Məmməd Əmrahov da tarix yazan qəhrəmanlarımızdandır
Gündəm / Sosial
Oxunub: 224
19 Şub 2023 | 14:13
Məmməd Əmrahov da tarix yazan qəhrəmanlarımızdandır

Bu şəxsin həmin vaxtlarda apardığı mübarizə əzmi, yəni xalqını azad, dövlətini müstəqil görmək istəyi, sanki yaxın tariximizin silinməz səlnamələrindəndir

Hər kəsə məlumdur ki, Azərbaycan xalqının ilk etiraz mitinqi 19 fevral 1988-ci ildə Bakı şəhərində olur və bununla da XX əsrin 80-ci illərinin sonunu, məhz xalqımızın siyasi oyanışı və onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək lazım gəlir. Əslində Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları –1988-ci ilin əvvəlində başlamış və 1990-cı ilin qanlı yanvar hadisələrindən sonra isə, başlanan hərəkat milli azadlıq hərəkatına çevrilmişdir. Söz yox ki, XX əsrin sonlarında Azərbaycan xalqının ikinci dəfə dövlət müstəqilliyini əldə etməsi çox böyük tarixi sınaqlardan keçir. Yəni, xalqımız uzun illər ərzində arzusunda olduğu azadlığını əldə edib, müstəqil Azərbaycan dövlətinin varlığını bütün dünyaya bəyan edir. Əlbəttə, bu danılmaz bir həqiqətdir ki, müstəqil dövlətimizin qurulmasında, onun suverenliyə qovuşmasında əsas güc, məhz azadlıq uğrunda mücadilə aparanların üzərinə düşdü. Unutmayaq ki, 1988-ci il xalqımızın yaxın tarixində müstəqillik ideyalarının daha geniş formada cəmiyyətə aşılanması dövrü kimi xarakterizə olunur. Həmin illərdən bəhs olunarkən, dərhal Azərbaycan xalqının mənfur sovet imperiyasına meydan oxuduğu vaxtlar yada düşür. Çünki, xalqımız 70 il ərzində imperiyanın əsl mahiyyətini anlamışdı və uzun illər təlqin olunan sovet ideologiyasının mənasız olduğunu dərk etmişdi. Belə bir səbəbdən də, 1988-ci ilin 17 noyabrından başlayaraq Azərbaycan xalqı azadlıq səsini ucaltdı və imperiyaya qarşı ayağa qalxıb müstəqillik yolunda mübarizə tarixinin əsasını qoydu. Bir sözlə, öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız, bu müqəddəs ideallar naminə birliyini və bərabərliyini bütün dünyaya nümayiş etdirdi.

Onu da qeyd edək ki, ötən əsrin son illərində dünyanın altıdabir ərazisini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları ciddi şəkildə sarsılır və imperiyanın siyasi “beyin mərkəzləri”nin əksər xalqlara, ələlxüsus Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti ifrat həddə yüksəlir. Belə bir vaxtda Mixail Qorbaçovun və onun komandasına daxil olanların dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı heç bir əsas olmadan ərazi iddialarına başlayırlar. Çox keçmir ki, ermənilərin Topxana meşələrində törətdikləri vəhşiliklər, Ağdamda iki azərbaycanlının qətlə yetirilməsi və s. kimi baş verən faciəli hadisələr, həm Bakıda, həm də digər şəhər və rayonlarda milli hisslərin alovlanmasına əsas verir. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalqımız, çox keçmir ki, ikinci dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi fürsətin yarandığını hiss edir və 1988-ci ildən başlayaraq milli istiqlal hərəkatı geniş vüsət alır. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında və digər şəhər və rayonlarda səslənən tələblərin mahiyyəti getdikcə dəyişir və müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsilir. Söz yox ki, 1988-ci ildən başlayan və xalqımızın milli istiqlalına qovuşması uğrunda aparılan mübarizə tarixində yaxından iştirak edən hər bir şəxsin əvəzsiz xidməti olur və həmin xidmətlər bu gün də unudulmur, lazımınca qiymətləndirilir. Belə şəxslərdən biri də, Gəncə şəhər sakini Əmrahov Məmməd Şəmistan oğlu olur ki, bu şəxsin həmin vaxtlarda apardığı mübarizə əzmi, yəni xalqını azad, dövlətini müstəqil görmək istəyi, sanki yaxın tariximizin silinməz səlnamələrindəndir.

Qeyd edək ki, 1988-ci ilin 22 noyabrında Gəncə şəhərinin mərkəzi ərazisi hesab olunan, yəni Gəncə İcra Hakimiyyətinin (əvvəlki Gəncə Şəhər Partiya Komitəsinin inzibati binasının) qarşısında Topxana meşələrində törətdilən vəhşiliklərə etiraz əlaməti olaraq izdihamlı mitinq keçirilir. Mtinqin keçirildiyi anlarda Məmməd Əmrahov, xalqımızın azadlığı və istiqlalı uğrunda aparılan mübarizədə yaxından iştirak edən, ölümün gözünə dik baxmağı bacaran, həbs olunmaq təhlükəsindən, repressiyalara məruz qalmaqdan ehtiyat etməyən, mərhum Musayev Vüqar Zülfüqar oğlunun (Allah rəhmət eləsin!) köməkliyi ilə, Azərbaycanın üçrəngli bayrağını Gəncə ŞPK-nin inzibati binasının üstündən asır. Həmin vaxt meydana rus tankları və silahlı qoşun dəstələri yeridilir. Baş verən hadisələrin fonunda mitinq iştirakçılarında ölənlər və çoxlu sayda yaralananlar olur. Bəli, 1988-ci ilin payızında Gəncədə tarix bir daha təkrarlanır. Necə ki, Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, görkəmli dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı və bu şəhəri 1786-cı ildən idarə edən, 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə rus işğalına qarşı mərdliklə vuruşub, dədə-baba torpaqlarımız uğrunda oğlu ilə birlikdə qəhrəmancasına şəhid Cavad xan tarix yazdı, Məmməd Əmrahov da azadlıq istəyini, üçrəngli bayrağımıza olan sevgisini, rus şovinizminə olan nifrətini, məhz atdığı addımları ilə sübuta yetirir. Ona görə də, biz bu gün müstəqil dövlətimizin istiqlalına, azadlığına qovuşmasının əsasını Məmməd Əmrahov da və onun kimi mübariz insanların damarlarında axan isti qanda, Vətəninə və xalqına olan sevgisində axtarmalıyıq. Çünki, həmin insanlar yaxın tariximizin qəhrəmanları oldular və öz əməlləri ilə canlı tarix yazdılar. Bəli, xalqımız 1988-ci il hadisələri zamanı, eyni zamanda azadlıq mübarizəsinin sonrakı mərhələlərində çox böyük rolu olan Məmməd Əmrahovun və onun kimi mübariz insanların sayəsində müstəqilliyini bərpa edə bildi və çox şükürlər olsun ki, bu gün müstəqilliyimiz dönməzdir, əbədidir.

MİRZƏ
Dün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Dün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Dün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Dün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Dün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Dün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Dün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Dün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Dün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Dün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Dün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Dün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi