Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş? – Şok
Gündəm / Dünya
Oxunub: 79
30 Eyl 2024 | 12:50
Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş? – Şok

 
İsrailin Beyrutu bombalaması nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahla birlikdə ölən Əli Karaki haqda faktlar yenidən gündəmə gəlib.

Əli Karaki “Hizbullah”ın ən təcrübəli komandirlərindən biri kimi tanınıb. O, qruplaşmanın bir çox əməliyyatlarına şəxsən rəhbərlik edib.

Bunun fonunda Əli Karakinin adı Azərbaycanın cinayət işi arxivinə Bakıda terror aktı törətmək istəməsi ilə düşüb. Belə ki, 2008-ci ildə Livan vətəndaşları Əli Karaki, Nəcməddin Əli Hüseyn “Hizbullah” və “Əl-Qaidə” təşkilatlarının rəhbərləri tərəfindən təlimatlandırılaraq Azərbaycana göndəriliblər. Xüsusilə Əli Karaki Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi planlaşdırıb. Dəstə üzvləri bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, planı həyata keçirməyə nail olmayıblar.

İttiham aktından məlum olur ki, Əli Karaki və digərləri 2008-ci il mayın 8-də İsrail dövlətinin yaranmasının 60 illik yubileyi günü bu dövlətin Bakıdakı səfirliyində də terror aktı törətməli imiş.

Belə ki, 2008-ci ilin aprelində Əli Nəcməddin Ə.Şükürovla İzmir küçəsində kirayələnən mənzilə 1 kiloqram 400 qram plastid adlı partlayıcı maddə, trotil şaşkası, 2 ədəd “EDP-8” tipli elektrodetonatoru və izləmə üçün əlavə durbin, “Soni” markalı videokamera aparıblar. Aprelin 30-da Əli Karaki Ə.Şükürova və Əli Nəcməddinə izləndiyini bildirib. Buna görə də özlərini şübhəli göstərməmək üçün sakitcə yaşadıqları ünvanlara gedib, sonrakı günlər ərzində gizli yollarla İrana qayıtmağı razılaşdırıblar.

Növbəti gün Əli Nəcməddin Əli Karaki ilə 28 May küçəsindəki aviakassaya gəliblər. Orada İrana təyyarə bileti almaqla qonşu dövlətə təyyarə ilə gedəcəyi təəssüratı yaratmaq istəyiblər. Daha sonra isə “20 Yanvar” metrosunun yanına gələrək Astaraya, oradan İrana getməyi planlaşdırıblar. Lakin “20 Yanvar” metrosunun yanında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Əl Nəcməddindən şübhələnib onu saxlayıblar. Sonradan dəstənin digər üzvləri də ölkəni tərk etmək istəyərkən həbs olunublar.

Dəstə üzvlərinin evlərində və kirayə yaşadıqları ünvanlarda aparılmış axtarış zamanı İsrail səfirliyinin, Qəbələ Radiolokasiya Stansiyasının yüksəklikdən çəkildiyi fotoşəkillər, Yəhudi Mədəniyyət Mərkəzinin video və fotogörüntüləri olan kaset və disklər, silah-sursat, partlayıcılar götürülüb.

Araşdırmaçı-tarixçi Tural Həmid yazır ki, o vaxt 15 il həbs cəzası alan Ə.Karaki sonradan İran və Azərbaycan arasında danışıqlardan sonra dəyişdirildi. Karaki bu müddət ərzində Hizbullahın üçüncü adamına qədər yüksəldi. 2024-cü il sentyabrın 27-də isə İsrailin Beyruta hücumu zamanı “Hizbullah” lideri Həsən Nəsrullahla birgə öldü.(Globalinfo)
Dün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Dün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Dün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Dün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Dün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Dün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Dün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Dün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Dün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Dün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Dün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Dün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi