“Vedibasar mahalı” filminin təqdimatı keçirilib - FOTOLAR

"Nizami" kino mərkəzində “Vedibasar mahalı” adlı filmin rəsmi təqdimat mərasimi keçirilib.
hedeftv.az bildirir ki, tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, media təmsilçiləri və Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız iştirak ediblər.
Təqdimat mərasimi aparıcı tərəfindən açıq elan olunub. Bildirilib ki, film Qərbi Azərbaycandan, xüsusilə Vedibasar bölgəsindən zorla didərgin salınmış insanların talelərinə, Ermənistanın deportasiya siyasətinə və məhv edilmiş milli-mədəni irsə həsr olunub. Deportasiya illərində həlak olmuş, eləcə də Azərbaycana pənah gətirdikdən sonra yurd həsrətinə dözməyərək dünyasını dəyişmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra filmə xeyir-dua vermək üçün Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, elm xadimi, professor Vaqif Şadlinski çıxış edib. O, Vedibasar mahalında baş vermiş hadisələrin unudulmamasının vacibliyini vurğulayıb, filmin tarixi yaddaşın qorunmasına mühüm töhfə verdiyini qeyd edib.
Ardınca Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək bildirib ki, film tarixi sənədlərə, arxiv materiallarına və mötəbər mənbələrə əsaslanır. Onun sözlərinə görə, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya siyasəti tarixi həqiqətdir və bu cür ekran işləri həmin həqiqətlərin geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Daha sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Filmin ssenari müəllifi Tural Əliyev, prodüseri Ramil Baba, rejissoru Arif Niftiyev, operatoru Soltan Abdullayev, montajçısı Ülvi Babayev və redaktoru Rəşad Davud tamaşaçılara təqdim olunublar.
Filmin prodüseri Ramil Baba çıxış edərək qeyd edib ki, cənab Prezidentin rəhbərliyi ilə soydaşlarımızın öz dədə-baba yurdlarına — Qərbi Azərbaycana qayıdacağına inamı böyükdür. O, eyni zamanda arzu və ümid etdiyini bildirərək vurğulayıb ki, Qərbi Azərbaycanın digər mahallarına həsr olunacaq filmlərin çəkilişləri gələcəkdə məhz həmin torpaqların özündə baş tutsun.
Filmin ssenari müəllifi Tural Əliyev çıxış edərək “Vedibasar mahalı” filminin ərsəyə gəlməsində göstərilən maddi dəstəyə görə Azərbaycan Respublikası Audiovizual Şurasına minnətdarlığını bildirib. O, eyni zamanda filmə informasiya və media dəstəyi göstərən CBS kanalına, eləcə də layihəyə təşkilati və mənəvi dəstək verən Qərbi Azərbaycan İcmasına təşəkkür edib.
“Vedibasar mahalı” filminin nümayişindən sonra iştirakçılar öz təəssüratlarını bölüşüb, ekran işinin emosional təsiri və sənədli dəyərini yüksək qiymətləndiriblər.
Təqdimat mərasimi bağlanış nitqi ilə yekunlaşıb. Vurğulanıb ki, “Vedibasar mahalı” filmi bir son deyil — tarixi yaddaşı yaşatmaq və həqiqətləri gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan mühüm çağırışdır.
Bugün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
Dün, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
Dün, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
Dün, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
Dün, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
Dün, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
Dün, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
Dün, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
Dün, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
Dün, 10:30
Güləşçimiz Avropa çempionu oldu
Dün, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
Dün, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
Dün, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...