QMİ-nin erkən Həcc hazırlıqlarının “sirri”

Həcc ziyarəti ilə bağlı bir sıra qadağalar; QMİ rəsmisi deyir ki, prosesin daha erkən başlamasının səbəbi xidmətlərin daha yaxşı təşkili ilə bağlıdır
Həcc ziyarəti üçün hazırlıq prosedurlarına daha erkən başlanılıb. Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən başlanması üçün yeni işlər görür.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd edilir ki, bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən Həcc ziyarətindən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib: “Müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitirilməsi bildirilir. Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar”.
Həcc ziyarəti üçün hazırlıqlara erkən başlanılması ictimaiyyət arasında bir sıra fikirlərə səbəb olub. İddia edilir ki, Həcc ziyarəti ilə bağlı süni ajiotaj yaratmaq üçün erkən hazırlıqlara başlanılıb. Məlumdur ki, Həcc ziyarəti ilə bağlı konkret sayda kvota var. Belə olan halda yerlər dolandan sonra kvota artırmaq söhbəti olmur və Səudiyyə Ərəbistanı Krallığı heç kimə artıq kvota vermir. Bu səbəbdən camaat arasında dolanan söhbət həqiqəti əks etdirə bilərmi? Ümumiyyətlə, erkən hazırlıqların əsl səbəbi nədir?
Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib
Kənan Rövşənoğlu
Dini mövzular üzrə mütəxəssis, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Bizim uzun illərdir müşahidəmizə əsasən, Səudiyyə Ərəbistanı Həcc Nazirliyi bu cür prosedurları zaman-zaman dəyişir, təhlükəsizlik səbəbi ilə və ya xəstəliklərə görə, yeni məhdudiyyət və ya qaydalar tətbiq edir. Bu səbəbdən də sənəd qəbulunun erkən başlaması daha çox Səudiyyə Ərəbistanı Krallığının qaydaları ilə bağlı olur, nəinki QMİ ilə. Erkən sənəd qəbuluna gəldikdə bu normaldır. Əksər ölkələrdə belə olur. Çünki Həcc milli məsələdir, yəni ölkə üzrə həyata keçirildiyi və minlərlə insan qatıldığı üçün erkən sənəd qəbulu və seçimlər olur. Bizdə, əlbəttə, Türkiyədəki qədər Həccə gedən olmur. Ancaq yenə də erkən müraciət normaldır, lazımı sənədləri və texniki prosedurları həll eləmək üçün”.
O ki qaldı kvotaya, Kənan Rövşənoğlu deyib ki, hər ölkə üçün təqribən 1000 nəfərə 1 nəfər həcc kvotası var: “Məsələn, İraqda və Türkiyədə əhalinin sayı 85 milyondur, ona görə də o ölkələrdən ildə 85 min insan Həccə gedir. Azərbaycanda isə bu qayda ilə kvota 10 min nəfər olmalıdır. Ancaq bizdə son illərdə ortalama 1500 nəfər Həccə gedən zəvvar olur. Yəni bizim ölkəmiz kvotanın 15 faizini istifadə edir. Azərbaycanda ən çox Həcc zəvvarı 2008-ci ilə qədər olub, təxminən 6 min nəfər Həccə gedib, amma ondan sonra kvota hökumət tərəfindən 2 min nəfərə endirilib. Və sonrakı illərdə bir daha 6 minə yüksələ bilməyib. Ona görə də Azərbaycanla bağlı kvota problemi yoxdur”.
QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məsələ ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Ola bilsin, bəzi vətəndaşlarda narahatlıq yarada bilər, amma buna heç bir əsas yoxdur. Prosesin daha erkən başlamasının səbəbi xidmətlərin daha yaxşı təşkili ilə bağlıdır, eləcə də bundan əvvəli hazırlıqların erkən başlanmasıdır”.
Qeyd edək ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları (10 min 115 manat) təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. Tələb olunan sənədlər isə ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti, 5 sm/5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda). Sağlamlıq haqqında arayış.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi qarşıdan gələn Həcc mövsümünə hazırlıqların tam miqyasda başladığını və bu çərçivədə 23 aprel 2025-ci ildən etibarən Məkkəyə girişlə bağlı yeni məhdudiyyətlərin tətbiq olunacağını açıqlayıb. Ərəb mediasının məlumatına görə, nazirlik bildirib ki, hazırda krallıqda Ümrə vizası ilə olan bütün xarici vətəndaşlar ən geci 29 aprel tarixinədək ölkəni tərk etməlidirlər, əks halda, viza qaydalarını pozmuş sayılacaqlar. 23 apreldən etibarən isə Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərində yaşayan əcnəbilər Məkkəyə daxil olmaq üçün xüsusi icazə almalıdırlar. Belə icazəsi olmayanlar Al-Şumeysi və digər nəzarət keçid məntəqələrində geri qaytarılacaqlar.
Bununla yanaşı, yaşayış icazəsi (iqama) Məkkə üzrə qeydiyyatda olan ekspatriantlar bu tələbdən azad edilirlər. Eyni zamanda peşə fəaliyyəti ilə bağlı Məkkəyə və ya müqəddəs məkanlara (Məşair-i Müqəddəsə) daxil olması zəruri olan xarici işçilər işlərinin xarakterinə uyğun olaraq “Absher” və ya “Muqeem” portalları vasitəsilə xüsusi icazə almalıdırlar.
Bu il Səudiyyə Ərəbistanı uşaqların Həcc ziyarətində iştirakını da qadağan edib. Qərara səbəb kimi izdiham səbəbindən yaranan təhlükəsizlik riskləri göstərilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bildirib ki, bu addım uşaqları Həcc zamanı müşahidə olunan ciddi sıxlıqla bağlı potensial risklərdən qorumağa yönəlib. Nazirlik açıqlamasında deyib: “Bu qərar uşaqların təhlükəsizliyini və rifahını təmin etmək, eləcə də Həcc ziyarəti zamanı yarana biləcək hər hansı bir zərərin qarşısını almaq məqsədi daşıyır”. Nazirlik həmçinin açıqlayıb ki, 2025-ci il üçün Həcc ziyarətinə üstünlük ilk dəfə Həccə gedəcək zəvvarlara veriləcək. Bu il Həcc mövsümünün ayın görünməsinə uyğun olaraq 4-6 iyun tarixlərində başlaması gözlənilir.
Zəvvarların təhlükəsizliyinin artırılması üçün nazirlik bir sıra yeniliklər tətbiq edib. Bunlara aşağıdakılar daxildir: təhlükəsizlik üzrə maarifləndirmə kampaniyalarının başladılması; müqəddəs məkanlarda zəvvarların hərəkətini tənzimləyən müasir ağıllı sistemlərin tətbiqi; çadır düşərgələrinin və piyada yollarının modernləşdirilməsi yolu ilə infrastrukturun yenilənməsi.
Həcc zamanı həddindən artıq sıxlığın qarşısını almaq üçün Səudiyyə Ərəbistanı viza siyasətini yeniləyib. 1 fevral tarixindən etibarən 14 ölkədən olan şəxslər - o cümlədən Hindistan - yalnız bir girişli vizanı ala biləcək. Çoxsaylı giriş vizasına malik bəzi şəxslər əvvəlki illərdə Həcc dövründə ölkəyə daxil olaraq rəsmi qeydiyyatdan keçmədən ziyarətə qatılırdılar. Yeni qayda bu ölkələrə şamil olunur: Əlcəzair, Banqladeş, Misir, Efiopiya, Hindistan, İndoneziya, İraq, İordaniya, Mərakeş, Nigeriya, Pakistan, Sudan, Tunis və Yəmən. Yeni viza qaydasına əsasən, bu ölkələrdən gələn şəxslər yalnız 30 gün müddətində qüvvədə olan bir girişli viza üçün müraciət edə biləcəklər.
Dün, 18:00
Hərbi çağırışa vaxtında gəlməyənlər 500 AZN cərimələnir?
Dün, 17:30
Ukrayna hər yerdə bu iki azərbaycanlını axtarır - FOTOLAR
Dün, 17:00
DİM-dən qanunsuz yollara əl atan abituriyentlərin məsələsinə REAKSİYA
Dün, 16:30
Mərkəzi Parkda piyadalar üçün təhlükəli vəziyyət - FOTOLAR
Dün, 16:00
Yazıçılara pul veriləcək: Elmira Axundova, Kəramət Böyükçöl və digərləri - SİYAHI
Dün, 15:30
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
Dün, 15:00
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
Dün, 11:00
Bakıda "Porsche"nin üstündə beton qarışdırdılar - VİDEO
Dün, 10:30
Çində qızıla tələbat bir ayda 32 faiz azalıb
Dün, 10:00
“Honkonq qripi” Rusiyada yayılır: ölənlər var
Dün, 09:30
Xırdalanda çoxmərtəbəli binada yanğın: xəsarət alanlar var - VİDEO
Dün, 09:00
Rusiyada güclü zəlzələ oldu
12-12-2025, 18:00
İcra başçının müavini ilə dalaşan şəxs həbs edildi
12-12-2025, 17:30
Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
12-12-2025, 17:00
Azərbaycanda hibrid və elektrik maşınlar istehsal ediləcək
12-12-2025, 16:30
Hava ilə bağlı daha bir xəbərdarlıq edildi
12-12-2025, 16:00
Eks-nazirlə bağlı şok məlumat açıqlandı: əsl soyadı Hacıqarayev olub
12-12-2025, 15:30
Mərkəzi Bankdan yayılan 500 manatlıq əsginas xəbərlərinə rəsmi CAVAB
12-12-2025, 15:00
Uşaqların aqressivliyinin kökündə bu səbəblər durur - AÇIQLAMA
12-12-2025, 11:00
“Uşaq Avroviziyası”nda Azərbaycan özünə səs verə biləcək
12-12-2025, 10:30
Naxçıvanda da Zəfər Parkı olacaq
12-12-2025, 10:00
Elçin Quliyev generalın oğluna vəzifə verdi
12-12-2025, 09:30
Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın əbədi lideri və dövlətçilik məfkurəsinin qurucusu
12-12-2025, 09:00
Heydər Əliyevin vəfatından 22 il keçir
11-12-2025, 18:00
Azərbaycanda tərk edilmiş uşağı pişik qoruyub- Sensasion hadisə
11-12-2025, 17:30
Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş - FOTO
11-12-2025, 17:00
Sabah Bakıda bəzi küçə və prospektlər BAĞLANIR