Şagirdlərə nəzarəti itirərək rəzil duruma düşən müəllimin çalışdığı məktəb məlum oldu
Gündəm / Sosial
Oxunub: 174
21 Ock 2023 | 23:44
Şagirdlərə nəzarəti itirərək rəzil duruma düşən müəllimin çalışdığı məktəb məlum oldu


Bakıda müəllimin şagirdlərə şiddət göstərməsi əks olunan görüntü yayılıb. Görüntülərin hansı təhsil ocağına aid olduğu məlum olub.

hedeftv.az hedeftv.az-a istinadla xəbər verir ki, dərs zamanı şagirdlərə nəzarəti tamamilə itirən, nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr səsləndirərək onlara qarşı şiddət tətbiq edən orta yaşlı müəllim 59 nömrəli tam orta məktəbdə dərs deyir.

Məktəbdən bildirilib ki, 19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb:

"Müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, bu səbəbdən məlum vəziyyətin yarandığını nəzərə çatdırıb. Həmçinin belə halların təkrarlanmayacağını, şagirdlərini sevdiyini, mövzuları izah etmək üçün ancaq tədris prosesinə uyğun üsullardan istifadə edəcəyini bildirib".

"Həmin gün valideynlərlə əlaqə saxlanılıb, onlar görüş üçün məktəbə dəvət olunublar. Şagirdlərin məqsədyönlü şəkildə şıltaqlıq edərək dərs prosesini pozması, müvafiq görüntüləri ictimailəşdirərək müəllim nüfuzuna xələl gətirən müzakirələrə səbəb olması onların valideynləri tərəfindən də qətiyyətlə qınanır, məsələnin məktəbdaxili müzakirələr çərçivəsində aydınlaşdırılmasını dəstəklədiklərini bildirirlər", - deyə qeyd edilib.

Bakı Şəhər Təhsil İdarəsindən hedeftv.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 59 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərə qarşı şiddət göstərməsi ilə bağlı yayılan videogörüntü ilə əlaqədar məktəbdaxili araşdırmanın aparılmasına dair tapşırıq verilib:

"Məktəbin və müəllimin nüfuzuna xələl gətirən, tədris prosesinə uyğun olmayan bu kimi hallar yolverilməzdir. Ümumi təhsil məktəblərində müəllim-şagird münasibətlərinin tənzimlənməsinə hər zaman xüsusi önəm verilir, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi, müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır. Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin qorunması, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması, uşaqların psixoloji dayanıqlılığının artırılması, müəllim-şagird və məktəb-valideyn münasibətlərinin tənzimlənməsi təhsil müəssisələri rəhbərlərinin qarşısında duran əsas vəzifələrdəndir".

My Webpage
Bugün, 16:54
Onlar viza tələbindən azad edilir
Bugün, 16:46
Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Bugün, 16:17
Rusiya Azərbaycana nota verib
Bugün, 15:33
Ali Məhkəmə saxta pul işi üzrə qərar verib
Bugün, 14:59
Rusiya XİN: "3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik
Bugün, 14:33
Paşinyan II Qareginin istefasını tələb edib
Bugün, 14:08
Özbəkistan XİN: Azərbaycanda yeni səfirlik binası açmağı planlaşdırırıq
Bugün, 13:14
Rusiyada Səfərov qardaşlarının amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bugün, 12:41
Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi keçirilir - GÖRÜNTÜLƏR
Bugün, 12:12
Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik - Ekspertiza rəyi
Bugün, 11:46
Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq
Bugün, 11:19
İlham Əliyev Ruanda Prezidentini təbrik edib
Bugün, 08:30
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
Dün, 16:54
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"ndakı bədbəxt hadisəyə dair açıqlama yayıb
Dün, 16:32
İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq - AYLIQ PROQNOZ
Dün, 16:06
İlham Mirzəliyev Tərtərdə vətəndaşları qəbul edəcək
Dün, 15:29
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib
Dün, 15:06
Qohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq
Dün, 12:37
Sabah Bakıda hava yağmursuz olacaq
Dün, 12:01
Cümşüdün ölümü ilə bağlı cinayət işi BAŞLADI
Dün, 11:38
Sabahdan Azərbaycanda bu müavinətlərin məbləği artırılır - SİYAHI
Dün, 11:06
Mərakeşli deputatlar Zəfər parkında - FOTO
Dün, 10:40
Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
Dün, 09:58
Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir
Dün, 09:28
Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var
Dün, 09:04
Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
Dün, 08:41
Bakının bir sıra yollarında tıxac yaranıb