Asbest qadağan edildi, bəs dəmir neçəyədir? — tikinti materialları bazarından reportaj
Bir neçə gün öncə Milli Məclisdə qəbul edilmiş qanun layihəsinə əsasən asbest və asbest tərkibli materialların mülki dövriyyəsi (istehsalı, idxalı, satışı və istifadəsi) qadağan ediləcək. Qadağa 1 iyul 2027-ci il tarixindən qüvvəyə minəcək.Bu qanun inşaat və sənaye sahəsində, xüsusən də köhnə binalarda geniş istifadə olunan asbest sement lövhələrinin və digər məhsulların ölkədə tədricən aradan qaldırılmasına təkan verəcək.
Bəs hazırda tikinti-inşaat bazarında asbestin və digər tikinri materiallarının alqı-satqısı sahəsində vəziyyət necədir?
Tikinti materialları bazarında ilk gözə dəyən və ən tələb olunan material armaturdur. Armaturun qiymətində xeyli bahalaşma müşahidə olunur. Hazırda 1 ton sex armaturunun qiyməti 750 manatdan, 500 marka zavod armaturunun qiyməti isə 1050 manatdan başlayır. Bu göstəricilər ötən illə müqayisədə artımı açıq şəkildə nümayiş etdirir.
Digər tikinti materiallarında da qiymət dəyişiklikləri baş verib. Tamet daşlarının qiyməti hazırda minimum 8–9 manat təşkil edir. Halbuki ötən il bu məhsul 7–8 manat aralığında idi.
Taxtanın bir kubmetri hazırda 320–340 manata təklif olunur və bu, ötən illə müqayisədə təxminən 10 manat artım deməkdir.
Sement bazarında isə qiymətlər keyfiyyətə görə dəyişir. Hazırda sement kisələrinin qiyməti 5–8 manat aralığındadır və ötən illə müqayisədə təxminən 1 manat bahalaşma hiss olunur. Məsələn, “Mətanət” sementinin kisəsi pərakəndə satışda 7–7.50 manat, topdan satışda isə 6.70 manat, “Giper” sementinin kisəsi isə 6 manat təşkil edir.
Beton üzlüklərinin qiyməti 6–7 manat arasında dəyişir. Keyfiyyətindən asılı olaraq daha ucuz variantlar 4.70 manatdan, digər üzlük növləri isə 5–5.50 manatdan başlayır. Dəmir örtükləri isə qalınlığına görə 5.50 manatdan başlayan qiymətlə satılır ki, bu da bahalaşmadan xəbər verir.
Bundan əlavə, xırdavat mallarında da cüzi qiymət artımı müşahidə olunur.
Satıcılarla söhbət zamanı məlum oldu ki, hazırda bazarda durğunluq hökm sürür. Onların sözlərinə görə, ötən ilin dekabr ayından etibarən alıcı aktivliyi zəifləyib: “Xüsusilə 2026-cı ildə bazarda ciddi passivlik var. Havalar soyuyub, tikinti aparan azdır. Mart-aprel aylarını gözləyirik ki, bazar yenidən canlansın.
Amma qiymətlər hələlik kəskin artmayıb. Topdan alış zamanı endirim də edirik”, - deyə satıcılardan biri deyir.
Maraqlıdır ki, bazarda asbest materialı satanlar hələ də var. Satıcılar yeni qərardan məlumatlı olduqlarını desələr də, hazırda alıcıların bu materiala maraq göstərdiyini bildirirlər. Onlar da bilirlər ki, yaxın vaxtlarda asbest bazardan tamamilə çıxacaq.
Bazarda olduğumuz müddətdə alıcı sayının azlığı da diqqət çəkirdi. Alıcılar əsasən qiymət artımından narazılıqlarını ifadə edir, bəziləri isə qiymətlərin daha da artacağından narahat olduqlarını gizlətmirdilər.
“Deyirlər, asbest zərərlidir. Amma qiymət baxımından çox sərfəli idi. Sağlamlıq isə daha vacibdir”, - deyə alıcılardan biri bildirdi.
Bəs tikinti materialları bazarında qiymətlərin artımı nə qədər davam edə bilər? Bazardakı qiymət artımı əmlak bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a danışıb: "Artıq bir çox xarici ölkələrdə asbest tərkibli tikinti materiallarının istifadəsi və satışı qadağan olunub. Bura dam örtükləri, şifer, su boruları və asbest tərkibli digər tikinti materialları daxildir. Səbəb isə bu materialların insan sağlamlığı üçün ciddi təhlükə yaratmasıdır. Yaxın vaxtlarda ölkəmizdə də bu tip materialların istifadəsinə məhdudiyyətlər tətbiq olunacaq və mərhələli şəkildə qadağalar qüvvəyə minəcək".
Ekspert qeyd edib ki, hazırkı vəziyyətdə xüsusilə su xətlərində daha çox asbest tərkibli borulardan istifadə olunduğu müşahidə edilir: "Eyni zamanda, fərdi yaşayış evlərinin böyük bir hissəsinin dam örtüyü kimi istifadə edilən və şifer adlanan material da məhz asbest tərkiblidir. Bu səbəbdən gələcəkdə bu tip materialların istifadəsinin dayandırılması qaçılmaz görünür.
Ölkəmizdə əksər fərdi yaşayış evlərinin dam örtüklərinin böyük hissəsinin asbest tərkibli olması onu göstərir ki, gələcəkdə inşa ediləcək fərdi yaşayış evlərində artıq alternativ dam örtüklərindən istifadə məcburi xarakter alacaq. Əgər həqiqətən də asbest tərkibli dam örtükləri insan sağlamlığı üçün təhlükəlidirsə, bu zaman mövcud asbest şifer örtüklərinin də dəyişdirilməsi məsələsi gündəmə gələcək. Digər tərəfdən, ölkə üzrə çəkilmiş asbest tərkibli su borularının da mərhələli şəkildə dəyişdirilməsi qaçılmaz olacaq.
Təbii ki, bu tip materialların və boruların dəyişdirilməsi dövlət büdcəsinə böyük maliyyə yükü gətirə bilər. Eyni zamanda, asbest tərkibli dam örtüklərinin, yəni şiferlərin dəyişdirilməsi də kifayət qədər böyük məbləğ tələb edəcək. Belə olan halda, alternativ materiallara - plastik və dəmir borulara, eləcə də metal dam örtüklərinə tələbatın kəskin artması gözləniləndir. Bu isə öz növbəsində həmin tikinti materiallarının satış qiymətlərində ciddi qiymət artımı ilə nəticələnə bilər".
Bugün, 11:00
Hər kəs Tovuzdakı bu görüntülərdən danışır — AÇIQLAMA
Bugün, 10:30
MAHİR ƏLİYEV TUTDUĞU VƏZİFƏNİN DƏYƏRİNİ YÜKSƏLDƏN KADRLARDANDIR
Bugün, 10:00
125 ildir Kaliforniyada yanan Lampanın sirri nədir?
Bugün, 09:30
Asbest qadağan edildi, bəs dəmir neçəyədir? — tikinti materialları bazarından reportaj
Bugün, 09:00
Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir
Dün, 18:00
Aygün Kazımovanın vergi borcunun məbləği məlum olub
Dün, 17:30
Nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ
Dün, 17:00
Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü
Dün, 16:30
Ukraynada 20 deputat zəhərləndi
Dün, 16:00
Kim Çen In 13 yaşlı qızını varisi təyin edib
Dün, 15:30
Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə BİRLƏŞDİRİLƏCƏK
Dün, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
Dün, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Dün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Dün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Dün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Dün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Dün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
11-02-2026, 18:00
Allah rəhmət eləsin.
11-02-2026, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
11-02-2026, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
11-02-2026, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
11-02-2026, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
11-02-2026, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
11-02-2026, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
11-02-2026, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
11-02-2026, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB