Restoranlar Monqolustan, Ukrayna əti verir - Toy sahibləri ALDADILIR
Gündəm
Oxunub: 54
26 Kas 2025 | 09:00
Restoranlar Monqolustan, Ukrayna əti verir - Toy sahibləri ALDADILIR

Bakıdakı bir çox restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində Monqolustandan gətirilən qoyun, Ukraynadan gətirilən mal ətindən istifadəyə edildiyinə dair məlumatlar yayılıb. Qeyd edilir ki, həmin ətlər yerli istehsalla müqayisədə restoranlara xeyli ucuz başa gəlir. İstehlakçılara yerli məhsul kimi təqdim olunan Monqolustan və Ukrayna ətlərindən toy mərasimləri üçün tikəkabab, lüləkabab, basdırma və digər yeməklər hazırlanır. Adi günlərdə də restoranlar müştərilər üçün yemək hazırlanmasında bu ətlərdən istifadə edirlər.

Mövzu ilə əlaqədar hedeftv.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Ukraynadan və Monqolustandan gətirələn ətlər nəzarət altındadı və normal ətlərdir:

“Məsələn, Monqolustan İrana qat-qat çox ət ixrac edir və bunlar əsasən quzu ətləridir. Ukraynada isə bu bizneslə əsasən azərbaycanlılar məşğul olurlar. Azərbaycanda son 8 ayda ət defisitinin qarşısını almaq üçün bu istiqamətdə idxal başlayıb. Lakin birmənalı şəkildə bu ətlər donmuş ətlər olur. Yenə də deyirəm ki, bu ətlər normaldır və Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Eyni zamanda, yerli ətlərdən xeyli ucuzdur”.

E.Hüseynov bu ətlərlə bağlı istehlakçılardan daxil olan zənglər barədə də danışıb:

“İstehlakçı zənglərini ümumiləşdirsək, qeyd edilir ki, Monqolustan ətlərinin dadı yerli heyvan ətlərindən xeyli geri qalır. O ətləri insanlar istehlak etdikdə kabab və digər yeməklərdə dərhal hiss edirlər və bu barədə bizə məlumat verirlər”.



E.Hüseynov onu da qeyd edib ki, restoran və şadlıq evlərinin sahibləri istehlakçılara, yaxud sifariş verənlərə birmənalı şəkildə ətin mənşəyini bildirməyə borcludur:

“Sifariş verən vətəndaş bu barədə məlumat əldə etməkdə haqlıdır. Restoran və şadlıq sarayları tərəfindən bu barədə məlumat verilmir, yaxud yanlış informasiya verilirsə, bu, istehlakçı hüquqlarının pozulmasıdır. Belə hallarda istehlakçıların hüququ var ki, dövlət orqanlarına müraciət edib, aldadıldıqlarını bildirsinlər. Bu, yolverilməzdir”.
Dün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
13-03-2026, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
13-03-2026, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13-03-2026, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
13-03-2026, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
13-03-2026, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
13-03-2026, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
13-03-2026, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
13-03-2026, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
13-03-2026, 10:30
Güləşçimiz Avropa çempionu oldu
13-03-2026, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
13-03-2026, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
13-03-2026, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...