Araq bazarında “minimum qiymət”in zəlzələsi - Keyfiyyət itib, qiymət artıb

Azərbaycanda spirtli içkilərin minimum pərakəndə satış qiymətlərinin müəyyən edilməsi hökumət tərəfindən bazarın sağlamlaşdırılması kimi təqdim edilsə də, bu qərar artıq istehlakçı hüquqlarını qoruyan təşkilatların ciddi narazılığına səbəb olub.
“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov hedeftv.az-a bildirib ki, qərar real vəziyyətdə nə bazarı tənzimləyir, nə də istehlakçını qoruyur.
Əksinə, keyfiyyətsiz və şübhəli mənşəli araq məhsullarının yayılmasını daha da sürətləndirir. Eyyub Hüseynovun sözlərinə görə, bu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyi tərəfindən qablaşdırma həcminə uyğun olaraq yerli və idxal olunan qeyri-meyvə araqlarının minimum pərakəndə satış qiymətləri təsdiqlənib və qərar noyabrın 24-dən qüvvəyə minib. Lakin əsas problem ondadır ki, bu minimum qiymətlər yalnız pərakəndə satışa şamil edilir, istehsal müəssisələri isə tamamilə kənarda saxlanılıb.
Eyyub Hüseynov deyib ki, AİİB-ə daxil olan çoxsaylı müraciətlər və aparılan araşdırmalara əsasən, minimum istehsal qiyməti müəyyən edilmədiyindən bəzi araq istehsalçıları ticarət şəbəkələrinə, şadlıq evlərinə və ictimai-iaşə obyektlərinə maya dəyərindən də aşağı qiymətlərlə araq təklif edirlər.
Söhbət xüsusilə regionlarda 1 litrlik qablaşdırmada 6-7,5 manat qiymətə satılan araq məhsullarından gedir.
Eyyub Hüseynov qeyd edib ki, bu cür qiymətlərin iqtisadi əsaslandırması yoxdur və belə məhsulların mənbəyi, tərkibi və keyfiyyəti ciddi şübhə doğurur.
AİİB sədri xatırladıb ki, 2026-cı ildən etibarən 1 litr araq üçün 5 manat aksiz vergisi müəyyən olunub. Bundan əlavə, məhsulun üzərinə 1,20-1,50 manat ƏDV gəlir. Beləliklə, 1 litrlik arağın üzərində yalnız vergi yükü 6,20-6,50 manat təşkil edir.
“Bu rəqəmlər fonunda istehsal xərcləri, qablaşdırma, logistika və minimum rentabellik nəzərə alınsa, 1 litrlik arağın istehsalçıdan çıxış qiyməti ən azı 14 manata yaxın olmalıdır. Amma bazarda bunun yarı qiymətinə satılan məhsullar var. Bu isə açıq şəkildə kölgə iqtisadiyyatına, vergi yayınmasına və istehlakçı sağlamlığına təhlükəyə işarədir”, - deyə Eyyub Hüseynov vurğulayıb.
AİİB-in açıqlamasında xüsusi vurğulanır ki, qərardan əvvəl istehlakçılar ucuz arağı pərakəndə satışdan alaraq yalnız keyfiyyətdə uduzurdularsa, qərardan sonra vəziyyət daha da pisləşib:
“İndi istehlakçı həm baha alır, həm də yenə keyfiyyətsiz məhsulla üz-üzə qalır. Bu isə haqlı narazılıq yaradır”.
Eyyub Hüseynov problemin köklərini 2016-cı ildə alkoqollu içkilərin istehsalı, satışı və idxalı üçün lisenziya tələbinin ləğv edilməsində görür. Onun sözlərinə görə, həmin vaxta qədər ölkədə cəmi 8 araq istehsalçısı fəaliyyət göstərirdisə, hazırda onların sayı 90-a yaxınlaşıb. Bu artım effektiv nəzarət mexanizmləri olmadan baş verdiyindən bazara həm yerli, həm də idxal yolu ilə ucuz və aşağı keyfiyyətli araq məhsulları axını güclənib. İstehlakçıların “idxal malı daha keyfiyyətlidir” kimi yanlış düşüncəsi isə vəziyyəti daha da ağırlaşdırıb.
“Azad İstehlakçılar” İctimai Birliyi beynəlxalq istehlakçı təşkilatı “Consumers International”ın üzvü kimi bildirir ki, bu qərarla razı deyil və hökumətə konkret təkliflər irəli sürür:
- Minimum qiymət tələbi istehsal müəssisələrinə də şamil edilsin; 2016-cı ildən sonra yaradılmış araq istehsalı müəssisələrində ciddi monitorinqlər aparılsın; qonşu MDB ölkələrinin alkoqol bazarının tənzimlənməsi üzrə təcrübəsi öyrənilsin; keyfiyyətsiz, şübhəli mənşəli araq məhsulları bazardan tam təmizlənsin.
AİİB öz mövqeyini belə ifadə edir - istehlakçı sağlamlığı, ədalətli rəqabət və şəffaf bazar prinsipləri populist qərarlara qurban verilməməlidir.
Bugün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
Dün, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
Dün, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
Dün, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
Dün, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
Dün, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
Dün, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
Dün, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
Dün, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
Dün, 10:30
Güləşçimiz Avropa çempionu oldu
Dün, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
Dün, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
Dün, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...