Azərbaycan 49 adda dini ədəbiyyatı qadağan etdi
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkə ərazisində istehsal olunan, eləcə də idxal və ixrac edilən dini təyinatlı ədəbiyyatın kağız və elektron daşıyıcılarında, audio və video materialların, dini məzmunlu mal və məmulatların, habelə bu istiqamətdə olan digər məlumat materiallarının dinşünaslıq ekspertizasını həyata keçirir. Aparılan dinşünaslıq ekspertizasının nəticələrinə görə 3549 adda dini ədəbiyyatın idxalına və nəşrinə müvafiq razılıq verilib, 49 adda dini ədəbiyyatın idxal və nəşri isə məqsədəuyğun sayılmayıb.hedeftv.az xəbər verir ki, bu barədə Trend-ə Komitədən məlumat verilib.
Bildirilib ki, bununla yanaşı, Komitə dini təyinatlı ədəbiyyatın və digər dini məzmunlu materialların qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzarət markası verilməsini təmin edir.
"Dövlət Komitəsində ekspertizası keçirilən dini məzmunlu bütün materiallarla bağlı müraciətlər müxtəlif istiqamətlərdən daxil olur. Bunlar hüquqi və fiziki şəxslərin xaricdən şəxsi istifadə, satış və yayılması məqsədilə dini məzmunlu materialların idxalına müvafiq razılığı verilməsi ilə bağlı müraciətlər, ölkə nəşriyyat və mətbəələrinin sifariş əsasında nəşr etmək istədikləri dini ədəbiyyatlar, dini ədəbiyyatların ixracı ilə bağlı olan müraciətlərdir.
Qeyd edilib ki, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən – tədqiqi hissə və nəticədən ibarət olur. Dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilmədiyi halda rəydə bunun səbəbi göstərilir.
"Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasında mənəviyyatın və başqalarının hüquqlarının qorunması müddəası yer almaqdadır. Dinşünaslıq ekspertizasının məqsədi məhz sağlam mənəvi mühitin və inancından asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasıdır. Qeyd edilən meyarlar əsasında 2025-ci ildə ölkəyə idxal edilməsi və ölkə daxilində nəşr olunması məqsədilə daxil olmuş müraciətlər əsasında ümumilikdə 3598 adda dini məzmunlu ədəbiyyata baxılıb. Həmin materiallardan 3385 adda ədəbiyyat idxal, 213 adda ədəbiyyat isə nəşr üçün təqdim edilib. Aparılan dinşünaslıq ekspertizasının nəticələrinə görə 3549 adda dini ədəbiyyatın idxalına və nəşrinə müvafiq razılıq verilib, 49 adda dini ədəbiyyatın idxal və nəşri isə məqsədəuyğun sayılmayıb", - qurumdan əlavə olunub.
Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
9-02-2026, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
9-02-2026, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
9-02-2026, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9-02-2026, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
9-02-2026, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
9-02-2026, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
9-02-2026, 11:00
Qarabağ qazisi vəfat edib
9-02-2026, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
9-02-2026, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
9-02-2026, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
9-02-2026, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT