Əcnəbilərə Azərbaycanda yaşamaq üçün icazənin verilməsi şərtləri dəyişir

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) halların dairəsi genişləndirilir.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Belə ki, qeyd olunan hallar sırasına aşağıdakı hallar da daxil edilir:
- Ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda
- Nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda
- Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda.
Həmçinin dəyişikliyə əsasən, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.
Bu Məcəllənin 45.1.6-1-ci maddəsində nəzərdə tutulan nizamnamə kapitalı ilə bağlı, həmçinin bu Qeydin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Bugün, 18:00
Novruz yarmarkaları BAŞLAYIR
Bugün, 17:30
MEDİA jurnalistlərə çağırış etdi
Bugün, 17:00
Rza Pəhləvi İrandakı azərbaycanlılara müraciət etdi
Bugün, 16:30
İdmana ayrılan pul kifayət etmir - AÇIQLAMA
Bugün, 16:00
Şadlıq sarayları azaldılsın, idman mərkəzləri artırılsın! - TƏKLİF
Bugün, 12:00
Xamenei ilə vida mərasimi bu vaxtdan BAŞLAYIR - 3 gün davam edəcək
Bugün, 11:30
Bakıda dostların davası QANLA BİTDİ
Bugün, 11:00
Bu tarixdə qısaldılmış iş günü olacaq
Bugün, 10:30
Dollar niyə bahalaşdı?
Bugün, 10:00
Dərs saatlarını azaltmaq təklifi - 90 dəqiqə yerinə...
Bugün, 09:30
Azərbaycana radiasiya təhlükəsi
Bugün, 09:00
Elgiz ARB-dən getdi, sponsorları da apardı
Dün, 18:00
Mərkəzi Bank bu saytın fəaliyyətini dayandırır
Dün, 17:30
İranın dost dediyi ölkələr - SÜRPRİZ ADLAR
Dün, 17:00
"28 May"da dəhliz yaradılır - "Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
Dün, 16:30
Daha bir qadın instaqram paylaşımlarına görə CƏZALANDIRILDI
Dün, 16:00
Uşaqlara ad qoymaqla bağlı yeni qayda
Dün, 12:00
Qadağan edilmiş bu məhsulların ölkəyə gətirilməsi kəskin artıb
Dün, 11:30
Peşə məktəbinə yeni direktor təyin olundu
Dün, 11:00
HPV peyvəndi Azərbaycanda tətbiq olunacaq?
Dün, 10:30
Neftin qiyməti 200 dollara qalxa bilər
Dün, 10:00
Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi
Dün, 09:30
Avtomobil almaq istəyənlərin nəzərinə: Aldadıla bilərsiniz
Dün, 09:00
Bu gün Od çərşənbəsidir
2-03-2026, 18:00
Goranboyda qayın yeznəni bıçaqladı
2-03-2026, 17:30
Sərhədlər bağlandı - Türkiyədən TƏCİLİ AÇIQLAMA
2-03-2026, 17:00
İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı