CHP fövqəladə qurultaya gedir
Gündəm / Dünya
Oxunub: 192
21 Mrt 2025 | 19:04
CHP fövqəladə qurultaya gedir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl aprelin 6-da partiyasının fövqəladə qurultaya gedəcəyini açıqlayıb.

Bu barədə siyasətçi mətbuata açıqlamasında bildirib.

“Aprelin 6-da CHP-nin nümayəndələri fövqəladə qurultayda Atatürkün qurduğu partiyaya qəyyum təyin etməyə belə cəhd edənlərə inad iradələrini bildirəcəklər”, – o qeyd edib.

Özəl qeyd edib ki, partiya qarşıdan gələn partiyadaxili seçkilərə (praymeriz) əngəl olmaq cəhdləri ilə üzləşib:

“Biz bazar günü (martın 23-də – red.) keçiriləcək seçkiləri pozmaq üçün CHP-yə qəyyum (xarici idarəçi – red.) təyin etmək üçün yeni bir cəhd gördük. Lakin səlahiyyətlərimdən istifadə edərək 15 gün sonra – 6 apreldə fövqəladə qurultay keçirmək qərarına gəldim. Bu, partiya üzərində xarici nəzarətin təyin edilməsi planlarının həyata keçirilməsinə imkan verməyəcək”.

Bundan başqa, Özəl fövqəladə qurultayda partiya sədri seçkilərində özünün də iştirak edəcəyini təsdiqləyib: “İstəyən hər kəs namizədliyini irəli sürə bilər. Bu, demokratik bir yarış olacaq. Amma mən də seçkilərə gedirəm”.

Xatırladaq ki, PKK ilə əlaqələr və korrupsiya işi ilə bağlı araşdırma çərçivəsində İstanbulda yüzə yaxın insan, o cümlədən meriya və bələdiyyə nümayəndələri saxlanılıb. İstanbulun meri Əkrəm İmamoğlu istintaq hərəkətləri üçün İstanbul Təhlükəsizlik İdarəsinə aparılıb.

İstanbul valiliyinin qərarı ilə martın 23-dək şəhərdə mitinq və nümayişlərin, eləcə də hər hansı yürüş və mətbuat üçün açıq bəyanatların keçirilməsini qadağan edilib.
Bugün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Bugün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Bugün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Bugün, 16:30
Astarada bəndlər çökdü, yol dağıldı - FOTOLAR
Bugün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Bugün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Bugün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Bugün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Bugün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Bugün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Bugün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Bugün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
Dün, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
Dün, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
Dün, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
Dün, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
Dün, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
Dün, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
Dün, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
Dün, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
Dün, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
Dün, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
Dün, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
Dün, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi