Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...

Azərbaycanda bu il keçirilən buraxılış imtahanları yenidən müzakirə mövzusuna çevrilib. İmtahandan çıxan abituriyentlərin böyük hissəsi sualların çətinliyi ilə bərabər, onların həddindən artıq uzun və vaxt aparan olmasından şikayət edir.
Valideynlər və müəllimlər də bu narazılığı bölüşərək bildirirlər ki, xüsusilə qrammatika ilə bağlı sualların çoxluğu və mətnlərin həddindən artıq uzun tərtib edilməsi şagirdlərin vaxtını ciddi şəkildə məhdudlaşdırır. Onların sözlərinə görə, son illərdə mətnlər getdikcə daha da uzadılır, lakin imtahanın müddəti dəyişmir. Nəticədə abituriyentlər biliklərini tam göstərməkdə çətinlik çəkir, çünki məntiq tələb edən və uzun mətnə əsaslanan suallar vaxtın böyük hissəsini alır.
“Günahkar birmənalı olaraq valideyndir” – Təhsil eksperti Elçin Əfəndi ilə MÜSAHİBƏ
Təhsil eksperti Elçin Əfəndi Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda ali təhsil müəssisəsinə daxil olmaq çətin, oranı bitirmək isə asandır:
“Bəli, bizdə imtahanlarla bağlı yaranan ajiotajın qarşısını almaq olduqca çətindir. Mövcud vəziyyətdə bunu tam aradan qaldırmaq da asan məsələ deyil. Çünki biz ildə 6-7 dəfə müxtəlif imtahanlar keçiririk və hər imtahanda abituriyentlərin bilik və bacarıqlarını yoxlayırıq. Amma imtahanlardan sonra yaranan bu ajiotaj demək olar ki, hər dəfə müşahidə olunur. Hər imtahandan sonra müəyyən bir qrup çıxaraq bildirir ki, suallar çətin idi və ya imtahanda tanış olmadıqları suallar salınmışdı. Xüsusilə sosial şəbəkələrdə bu tip fikirləri səsləndirən şəxslər olur.
Hətta bəzən iddia edilir ki, guya suallar Azərbaycanın tədris proqramına uyğun deyil, başqa ölkələrin, məsələn, Gürcüstanın və ya Türkiyənin proqramı əsasında hazırlanır. Bu cür iddiaların heç bir əsası yoxdur. Dövlət İmtahan Mərkəzinin istifadə etdiyi proqram sentyabr ayında elan olunur və həmin proqram Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramına uyğun hazırlanır. İmtahanda düşən bütün suallar da məhz həmin proqram çərçivəsində olur. Mövzudan kənar heç bir sual verilmir. Bəzən də belə bir fikir səsləndirilir ki, “biz bu sualları əvvəllər görməmişik”. Əslində bu yanaşma da doğru deyil. Çünki qəbul imtahanının sualları qapalı şəraitdə hazırlanır və hətta suallar üzərində işləyən mütəxəssislər belə? hansı sualın imtahana düşəcəyini əvvəlcədən bilmirlər”.
Ekspert deyir ki, Dövlət İmtahan Mərkəzi vaxtaşırı yeni suallar hazırlayır və həmin suallar bankından imtahan üçün uyğun olanlar seçilir:
”Ola bilər ki, bəzi suallar əvvəlkilərə müəyyən qədər oxşasın və ya variantlarda dəyişiklik olsun. Bu dəyişikliklər zaman-zaman edilir. Lakin bu o demək deyil ki, bütün suallar mütləq şəkildə test toplularında, dərsliklərdə və ya hansısa təşkilatların nəşrlərində eynilə yer almalıdır.
Digər tərəfdən, abituriyentlər çox vaxt sınaq imtahanlarında və müxtəlif platformalarda daha sadə suallarla qarşılaşırlar. Bu isə müəyyən mənada onları rahatlaşdırır və nəticələrin yüksək görünməsinə səbəb olur. Valideynlər də bu nəticələri görüb düşünür ki, övladının hazırlıq səviyyəsi kifayət qədər yaxşıdır. Amma abituriyentlər çətin suallara da hazır olmalıdırlar. Çünki əsas məqsəd ən yaxşı nəticə göstərənləri müəyyənləşdirməkdir. Əgər şagirdlər yalnız sadə suallara öyrəşirlərsə, daha mürəkkəb və düşünmə tələb edən suallarla qarşılaşanda çətinlik çəkirlər və bunu “görmədiyimiz suallar” kimi qiymətləndirirlər.
Demək olar ki, hər imtahandan sonra eyni vəziyyət yaranır və müəyyən ajiotaj formalaşır. Halbuki buraxılış imtahanı qəbul prosesinin mühüm mərhələsidir və ona ciddi yanaşmaq lazımdır. Çünki 700 ballıq qəbul sistemində 300 bal məhz buraxılış imtahanının nəticələrinə əsasən formalaşır. Buna görə də bu imtahanı, sadəcə, attestat imtahanı kimi qiymətləndirmək düzgün deyil”.
E. Əfəndinin sözlərinə görə, imtahan sualları müəyyən prinsip əsasında hazırlanır:
“Suallar üç kateqoriyaya bölünür: sadə, orta və çətin. Sadə suallar hazırlıq səviyyəsi aşağı olan abituriyentlər üçün nəzərdə tutulur, orta suallar qismən hazırlaşanlar üçün, çətin suallar isə yaxşı hazırlaşmış abituriyentlər üçündür. Bu çətin suallar vasitəsilə ən yüksək nəticə göstərənlər müəyyənləşdirilir. Dünyanın bir çox ölkələrində də imtahan sistemləri məhz bu prinsiplə qurulur. Məqsəd ən yaxşı nəticə göstərən və daha yüksək düşünmə qabiliyyətinə malik abituriyentləri seçməkdir.
Bununla yanaşı, bəzi hallarda imtahanda verilən mətnlərin uzunluğu və onların oxunmasına sərf olunan vaxt məsələsi də müzakirə olunur. Doğrudan da, bəzi mətnlərin oxunması müəyyən qədər vaxt aparır. Bu səbəbdən gələcəkdə imtahan müddətinin artırılması məsələsinə baxıla bilər. Xüsusilə də növbəti ildən xarici dil fənni üzrə yazı tapşırıqlarının əlavə olunması nəzərdə tutulduğu üçün imtahan vaxtının uzadılması mümkün variantlardan biri kimi müzakirə edilir. Bununla belə, diqqətlə və planlı şəkildə hazırlaşan abituriyentlər üçün imtahanın ciddi problem yaratmayacağı düşünülür”.
Bugün, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
Bugün, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...
Bugün, 17:00
Zavodu sahibindən xəbərsiz satdı, indi də "hamının mənə borcu var" deyir - DƏLƏDUZLUQ İŞİ
Bugün, 16:30
Naxçıvanda onlayn kazino təşkil edən şəxs saxlanıldı
Bugün, 16:00
Bu orta məktəbə lisey statusu verildi
Bugün, 12:00
Rusiyada azərbaycanlı gəncə yüksək vəzifə verildi
Bugün, 11:30
Türkiyəyə açıq hücum - İlk hədəf AZƏRBAYCANDIR
Bugün, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU