Ramiz Mehdiyevlə yanaşı, onlar da YAP-ın Veteranlar Şurasından çıxarıla bilər
Gündəm
Oxunub: 34
19 Kas 2025 | 09:30
Ramiz Mehdiyevlə yanaşı, onlar da YAP-ın Veteranlar Şurasından çıxarıla bilər


Bu günlər hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 ili tamam olur.

hedeftv.az-ın məlumatına görə, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi.
21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.

Nəhayət 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı.

Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə YAP-ın qurulmasının 33 illiyinə həsr olunacaq toplantı keçiriləcək. Toplantıda son vaxtlar YAP ətrafında cərəyan edən bir sıra qalmaqallı məsələlərə də toxunulacağı bildirilir.

Söhbət korrupsiya hüquqpozmaları və vəzifə cinayətlərinə görə saxlanılan icra başçıları və dövlətə xəyanət kimi ağır cinayətdə təqsirləndirilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı məsələlərdən gedir. Həm saxlanılan icra başçıları, həm də akademik Ramiz Mehdiyev YAP üzvü olaraq qalırlar ki, bu da partiya daxilində mühüm ziddiyyət kimi qiymətləndirilir, eyni zamanda onun siyasi reputasiyasına zərbə vurur.

Partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bu yaxınlarda mətbuata açıqlamasında bildirib ki, Ramiz Mehdiyev partiyadan, o cümlədən Veteranlar Şurasından çıxarılacaq. Bu isə məhkəmə qərarı veriləndən sonra gerçəkləşəcək.

İttihamlar ciddidir: Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətinin ələ keçirilməsi), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolla əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Ramiz Mehdiyevin partiyadan və Veteranlar Şurasından uzaqlaşdırılması tələbi YAP daxilində “təmizləmə” siqnalı ola bilər. Bu, partiyanın imicini qorumaq üçün atılan addım kimi anlaşılır: ittiham olunan şəxslərin hələ mövcud strukturlarda qalmasının partiyaya mənfi təsir edə biləcəyi düşünülür.

Bu səbəbdən də Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından kənarlaşdırılacaq yeganə üzv olmaya bilər.


Modern.az-a daxil olan məlumatda son vaxtlar adı akademiklə yaxın olmaqda hallandırılan daha bir neçə veteran YAP-çının da “qara siyahı”ya salındığı iddia olunur.
Bu sırada ilk növbədə “Dövlətqaçqınkom”un sabiq sədi Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun adı çəkilir.

Bundan başqa, Bakı Slavyan Universitetinin sabiq rektoru, son vaxtlar şahid qismində qalmaqallı məhkəmə işlərinə çağırılan Nurlana Əliyevanın da YAP-ın Veteranlar Şurasında saxlanılmayacağı söylənilir.

Məlumatlara görə, bu addımları atmaqla YAP həm hüquqi, həm etik prinsiplərə ciddi yanaşdığını nümayiş etdirəcək.
Dün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
13-03-2026, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
13-03-2026, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13-03-2026, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
13-03-2026, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
13-03-2026, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
13-03-2026, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
13-03-2026, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
13-03-2026, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
13-03-2026, 10:30
Güləşçimiz Avropa çempionu oldu
13-03-2026, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
13-03-2026, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
13-03-2026, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...