Bakıda qaldırılan SSRİ bayraqlarında “Mehdiyev izi”
Gündəm
Oxunub: 79
26 Kas 2025 | 15:00
Bakıda qaldırılan SSRİ bayraqlarında “Mehdiyev izi”

Sosial şəbəkələrdə sovet simvolikası ilə paylaşılan görüntülər və SSRİ bayraqları altında yürüş çağırışları yenidən gündəmə çevrilib.

Videolarda bir qrup şəxsin Bakıda sovet rəmzləri ilə aksiyaya cəhd etdiyi görünür, həmin şəxslərin özləri bu görüntüləri ardıcıl şəkildə yayır və açıq çağırışlar edirdilər.

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin çağırışların təşkilatçıları Abdulla İbrahimli, İbrahim Əsədli və digər iştirakçılar saxlanılıb. Onlar barədə cinayət işi başlanılıb.

İstintaqın ilkin məlumatlarına görə, qrup üzvləri “başqa bir dövlətin maliyyə dəstəyi” ilə ofis icarəyə götürərək müəyyən müddət sistemli şəkildə fəaliyyət göstərib, toplantılar keçirib və sovet ideologiyasını təbliğ edən materiallar hazırlayıblar.

Onların mənzillərində və ofisində aparılan axtarış zamanı çoxsaylı sovet rəmzləri, Leninin heykəlləri, kitablar, bayraqlar və elektron cihazlar aşkarlanıb.

Bu hadisə cəmiyyətdə yeni suallar yaradıb: niyə sovet simvolları yenidən gündəmə gətirilir və bunu kim maliyyələşdirir?

Sovet İttifaqının dağılmasından 30 ildən çox zaman keçməsinə baxmayaraq, SSRİ bayraqları ilə aksiya cəhdinin məhz indi ortaya çıxması təsadüfi görünmür. Xüsusilə son illər regionda baş verən geopolitik proseslər və bəzi xarici mərkəzlərin postsovet məkanında təsir imkanlarını artırmaq cəhdləri fonunda bu hadisəyə sıradan aksiya kimi baxmaq doğru olmaz.

Qeyd edilməlidir ki, bu tip hadisə son bir il ərzində ikinci dəfədir qeydə alınır. Ötən il İmişlinin Sarıxanlı kəndində 9 May tədbiri zamanı SSRİ bayrağı memorial kompleksə sancılmış, tədbirdə iştirak edən Ağsaqqallar Şurasının sədri Saleh Səmədov “Georgi lenti” ilə çıxış etmişdi. Hadisədən sonra Səmədov vəzifədən kənarlaşdırılmış və barəsində cinayət işi başlanmışdı. İlkin araşdırmalar həmin addımların da spontan deyil, məqsədli şəkildə həyata keçirildiyini göstərmişdi.

Bəzi keçmiş kommunist ölkələrində SSRİ rəmzlərindən istifadə qanunla qadağan edilir. Bunun səbəbi sovet simvolikasının təkcə ideoloji işarə deyil, eyni zamanda siyasi təsir aləti kimi istifadə olunmasıdır. Azərbaycanda da bu mövzu həssasdır, həm müharibə dövrünün travmaları, həm də regionda güc mübarizələrinin artması fonunda sovet rəmzlərinin ortaya çıxması cəmiyyət tərəfindən narahatlıqla qarşılanır.

“Başqa bir dövlət” hansıdır?

İstintaqın “başqa bir dövlətin maliyyələşdirməsi” ifadəsi olduqca diqqətəlayiqdir. Bu ifadənin xüsusi vurğulanması təsadüfi deyil. Çünki bu hadisə təkcə sovet nostalgiyası yaşayan qrupun fəaliyyəti deyil, daha geniş şəbəkənin, konkret maraqlı mərkəzin təsir cəhdlərini xatırladır. Ən diqqətçəkən məqam isə ortaya çıxan bu fəaliyyətlərin zamanlamasıdır. Bakıda ofis icarəyə götürülməsi, qrupun mütəmadi toplaşması və ideoloji materialların hazırlanması təsadüfi təşəbbüs deyil, planlı fəaliyyətin əlamətləridir.

Məhz bu kontekstdə uzun müddətdir Azərbaycan cəmiyyətində geniş şəkildə müzakirə olunan bir ad yenidən gündəmə gəlir - Ramiz Mehdiyev. Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmək kimi ittihamlarla barəsində həbs qərarı verilmiş Mehdiyevin illərdir Rusiyanın Azərbaycandakı “beşinci kolonunun” əsas fiquru olduğu barədə iddialar gizli məlumat deyil.

Onun həm “Milyarderlər İttifaqı”, həm də müxalifətin birləşdirildiyi “Milli Şura” ilə əlaqələri koordinasiya etdiyi barədə məlumatlar uzun müddətdir ictimai müzakirələrdən düşmür. Bu baxımdan, Bakıda SSRİ simvolları altında fəaliyyət göstərən qrupların birdən-birə fəallaşması təsadüfi təsir bağışlamır.

Xüsusilə istintaq materiallarında yer alan “başqa bir dövlət” ifadəsi hansı ölkənin nəzərdə tutulduğunu demək olar ki, aydın göstərir. Kommunist ideologiyasının təbliği və sovet simvollarının yenidən gündəmə gətirilməsi postsovet məkanında yalnız bir ölkənin maraqlarına xidmət edə bilər. Regiondakı son gərginlikləri, Bakı-Moskva xəttində müşahidə olunan siyasi soyuqluğu nəzərə alsaq, SSRİ bayraqlarının birdən-birə Bakı küçələrinə “qayıtması” fonunda Rusiyanın maraqları məsələsi daha da qabarıq görünür.

Ramiz Mehdiyevlə bağlı ortaya çıxan son faktlar bu ehtimalı gücləndirən ən ciddi amildir. Xüsusilə dövlət çevrilişi ssenarisini nəzərdə tutan məktubunun ələ keçirilməsi və ictimailəşdirilməsi onun Moskva ilə əlaqələrinin təsadüfi olmadığını, əksinə sistemli xarakter daşıdığını göstərdi. Mehdiyevin bu məktub vasitəsilə Azərbaycanda siyasi sabitliyi pozmağa yönələn planlarda iştirak etməsi cəmiyyətdə rezonans yaratdı. Bu fonda onun SSRİ-ni təbliğ edən qrupların fəaliyyətini əlaqələndirməsi və maliyyələşdirməsi iddiaları artıq reallıqdan uzaq görünmür.

Beləliklə, SSRİ rəmzləri altında görünən kiçik qruplar kimin adamlarıdır? Cavab Bakının deyil, başqa paytaxtın koridorlarında gizlənir.
Dün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
13-03-2026, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
13-03-2026, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13-03-2026, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
13-03-2026, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
13-03-2026, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
13-03-2026, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
13-03-2026, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
13-03-2026, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
13-03-2026, 10:30
Güləşçimiz Avropa çempionu oldu
13-03-2026, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
13-03-2026, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
13-03-2026, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...