İran müharibəsindən sonra nələr dəyişəcək?

Deputatın fikrincə, İran ətrafındakı proseslər bitəndən sonra regional mənzərə ciddi şəkildə dəyişəcək
ABŞ Prezidenti Donald Tramp CBS News telekanalına verdiyi son müsahibəsində İranla münaqişənin vəziyyəti barədə gözlənilməz və iddialı açıqlamalarla çıxış edib.
Tramp hərbi əməliyyatların artıq son mərhələyə daxil olduğunu və İranın hərbi gücünün demək olar ki, tamamilə məhv edildiyini bəyan edib.
Tramp “düşünürəm ki, müharibə böyük ölçüdə bitib (very complete, pretty much)” deyərək əməliyyatın planlaşdırılan 4-5 həftəlik vaxt qrafikindən çox irəlidə olduğunu bildirib.
O, İranın artıq bir dövlət kimi müdafiə qabiliyyətini itirdiyini iddia edib: “Onların nə donanması, nə rabitə sistemi, nə də hərbi hava qüvvələri qalıb. Raketləri pərən-pərən düşüb, dronları isə istehsalat yerindəcə partladılır. Hərbi mənada heç nəyi qalmayıb. İran artıq əlində olan hər şeyi (raket və dronları) buraxıb və onlara məsləhətim budur ki, hər hansı axmaq addım atmasınlar. Əks halda, bu, həmin ölkənin sonu olar” - deyə Tramp əlavə edib.
Yeni seçilmiş Müctəba Xameneyi ilə heç bir əlaqə qurmaq niyyətində olmadığını deyən Tramp, “onun üçün heç bir mesajım yoxdur” deyərək Tehranın yeni rəhbərliyini tanımadığını bir daha nümayiş etdirib.
Trampın bu bəyanatı Pentaqonun son hesabatları ilə üst-üstə düşür. Belə ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son bir həftədə İranın 3000-dən çox hərbi hədəfinin vurulduğunu və ölkənin hava hücumundan müdafiə sistemlərinin 80%-nin sıradan çıxarıldığını təsdiqləyib. Brifinqlərdə bildirilir ki, İranın artıq sistemli şəkildə müharibə aparmaq imkanı qalmayıb və yalnız dağınıq raket zərbələri endirə bilər.
Bundan əvvəl də Tramp diqqətçəkən açıqlama verərək bildirmişdi ki, İranla bağlı müharibənin nə vaxt bitəcəyinə son qərarı özü verəcək. “Son qərarı mən verəcəyəm, amma Benyamin Netanyahunun fikirlərini də nəzərə alacağam” Tramp qeyd edib. ABŞ-nin müharibəni dayandıracağı təqdirdə İsrailin hücumları davam etdirib-etdirməyəcəyi barədə suala isə Tramp belə cavab verib: “Bunun lazım olacağını düşünmürəm”.
Donald Trampın İranla bağlı müharibənin nə vaxt bitəcəyi barədə “son qərarı mən verəcəyəm” deməsi Vaşinqtonun bu prosesdə həlledici rol oynadığını açıq şəkildə göstərir. Bu bəyanat həm də onu göstərir ki, hazırkı mərhələdə münaqişənin dayandırılması konkret hərbi vəziyyətdən çox, siyasi qərarlardan asılıdır.
Digər tərəfdən, Trampın Benjamin Netanyahunun mövqeyini də nəzərə alacağını deməsi ABŞ ilə İsrail arasında İran məsələsində sıx koordinasiyanın davam etdiyini göstərir. Bu isə o deməkdir ki, regionda hərbi əməliyyatların taleyi böyük ölçüdə Vaşinqton-Təl-Əviv xəttində veriləcək qərarlardan asılı olacaq.
Analitiklər hesab edirlər ki, İran ətrafında yaranmış gərginlik yalnız hərbi əməliyyatlarla deyil, həm də diplomatik və geosiyasi balansın dəyişməsi ilə nəticələnə bilər. Müharibənin uzanması isə Yaxın Şərqdə təhlükəsizlik risklərini artırmaqla yanaşı, enerji bazarlarına və qlobal iqtisadiyyata da təsir göstərmək potensialına malikdir.
Beləliklə, Trampın açıqlaması münaqişənin qısa müddətdə bitəcəyinə dair aydın siqnal vermir. Əksinə, bu bəyanat göstərir ki, proses hələ bir müddət beynəlxalq siyasi qərarların və regional güc balansının təsiri altında davam edə bilər. Əsas sual: İran müharibəsindən sonra bizim bölgəmizdə nələr dəyişəcək?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a söylədi ki, Trampın İranla müharibənin taleyinə dair “son qərarı mən verəcəyəm” bəyanatı Vaşinqtonun Yaxın Şərqdəki hərbi əməliyyatları sadəcə bir taktiki gediş kimi deyil, strateji bir nizamlanma vasitəsi kimi gördüyünü təsdiqləyir: “Bu yanaşma müharibənin bitmə vaxtının hərbi nailiyyətlərdən daha çox, ABŞ-nin regiondakı uzunmüddətli maraqlarına bağlı olduğunu göstərir. Xüsusilə İranın ali liderinin öldürülməsi və yeni rəhbərliyin seçilməsi fonunda yaranan idarəetmə boşluğu, Vaşinqtona Tehran üzərindəki təzyiqi maksimuma çatdırmaq və şərtləri birbaşa diktə etmək imkanı verir.
İran müharibəsindən sonra regional mənzərənin köklü şəkildə dəyişməsi qaçılmazdır. Tehranın onilliklər ərzində formalaşdırdığı proksi şəbəkəsinin ideoloji və maliyyə sütunlarının sarsılması, Livan, Suriya, İraq və Yəməndəki güc balansını kökündən dəyişəcək. Bu hərbi və siyasi geriləmə, İranın regional hegemonluq iddialarının sonu deməkdir ki, bu da ənənəvi rəqibləri olan ərəb dövlətlərinin və ABŞ-nin strateji mövqelərinin möhkəmlənməsinə şərait yarada bilər. Qlobal enerji bazarlarında İranın zəifləməsi neft və qaz qiymətlərində yeni təzyiq nöqtələri yaratsa da, bu eyni zamanda regionda alternativ tranzit marşrutlarına olan ehtiyacı və marağı artıracaq.
Cənubi Qafqaz üçün bu müharibənin nəticələri həm riskli, həm də perspektivli bir dönəmin başlanğıcıdır. İranın regional təsir imkanlarının minimuma enməsi Ermənistanın onilliklərdir güvəndiyi geosiyasi dayağın itirilməsi ilə nəticələnəcək ki, bu da İrəvanı Azərbaycanın təklif etdiyi yeni regional əməkdaşlıq formatlarına və sülh gündəminə daha çevik uyğunlaşmağa məcbur edəcək. Beləliklə, İran müharibəsi, sadəcə, bir rejimin zəifləməsi deyil, Yaxın Şərqdən Cənubi Qafqaza qədər uzanan geniş coğrafiyada Azərbaycanın da mərkəzində dayandığı yeni, daha stabil və iqtisadi mərkəzli geosiyasi arxitekturanın qurulması prosesidir".
Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, İranla savaşın hələ başlanğıc nöqtəsidir: “Quru əməliyyatlarına başlamadan, molla rejimini dəyişdirmədən ABŞ İranla savaşı bitirə bilməz. Əslində ABŞ İsraili bu savaşda alətə çevirib. Yəni Birləşmiş Ştatlar öz maraqlarını təmin etmək üçün müharibə düyməsini basıb. ABŞ ”nüvə bəhanəsi" ilə İraq və Suriyada olduğu kimi İranın neftinə, digər sərvətlərinə sahib çıxmaq istəyir. Eyni zamanda İran neftinə əl qoymaqla Çinin enerji siyasətini bloklamağa və Pekini Uzaq Şərqə doğru sıxışdırmağa çalışır. Bu maraqlarını təmin etmədikcə Birləşmiş Ştatlar savaşdan bir addım da geri atmayacaq. Hətta Rusiya və Çin bunu ABŞ-ın məğlubiyyəti kimi qəbul edəcək. Ona görə də Tramp son açıqlamaları ilə Rusiya və Çindən İrana gələcək yardımları yubatmağa çalışır. Quru döyüşləri aparmadan Amerika İranda heç nəyə nail olmayacaq. İranın raket susqunluğu da ABŞ-ni quru döyüşlərinə çəkməyə hesablanıb. Bu baxımdan, ABŞ yeni koalisiya ordusu axtarışındadır. Vaşinqton bu dəfə Ankara və Bakını da quru döyüşlərinə cəlb etmək niyyətindədir. Hələ ki Azərbaycan və Türkiyə bu proseslərdən məharətlə və təmkinlə yayına bilir. Gələcəkdə hansı proseslərin baş verəcəyini indidən proqnozlaşdırmaq elə də asan deyil. Hətta Çin və Rusiyanın da İrana dəstək üçün genişmiqyaslı addımlar atacağı proqnozlaşdırılır".
Bugün, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
Bugün, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...
Bugün, 17:00
Zavodu sahibindən xəbərsiz satdı, indi də "hamının mənə borcu var" deyir - DƏLƏDUZLUQ İŞİ
Bugün, 16:30
Naxçıvanda onlayn kazino təşkil edən şəxs saxlanıldı
Bugün, 16:00
Bu orta məktəbə lisey statusu verildi
Bugün, 12:00
Rusiyada azərbaycanlı gəncə yüksək vəzifə verildi
Bugün, 11:30
Türkiyəyə açıq hücum - İlk hədəf AZƏRBAYCANDIR
Bugün, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU