Ramiz Mehdiyevin ev dustaqlığı müddəti tamamlanır
Fevralın 13-də uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyev barəsindəki cinayət işi üzrə istintaq müddəti başa çatır.Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq nəticəsində, 14 oktyabr 2025-ci il tarixində Səbail rayon məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Bu qərar 2026-cı il fevralın 13-də bitir.
hedeftv.az xəbər verir ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər), 274-cü maddəsi (dövlətə xəyanət) və 193‑1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) ilə ittiham olunur.
Bu ittihamlar ölkənin siyasi atmosferində ciddi rezonans yaradıb. Bəzi siyasətçilər və müxalifət liderləri də iş çərçivəsində istintaqa cəlb olunub, həbs edilib. Ramiz Mehdiyev işi çərçivəsində onun köməkçisi Eldar Əmirovla yanaşı, AXCP sədri Əli Kərimli, partiya funksioneri Məmməd İbrahim və digər müxalifət liderləri də saxlanılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu proses “dövlət çevrilişinə cəhd” ittihamı ətrafında geniş müzakirələrə səbəb olub. İşin beynəlxalq tərəfi keçmiş deputat Gültəkin Hacıbəyli ilə bağlıdır.
Gültəkin Hacıbəyli Azərbaycan Milli Şurasının üzvü və sabiq deputatdır. 2025-ci il noyabrın 30-da Türkiyədə, İstanbulda polis tərəfindən saxlanılıb. O, sosial şəbəkə hesablarında İstanbulda polis idarəsinə aparıldığını və saxlanıldığını bildirib. Gültəkin Hacıbəyli qeyd edib ki, Türkiyədə 90 günlük viza rejimi hələ bitmədiyi halda və üstəlik 2 illik rəsmi oturma icazəsi mövcud olmasına baxmayaraq, polis onu evindən apararaq saxlayıb. Hazırda o, İstanbulun Arnavutköy Deportasiya Mərkəzində saxlanılır və ekstradisiya üçün sənədləşmə prosesi davam edir.
Ramiz Mehdiyevin iş üzrə ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyulub. Onun həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlu Əliyevin də ölkədən çıxışına icazə verilmir.
Ramiz Mehdiyev yalnız Azərbaycanın siyasi tarixində deyil, həm də iqtisadi və media məkanında iz buraxıb. Sovet dövründə elmi kommunizm üzrə lektor olan Mehdiyev, müstəqillik illərində öz “kommunizmini” formalaşdıraraq, ailəsi üçün geniş mülkiyyət və biznes şəbəkəsi qurub. Novxanıda böyük villalardan, hektarlarla üzüm bağlarına, Bakının mərkəzində MTK-lara və ticarət mərkəzlərinə qədər ailənin sərvət portfeli diqqət çəkir.
Media və telekommunikasiya sahəsində təsisçilikləri - “Palitra”, “Paritet”, “Digital Media”, “Medya FM”, “Ailə TV” və “Skay Maks” - Mehdiyev ailəsinin ictimai təsirini qorumağa xidmət edir. Ailənin üzvləri həm dövlət strukturlarında yüksək vəzifələrdə çalışır, həm də biznesdə ciddi mövqelərə malikdir.
Qızı Kamilə Əliyeva və oğlu Teymur Mehdiyev, eləcə də gəlin Nigar Mehdiyeva vasitəsilə hakimiyyət və iqtisadi imkanları birləşdirən geniş təsir dairəsi yaradılıb. Bank “BTB” ASC-dəki böyük pay, nəşriyyat və tikinti sahələrindəki fəaliyyət, ailənin sərvət və təsir dairəsinin yalnız bir hissəsidir. Hakimiyyət mövqeyi, şəxsi və ailə maraqları ilə birləşərək, Mehdiyev ailəsini Azərbaycanın ən nüfuzlu və sərvətli ailələrindən birinə çevirib. Torpaqdan media və tikinti biznesinə qədər olan geniş şəbəkə həm ictimaiyyətin diqqətini cəlb edir.
Bugün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
Dün, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
Dün, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
Dün, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
Dün, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
Dün, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
Dün, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
Dün, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
Dün, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
Dün, 10:30
Güləşçimiz Avropa çempionu oldu
Dün, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
Dün, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
Dün, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...