Azadlıq Cəbhəsi Fransanın müstəmləkə zorakılığını pislədi
Gündəm / Sosial
Oxunub: 82
21 Eyl 2024 | 10:54
Azadlıq Cəbhəsi Fransanın müstəmləkə zorakılığını pislədi

Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi rəsmi Parisin müstəmləkə zorakılığını pisləyib.

Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi Sent-Lui qəsəbəsindən olan iki gənc kanakın öldürülməsini Kanakidəki vəziyyətin faciəvi təsviri kimi qiymətləndərib:

Bəyanatda qeyd olunub ki, Fransa dövləti Numea və Matinyon müqavilələrindəki vədlərə xəyanət edərək asayişi qorumaq bəhanəsi ilə müstəmləkə rejimini saxlamaqda israr edir:

"Müstəmləkə altında olan çoxsaylı yerli xalqların problemlərini zorakı üsullarla həllinə üstünlük verir. Bu gün burada hədəf öz müqəddəratını təyin etmək hüququndan inadla məhrum edilmiş və dekolonizasiya olunmamış xalqdır.

Bu sistemli və institusional zorakılığa qarşı beynəlxalq ictimaiyyət səssiz qala bilməz. Fransaya təzyiq göstərmək, beynəlxalq hüquq standartlarına hörmət etməsi tələbini qoymaq və onun repressiv qüvvələrinin törətdiyi repressiyalara dərhal son qoymasını tələb etmək beynəlxalq ictimaiyyətin borcudur.

Martinikdə mənzərə ürəkaçan deyil. Martinik xalqının iqtisadi və sosial ədalət haqları vəhşicəsinə basdırılır. Xalqın tələblərini boğmağa yönəlmiş bu dövlət repressiyası müstəmləkə məntiqinin bir hissəsidir. Biz bunu şiddəqtlə pisləyirik.

Beynəlxalq Azadlıq Cəbhəsi Kanakidə, Martinikdə və bütün dünyada müstəmləkəçiliyin bütün qurbanlarına sarsılmaz dəstəyini ifadə edir. Bizim mübarizəmiz ədalət, azadlıq, qurtuluş və xalqımızın ləyaqəti uğrunda mübarizədir. Biz mübarizəmizə müstəmləkəçilik qəti şəkildə aradan qaldırılana və xalqlarımız nəhayət azad, sülh və suverenlik içində çiçəklənənə qədər sadiq qalacağıq".

Bəyanata Fransa müstəmləkəsi altında olan ərazilərdəki 17 siyasi hərəkat qoşulub.

Xatırladaq ki, bu ilin iyul ayında Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri Bakıda Birinci Qurultaylarını keçirərək Fransa Koloniyalarının Azadlıq Cəbhəsini yaradıblar.
Bugün, 10:30
Niyə maaş qalxan kimi QİYMƏTLƏR də QALXIR? Natiq Cəfərlidən FƏRQLİ YANAŞMA
Bugün, 10:00
125 ildir Kaliforniyada yanan Lampanın sirri nədir?
Bugün, 09:30
Asbest qadağan edildi, bəs dəmir neçəyədir? — tikinti materialları bazarından reportaj
Bugün, 09:00
Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir
Dün, 18:00
Aygün Kazımovanın vergi borcunun məbləği məlum olub
Dün, 17:30
Nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ
Dün, 17:00
Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü
Dün, 16:30
Ukraynada 20 deputat zəhərləndi
Dün, 16:00
Kim Çen In 13 yaşlı qızını varisi təyin edib
Dün, 15:30
Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə BİRLƏŞDİRİLƏCƏK
Dün, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
Dün, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Dün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Dün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Dün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Dün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Dün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
11-02-2026, 18:00
Allah rəhmət eləsin.
11-02-2026, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
11-02-2026, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
11-02-2026, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
11-02-2026, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
11-02-2026, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
11-02-2026, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
11-02-2026, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
11-02-2026, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
11-02-2026, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı