Vikipediyadakı problemi necə həll etmək olar?

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Vətən müharibəsi ilə bağlı məlumatların vikipediyadan silinməsi xəbərlərinə münasibət bildirib.
Osman Gündüz bu barədə feysbuk hesabında yazıb.
O.Gündüz Azərbaycan vikipediyasındakı problemi necə həll etməyin yollarını açıqlayıb: “Qaydalara görə, qurumlar vikipediyaya şikayət verə bilməzlər.
İlk onu qeyd edim ki, qlobal informasiya mənbəyi olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan maraqlarının qorunmasında və ölkəmizin informasiya müharibəsində əldə etdiyi uğurlarda Azərbaycan vikipediyası mühüm rol oynayıb.
Doğrudur, resurslarımız burada yetərli deyil, amma qeyd olunan sahələrdə bu qlobal platformanın oynadığı rol, müzakirə predmeti ola bilməz. Şübhəsiz ki, ictimai əsaslarla, pulsuz, qeyri-kommersiya yönümlü fəaliyyət göstərən vikipediyanın Azərbaycan icmasının da bu sahədə böyük rolu olub.
Baş verənlərdən görünür ki, son bir neçə ildir, həqiqətən də platformanın Azərbaycan seqmentini idarə edən “Azwiki” icmasında, idarəedicilər arasında, idarəedicilərlə icma arasında ciddi fikir ayrılıqları var.
Xüsusilə də qlobal, ictimai bir platforma olan vikipediyanın qaydaları və siyasətinin Azərbaycana tətbiq edilməsi sahəsində Azərbaycan idarəçiləri (15 idarəçi var) arasında kəskin qütbləşmə yaranıb.
Yəni belə demək mümkünsə, “tərəflər” formalaşıb. Və bütün bunlar da sonda Azərbaycan üçün strateji əhəmiyyəti olan məsələlərdə (məqalələrin statusunun müəyyən edilməsi, şəhidlərin səhifələrinin silinməsi, alimlərin səhifələrinin silinməsi və s.) özünü göstərməyə başlayıb.
Məqalələrin silinməsi və ya redaktə olunması ilə bağlı narazılıqlar icmanın iadrəediciləri arasında müzakirə səviyyəsini aşıb. Uzun müddətdir ki, icma bu məsələni yoluna qoya bilməyib və narazılıqlar daha da kəskinləışib. Problem icma səviyyəsində öz həllini tapa bilmir.
Belə olan halda isə vikipediya qaydalarına görə müzakirəni daha üst səviyyəyə çıxarmaq vacibdir. Yəni düşünürəm ki, böhranın dərinləşməsindənsə, bu qlobal resursdan Azərbaycan maraqları üçün daha effektiv istifadə etmək üçün problemi sivil yollarla, viki qaydalarına uyğun həll etmək lazımdır”.
O qeyd edib ki, bu kimi hallar Türkiyə və digər ölkələrdə də olub: “Türkiyədə PKK ilə bağlı məqalələrdə, Ukrayna-Rusiya müharibəsi ilə bağlı məqalələrdə, İsrail və Fələstin müharibəsi ilə bağlı məsələlərdə oxşar situasiya yaranmışdı. Bu problemlər isə zamanında vikipediyada ən yuxarı səviyyədə həll olunub.
“Wikipedia İcma Portalı” və Arbitraj Komitəsi adlanan qurumlar məhz bu tip problemlərin həllinə cavabdehdir.
Azərbaycan dilindəki vikipediyada hələlik ayrıca Arbitraj Komitəsi təəssüf ki, qurulmayıb. Amma digər dillərdə olan, məsələn ingilisdilli vikipediyanın Arbitraj Komitəsinə şikayət etmək məqbuldur. Arbitraj Komitəsi istifadəçilərin şikayətlərini qəbul edərək tərəflərin arqumentlərini nəzərdən keçirib, onların viki qaydalarına uyğun olmasını araşdırır və yekun qərar qəbul edir. Qərar icma idarəçilərinin kənarlaşdırılması, məqalələrin statusu və ya redaktəsi və s. ilə bağlı ola bilir. Odur ki, təklif edərdim, ləngimədən idarəçilərdən və ya istifadəçilərdən adıçəkilən qurumlara müraciətlər edilsin. Ünvanlar, e-maillər, müraciət formaları vikipediyada var.
Yeri gəlmişkən, xatırladıram ki, dövlət qurumlarının, şirkətlərin və QHT-lərin birbaşa Arbitraja müraciət etməsi vikipediya qaydalarına ziddir. Gərək qurumlar hansısa istifadəçi və ya idarəçinin vasitəsilə yuxarda adıçəkilən qurumlara müraciət ünvanlasın”.
Bugün, 09:00
Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir
Dün, 18:00
Aygün Kazımovanın vergi borcunun məbləği məlum olub
Dün, 17:30
Nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ
Dün, 17:00
Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü
Dün, 16:30
Ukraynada 20 deputat zəhərləndi
Dün, 16:00
Kim Çen In 13 yaşlı qızını varisi təyin edib
Dün, 15:30
Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə BİRLƏŞDİRİLƏCƏK
Dün, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
Dün, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Dün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Dün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Dün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Dün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Dün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
11-02-2026, 18:00
Allah rəhmət eləsin.
11-02-2026, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
11-02-2026, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
11-02-2026, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
11-02-2026, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
11-02-2026, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
11-02-2026, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
11-02-2026, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
11-02-2026, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
11-02-2026, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
11-02-2026, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
11-02-2026, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
11-02-2026, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI