Bakıda “Lukoil” YDM-lərində nağdsız ödəniş dayandırıldı - RƏSMİ
Gündəm / İqtisadiyyat
Oxunub: 74
17 Kas 2025 | 17:00
Bakıda “Lukoil” YDM-lərində nağdsız ödəniş dayandırıldı - RƏSMİ

Bakıda sürücülər “Lukoil” yanacaqdolurma məntəqələrində (YDM) kartla ödəniş edə bilmədiklərini bildirirlər.

hedeftv.az
-a müraciət edən vətəndaşlar qeyd edir ki, məntəqələrdə yalnız nağd ödəniş qəbul olunur, POS-terminallar işləmir.

YDM-lərdə probemin səbəbi açıqlanmayıb. Məsələ ilə əlaqədar “Lukoil” Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndəliyin əməkdaşı saytımıza açıqlamasında məlumatı təsdiqləyib.

Bildirilib ki, nağdsız ödənişlərdə texniki problem yaşanıb: "Banklarla olan müvəqqəti problemdir. Terminal hələki işləməyəcək. Nə vaxtdan bu problemin aradan qalxacağını bilmirik. Amma bilirik ki, bu hal müvəqqətidir".

Ekspertlər isə problemin ABŞ-nin tətbiq etdiyi sanksiyalar olduğunu bildirir. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 24 oktyabr 2025-ci ildə “Lukoil” və onun 34 törəmə şirkətini sanksiya siyahısına salıb. Bu qərardan sonra şirkətin dollar əməliyyatlarına məhdudiyyət qoyulub, ABŞ-dakı aktivləri dondurulub və amerikalı təşkilatlarla əməkdaşlıq qadağan edilib. Sanksiyalar nəticəsində şirkətin beynəlxalq bank əməliyyatlarında ciddi çətinliklər yarandığı bildirilir.

Sanksiyaların təsiri təkcə qlobal əməliyyatlarla məhdudlaşmır. Bankların xarici ödənişləri qəbul etməkdən imtinası səbəbindən “Lukoil”in xaricdəki strukturları, o cümlədən Azərbaycan üzrə əməliyyatları da risk altına düşüb. Şirkət 27 oktyabrda xarici aktivlərini Avstriya üzərindən satışa çıxardığını açıqlamış, 5 noyabrda isə bu aktivlərin 100 faizinin "Gunvor" şirkətinə satılması üçün ilkin razılıq əldə etmişdi. Amma ABŞ sanksiyaları sövdələşmənin icrasını çətinləşdirir.

Qeyd edək ki, “Lukoil Azərbaycan” birbaşa ABŞ-ın sanksiya siyahısında yer almasa da, beynəlxalq bank kanallarında məhdudiyyətlər səbəbindən kart ödənişlərinin qəbulu ilə bağlı çətinliklər yaşandığı bildirilir.
Dün, 18:00
Restoranda "qusma rüsumu"- lüks məkan görünməmiş addım atdı
Dün, 17:30
271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası
Dün, 17:00
Hacıbaba Əzimov VƏFAT ETDİ
Dün, 16:30
Sabah yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
Dün, 16:00
Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI
Dün, 12:00
TDT-yə üzv ölkələrin QHT-lərinin Forumu keçirilir
Dün, 11:30
Tramp Tayvana silah satışını dayandırdı
Dün, 11:00
Sabiq icra başçısı vəfat etdi
Dün, 10:30
Corat bağlarından meyit tapıldı
Dün, 10:00
Hantavirusa görə apteklərdə maska tapılmır
Dün, 09:30
WUF13-ə qeydiyyat başa çatdı
Dün, 09:00
Magistral yol çökdü, Bakıya giriş bağlandı
15-05-2026, 18:00
Dövlət torpağı almadan magistral yol çəkə bilərmi? – Mürtəce qanunla bağlı məsləhətləşmə
15-05-2026, 17:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Qıtlıq gəlir, tədarük görün
15-05-2026, 17:00
Ukrayna “Turan birliyi”nə qoşulur-daha hansı dövlətlər var?
15-05-2026, 16:30
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
15-05-2026, 12:00
Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib
15-05-2026, 11:30
Taksidən istifadə edən sərnişinlərin NƏZƏRİNƏ
15-05-2026, 11:00
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
15-05-2026, 11:00
Vado Korovinin "Space" TV-dəki kadrları işdən çıxarıldı - FOTO
15-05-2026, 10:30
Kiyevə dəhşətli raket hücumu: ölənlərin sayı artdı
15-05-2026, 10:00
Tam şəffaf olmaq üçün işimiz çoxdur - mədəniyyət naziri
15-05-2026, 09:30
Toylar Azərbaycan incəsənətini yaşadan platformadır - NAZİRDƏN AÇIQLAMA
15-05-2026, 09:00
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
14-05-2026, 18:00
Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB
14-05-2026, 17:30
Bu ölkədə yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
14-05-2026, 17:00
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR