“Rahatlığın Məkanı – Cold” sakinlərin rahatlığını pozub - poliklinikanın binası satıldı, yol isə…
Gündəm
Oxunub: 78
24 Ara 2025 | 17:30
“Rahatlığın Məkanı – Cold” sakinlərin rahatlığını pozub - poliklinikanın binası satıldı, yol isə…
Bakının Nərimanov rayonunda dövlət əmlakının, konkret desək, 7 nömrəli uşaq poliklinikasının illərlə fəaliyyət göstərdiyi binanın taleyi ətrafında maraqlı sənədlər üzə çıxıb.

Bu sənədlərdən aydın olur ki, dövlət tibb müəssisəsinin fəaliyyəti üçün nəzərdə tutulan ərazi sonradan tikinti şirkətinin nəzarətinə keçib, amma formal olaraq başqa bir qurumun balansına verilib. Hər şey 2016-cı ilin avqustunda Nərimanov rayon İcra Hakimiyyətinin (RİH) 264 nömrəli sərəncamı ilə başlayır. Həmin sərəncamla Təbriz, Ağa Nemətulla və Fətəli Xan Xoyski prospektlərinin kəsişdiyi 7,5 hektarlıq torpaq sahəsi “Rahatlığın Məkanı – Cold” MMC-yə ayrılır.

Şirkət burada çoxmərtəbəli binalar inşa etmək üçün torpaq alır. Ərazidə 9 bloklu, 16 mərtəbəli bina tikilir. Lakin yeni kompleksin yalnız bir parkinq giriş-çıxışı var. Bu, ətrafdakı köhnə beşmərtəbəli binaların da giriş-çıxış imkanlarını məhdudlaşdırıb. Üstəlik, 16 mərtəbəli yaşayış binasının həyətinə girişdə şlaqbaum qoyulub. Nəticədə 7 nömrəli Uşaq Poliklinikasına gələn xəstələr, o cümlədən əlillər avtomobillə həyətə buraxılmır. Onları içəriyə ancaq qucaqda daşımaq mümkündür.
Yanğın təhülükəsizliyindən danışmaq isə ümumiyyətlə yersizdir. Vaxtilə həmin sahədə 7 nömrəli Uşaq Poliklinikası fəaliyyət göstərirdi və vətəndaşlar heç bir maneə olmadan poliklinikaya gedə bilirdilər. Tikinti işləri başlayanda bina sökülüb və 2017-ci ildə RİH-in 157 nömrəli sərəncamı ilə müvəqqəti olaraq F.Yusifov küçəsi 75, 75A (köhnə 37) ünvanındakı binaya köçürülüb.

“Rahatlığın Məkanı”nda az sayda mənzil qaldı - FOTO

804 kvadrat metrlik “qeyri-yaşayış” sahəsi kimindir?

2019-cu ilin noyabrında Nərimanov RİH başçısının №308 saylı sərəncamına əsasən, uşaq poliklinikasının əvvəlki yerində “Rahatlığın Məkanı – Cold” MMC tərəfindən inşa olunmuş binada 804 kv.m ümumi, 746 kv.m istifadə sahəsi olan qeyri-yaşayış obyekti ayrılır. Sənəddə qeyd olunur ki, bu obyekt Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) balansına qəbul edilir. Formal olaraq dövlət qurumunun balansında olsa da, faktiki olaraq həmin sahə tikintini həyata keçirən MMC-nin rəhbəri Mahir Mətləb oğlu Eyvazovun nəzarətindədir. Tikilidəki mənzillərin çoxunun ƏDV-si və satış sənədləri Mahir Eyvazovun yaxınlarının adına rəsmiləşdirilib. 2020-ci ilin iyununda RİH aparat rəhbəri İlqar Mirzəyev “Rahatlığın Məkanı - Cold” MMC-nin direktoru Azər Eyvazova rəsmi məktub göndərərək xəbərdarlıq edir ki, obyekt MKTB-nin balansındadır və şirkətin bu ərazidən istifadəsi yalnız qanunvericiliyə uyğun şəkildə mümkündür. Başqa sözlə, icra hakimiyyəti dövlət əmlakından icazəsiz istifadəni “yolverilməz” sayır.

Dövlət əmlakı kimlərin əlindədir?


Sənədlər göstərir ki, Bakının mərkəzində yerləşən bir uşaq poliklinikasının binası – sosial əhəmiyyətli obyekt – kommersiya maraqlarının “qurbanına” çevrilib. Poliklinika köçürülüb, amma onun əvvəlki binası və torpaq sahəsi şəffaf olmayan prosedurlarla tikinti şirkətinin sərəncamına keçib. Rəsmi balansda dövlətin adına qalan obyekt faktiki olaraq özəl şirkətin əlindədir və ondan gəlir götürülür.
Şəhid ailəsinə qarşı ədalətsizlikDaha bir diqqətçəkən fakt odur ki, bu obyektlə bağlı şəhid ailəsi üzvü Aysel Adil qızı Bəşirova ilə “Rahatlığın Məkanı – Cold” MMC arasında 2020-ci ilin oktyabrında 5 il müddətinə icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, şəhid ailəsi 804 kvadrat metrlik ərazini aylıq 23 min manat icarə haqqı ilə götürüb və üç il ərzində həmin sahədə fəaliyyət göstərib. Lakin icarə müddəti başa çatmadan Aysel Bəşirovanı qanunsuz şəkildə ərazidən çıxarıblar, oradakı əmlakını isə dağıdıblar. Yəni dövlətə məxsus binada təkcə qanunsuz özəlləşdirmə yox, həm də şəhid ailəsinə qarşı haqsızlıq baş verib. Ərazinin özəlləşdirilməsi zamanı hər kvadrat metr üçün 5 min manat ödəniş rəsmiləşdirilib. Amma bu gün həmin binada qeyri-yaşayış sahəsinin 1 kvadrat metri 40-50 min manata satılır. Rəsmi balansda MKTB-nin adına görünən, amma faktiki olaraq Mahir Eyvazovun nəzarətində olan bu əmlak, əslində, dövlətin və cəmiyyətin payı olan əmlakın gizli özəlləşdirilməsi nümunəsidir.

“Boş qalmış” dövlət əmlakı, yoxsa gizli biznes obyekti?

Rəsmi sənədlərdə bu obyekt “boş vəziyyətdədir” kimi qeyd olunsa da, faktlar göstərir ki, dövlətin adına qeyd olunan bina real olaraq kommersiya məqsədilə istifadə olunur. Bu isə həm dövlət əmlakının qorunması, həm də sosial ədalət baxımından ciddi suallar doğurur. Aysel Bəşirova ölkə rəhbərliyinə baş verən qanunsuzluqlarla əlaqəli müraciət hazırlayır. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinə rəsmi müraciət edərək uşaq poliklinikasının özəlləşdirilməsinə əsas olmuş sənədlərin təqdim olunmasını tələb edib.
Dün, 18:00
İcra hakimiyyətlərində ixtisara düşənlər yeni işlə təmin ediləcək? - RƏSMİ
Dün, 17:30
“Rahatlığın Məkanı – Cold” sakinlərin rahatlığını pozub - poliklinikanın binası satıldı, yol isə…
Dün, 17:00
Emin Əmrullayevin müavini təhsil sistemində dini təbliğata qarşı çıxdı
Dün, 16:30
Həftəsonu məktəblərdə dərs olmayacaq- Nazirlik açıqladı
Dün, 16:00
AZƏRBAYCANIN QÜDRƏTLİ LİDERİNİN YENİ YAŞINI T Ə B R İ K E D İ R İ K
Dün, 15:30
Müstəqil Azərbaycanın güclü Prezidenti
Dün, 15:00
AZƏRBAYCANIN QÜDRƏTLİ LİDERİNİN YENİ YAŞINI T Ə B R İ K E D İ R İ K
Dün, 11:00
Arzu Əliyeva atasını təbrik etdi - FOTO
Dün, 10:30
Leyla Əliyevadan təbrik: “Əziz ata, ad günün mübarək” - FOTO
Dün, 10:00
Generalın təyyarəsi Türkiyədə YOXA ÇIXDI
Dün, 09:30
Qalib Liderin tarixi missiyası, Prezident İlham Əliyev və müasir Azərbaycan
Dün, 09:00
Dünya siyasətində Azərbaycanın layiqli təmsilçisi
23-12-2025, 18:00
Bəylər Eyyubovun qardaşı oğlu HƏBS OLUNDU
23-12-2025, 17:30
Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər
23-12-2025, 17:00
Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır
23-12-2025, 16:30
Müzəffər liderliyin zəfər salnaməsi: Prezident İlham Əliyevin dövlətçilik yolu
23-12-2025, 16:00
Tanrıverdi Tanrıverdiyev həbsdə öldü
23-12-2025, 15:30
Dünya miqyasında nüfuz qazanmış siyasi lider
23-12-2025, 15:00
Müstəqil Azərbaycanın güclü Prezidenti
23-12-2025, 14:30
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 14:00
Lerikdə məktəb YANDI
23-12-2025, 13:30
Medvedev İlham Əliyevi təbrik etdi
23-12-2025, 13:00
Azərbaycanda kran istehsal olunacaq
23-12-2025, 12:30
Ata Abdullayev də amnistiyaya düşür - Hüquq müdafiəçisi təsdiqlədi
23-12-2025, 12:00
AZƏRBAYCANIN QÜDRƏTLİ LİDERİNİN YENİ YAŞINI T Ə B R İ K E D İ R İ K
22-12-2025, 18:00
Ağdamda 10 milyon manata binalar tikiləcək
22-12-2025, 17:30
Bakıdan bu rayona gəmi ilə gedə biləcəyik