Pezeşkianın Trampa Azərbaycan dilindəki cavabı “mollaları” qıcıqlandırıb - REAKSİYA

İran prezidenti Məsud Pezeşkianın ABŞ lideri Donald Trampa Azərbaycan türkcəsində səsləndirdiyi şeirlə cavab verməsi müzakirələrə səbəb olub.
İranda mühafizəkar kəsimdən olan bir sıra vəzifəli şəxslər, din xadimləri və deputatlar prezident Məsud Pezeşkianın Azərbaycan türkcəsində danışmasından narahat olduqlarını gizlədə bilməhyiblər.
İran İslami Şura Məclisinin Milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini prezident Pezeşkianın ABŞ lideri Trampa Azərbaycan türkcəsindəki poetik mesajını dəyərləndirib.
İranlı deputat sosial media hesabındakı paylaşımında yazıb:
"Uzun müddətdir ki, şərəfli danışıqlar məfhumundan yazmaq üçün fürsət axtarırdım. Lakin doktor Pezeşkian mərhum Şəhriyarın danışıqlar mövzusundakı qiymətli türkcə şeirinə istinad etdikdən sonra, namusun ən gözəl və təsirli tərifinin bu şeirdə gizləndiyini hiss etdim.
ABŞ-ın zülm siyasətinə cavab verən Pezeşkian, "bizim türkcədə belə bir şeir var:
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.
Yatma tülkü daldasında, qoy yesin aslan səni!" deyib.
Əminəm ki, İran İslam Respublikasının ali rəhbəri də (Xamenei-red.) türk ədəbiyyatına və xüsusilə Şəhriyarın şeirlərinə dərindən bələd olan şəxs kimi bu şeirin şərəfli mövqeyə vurğu edildiyini bəyənəcək.
Danışıq məsələsi ilə bağlı bir cümlə deməliyəmsə, o da budur: Amerika İranla danışıqlar aparmaq istəmir! Danışıqlar təbiətcə şərəfli bir proses olduğundan onun müəyyən qaydaları və çərçivələri var. Lakin onların məqsədi İran İslam Respublikası və İran xalqını mühakimə etməkdir. Və təbii ki, məhkəməni qəbul edib müttəhim kürsüsündə oturmaq şərəfsiz hərəkət olardı.
Bəlkə də doktor Pezeşkyanın şeir deməsindən narahat olan və onu başqa cür şərh edənlərin əsl narahatlığı sadəcə şeirin dilidir!”.
Modern.az
Bugün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Bugün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Bugün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Bugün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Bugün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Bugün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Bugün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Bugün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Bugün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Bugün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Bugün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Bugün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
Dün, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
Dün, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
Dün, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
Dün, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
Dün, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
Dün, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
Dün, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
Dün, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
Dün, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
Dün, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
Dün, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
Dün, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi