar.

Bəs quşlar arasında yayılan bu naməlum xəstəlik nədir?

Baytar Əbilağa Məlikovun sözlərinə görə, kənd təsərrüfatında quşlar arasında baş verən kütləvi tələflər əksər hallarda yoluxucu və mövsümü olur. Xüsusilə, qışda immuniteti zəif olan quşlar infeksiyalara daha tez yoluxur:

"Bəzi xəstəliklər mövsümüdür. Xəstəliyin mənşəyini bilmək üçün baytara müraciət etmək lazımdır. Quşlara körpə vaxtından dərman vermək lazımdır ki, xəstəliklərə qarşı dözmlü olsunlar".

Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Asossasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənlinin sözlərinə görə, quşçuluq fabriklərində vəziyyət fərqlidir:

"Ölüm halları azdır. Təlafat əsasən kənd yerlərində quşların düzgün halda saxlanılmamasına görə baş verir. Bizim bir fabrikdə 500 mindən çox quş var. Orda ölüm faktı azdırsa, demək ki ölkədə quş xəstəliyi ilə bağlı vəziyyət də normaldır".

Baytarlar qeyd ediblər ki, quşları özbaşına dərmanlamaq vəziyyəti daha da pisləşdirə bilər. Bu halda xəstə heyvanı baytara aparana kimi digər quşlardan ayrı saxlamaq lazımdır. (milli.az)
Bugün, 18:00
Allah rəhmət eləsin.
Bugün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Bugün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Bugün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Bugün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Bugün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Bugün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Bugün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Bugün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Bugün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Bugün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Bugün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Bugün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Bugün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI