“Şamaxinka”dakı yerüstü keçid sökülür? - RƏSMİ

Bakının “Şamaxinka” adlanan ərazisində yerləşən yerüstü keçid istifadəyə verildiyi vaxtdan bəri müzakirələrə səbəb olub.
Bunun səbəbi keçidin üzərinin açıq olması və liftlərin işləməməsidir. Körpüdən istifadə edən sərnişinlər yağışlı, küləkli və isti hava şəraitində keçidin üzərinin açıq olmasından dolayı narazılıq edirlər.
Digər tərəfdən liftlərin əksər vaxt işləməməsi yaşlı, əlilliyi olan və hamilə qadınlar üçün keçiddən istifadəni mümkünsüz edir.
Yaxın vaxtlarda “Şamaxinka” da hərəkətin yenidən təşkil edilməsi və işıqforların quraşdırılması piyadalar üçün yolun keçilməsini asanlaşdırıb.
Bu da onsuz da istifadəsi əlverişsiz olan yerüstü keçidin sökülüb-sökülməyəcəyi mövzusunu gündəmə gətirib.
Ölkə.Az suala cavab tapmaq üçün Azərbaycan Avtomobil Yolları üzrə Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq piyada keçidi ilə bağlı dəyişiklik olub-olmayacağı məsələsinə aydınlıq gətirilib:
“Sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tənzimlənib. Mövcud piyada keçidi isə piyadaların həmin hissədə avtomobil yolunu daha rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi daşıyır.
İntensiv nəqliyyat axını olan ərazilərdə piyadaların təhlükəsizliyinin qorunması əsas prioritetlərdən biridir. Yerüstü piyada keçidi də məhz bu məqsədlə quraşdırılıb və piyadaların hərəkət hissəsinə çıxmadan yolu keçməsinə imkan yaradır.
Bu səbəbdən hazırda həmin ərazidə mövcud yerüstü piyada keçidinin sökülməsi və ya ərazi üzrə əlavə dəyişikliklərin edilməsi nəzərdə tutulmur”.
Bugün, 18:00
“Şamaxinka”dakı yerüstü keçid sökülür? - RƏSMİ
Bugün, 17:30
Referendum günü doğulan körpəyə elə bir ad qoydular ki...
Bugün, 17:00
Bakıda ucuz qiymətə satılan həyət evlərini almaq olar?
Bugün, 16:30
Azərbaycanda minlərlə vətəndaşa Prezident təqaüdü təyin olunub
Bugün, 16:00
Bu gün sonuncu Qədr gecəsi olacaq
Bugün, 13:00
İsrail 450.000 əsgər səfərbərliyə çağırır
Bugün, 12:30
Avtobusdakı görüntüləri gündəm oldu
Bugün, 12:00
"Oskar" mükafatının qalibləri elan olundu
Bugün, 11:30
İran ABŞ ilə danışıq istəmir
Bugün, 11:00
Azərbaycan diplomatı İrandan ÇIXARILDI
Bugün, 10:30
Netanyahu video paylaşdı, sağ olduğunu sübut etdi
Bugün, 10:00
Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ CAVAB
Bugün, 09:30
İran bu raketi ilk dəfə İSTİFADƏ ETDİ
Bugün, 09:00
Bayramqabağı Bakıda ət bahalaşıb - VİDEO
Dün, 15:00
İsrail yenidən İranı VURDU
Dün, 14:30
Həbsxanada olan azərbaycanlını müharibəyə göndərdilər -İtkin düşdü
Dün, 14:00
Qazaxıstanda hakimiyyətə onu gətirirlər
Dün, 13:30
“Formula-1”dən gözlənilməz QƏRAR
Dün, 13:00
Dörd yaşlı uşaq faciəli şəkildə öldü - GÖRÜNTÜLƏR
Dün, 12:30
Ərdoğan: İsrail məktəb və xəstəxanalara hava zərbələri endirir
Dün, 12:00
Azərbaycanda bəzi internet oyunları qadağan oluna bilər - MARAQLI TƏKLİF
Dün, 11:30
Emin Ağalarov Sea Breeze-də lüks qocalar evi açır
Dün, 11:00
Tovuzda ana körpə qızını atıb getdi
Dün, 10:30
Tehran böyük güzəştlərə hazır idi - Əraqçi
Dün, 10:00
Küveyt aeroportu yenə vuruldu
Dün, 09:30
Əfqanıstan Pakistana hücum etdi
Dün, 09:00
62 mindən çox abituriyent imtahan verir