Amnistiya aktı bu tarixdə hazır olacaq - müzakirələr başlayır

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Milli Məclisə ünvanlı amnistiya təşəbbüsü ilə çıxış edib. Qarşıdakı amnistiya aktının təxminən 20 min nəfəri əhatə edəcəyi gözlənilir.
Bəs parlament müzakirələrə nə vaxt başlayacaq? Müzakirələr nə qədər sürə bilər və sənəd nə vaxta hazır olacaq, qüvvəyə nə vaxt minəcək? İcrasına nə vaxt başlanacaq? Təcrübə nə deyir?
Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü artıq real hüquqi prosedur mərhələsinə keçib. Onun sözlərinə görə, Prezidentin Milli Məclisə ünvanladığı müraciət və bu müraciət əsasında hazırlanmış amnistiya aktı layihəsi artıq parlamentə daxil olub və müzakirə mexanizmi işə düşüb: “Layihə 16 dekabr tarixində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək, 19 dekabrda keçiriləcək plenar iclasa tövsiyə olunub”.
Əliməmməd Nuriyev də namizədliyini geri götürdü
Əliməmməd Nuriyev qeyd edib ki, bu mərhələ artıq təşəbbüsün praktiki müstəviyə keçdiyini göstərir: “Komitə mərhələsinin başa çatması onu göstərir ki, məsələ artıq konkret qərar fazasındadır. Bu, parlament prosedurunda ciddi irəliləyiş sayılır və prosesin planlı şəkildə getdiyini göstərir”.
Onun sözlərinə görə, Prezidentin təşəbbüsü ilə irəli sürülən amnistiya aktları Milli Məclis praktikasında adətən operativ şəkildə baxılan məsələlər sırasına daxildir: “Belə təşəbbüslər uzun müzakirələrə buraxılmır. Artıq komitə rəyinin verilməsi onu deməyə əsas verir ki, sənəd plenar iclasda da ciddi ləngimə olmadan müzakirə edilə bilər”.
Əliməmməd Nuriyev vurğulayıb ki, gözlənilən amnistiya aktının geniş əhatə dairəsi müəyyən hüquqi dəqiqləşdirmələri qaçılmaz edir: “Təxminən 20 min nəfəri əhatə edə biləcək bir sənəddən danışırıq. Bu miqyas texniki baxımdan maddələr üzrə dəqiqlik tələb edir. Amma bu, prosesi uzatmaq üçün yox, səhvsiz və ədalətli tətbiq üçün lazımdır”.
Hüquqşünasın sözlərinə görə, amnistiya aktı qəbul edildikdən sonra dərhal qüvvəyə minir, lakin icra prosesi mərhələli şəkildə həyata keçirilir: “Qanun qəbul olunur, amma icra bir gündə başa çatmır. Penitensiar müəssisələr, məhkəmələr, probasiya və istintaq orqanları üzrə hüquqi filtrasiya aparılır. Bu proses bir neçə ay çəkə bilər və bu tam normaldır”.
Əliməmməd Nuriyev hesab edir ki, bu təşəbbüsün əsas məzmunu yalnız hüquqi yox, həm də ictimai-siyasi xarakter daşıyır: “Konstitusiya və Suverenlik İli" çərçivəsində irəli sürülən amnistiya dövlətin zəifləməsi yox, güclü dövlətin verdiyi balanslı qərardır. Dövlət göstərir ki, cəza məqsəd deyil, vasitədir və əsas hədəf insanın cəmiyyətə qayıdışıdır”.
Onun fikrincə, bu addım eyni zamanda cəmiyyətə də aydın mesaj verir: “Bu cür qərarlar hüquqi sistemdə gərginliyi azaldır, cəmiyyətlə dövlət arasında etimadı möhkəmləndirir və ikinci şans anlayışının real mexanizm olduğunu göstərir”.
Bugün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
Dün, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
Dün, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
Dün, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
Dün, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
Dün, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
Dün, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
Dün, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
Dün, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
Dün, 10:30
Güləşçimiz Avropa çempionu oldu
Dün, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
Dün, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
Dün, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...