Azərbaycanda boş qalan yüksək vəzifələr - SİYAHI
Gündəm / Sosial
Oxunub: 151
25 Şub 2023 | 11:19
Azərbaycanda boş qalan yüksək vəzifələr - SİYAHI


Ölkəmizdə bir sıra yüksək vəzifə postları var ki, xeyli vaxtdır boş qalıb. Boş qalan kreslolar həm dövlət orqanlarında, həm də parlamentdə var.

hedeftv.az xəbər verir ki, Bizim.Media sahibini gözləyən kresloların siyahısını hazırlayıb.

1. Mədəniyyət nazirinin kreslosu 22 dekabr 2022-ci ildən boş qalıb. Bu tarixədək həmin kreslonun sahibi Anar Kərimov idi.

2. "Azərsu” ASC-nin sədri vəzifəsi də 2 ilə yaxındır ki, boşdur. Ölkə başçısının 4 may 2021-ci il tarixli sərəncamı ilə Qorxmaz Hüseynov bu vəzifədən azad olub.

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin kreslosu da bir neçə aydır ki, boşdur. Vasif Talıbov 21 dekabr 2022-ci il tarixdə bu vəzifədən istefa verib.

Qeyd edək ki, hazırda parlamentdə də sahibini gözləyən kreslolar var. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv edilən 4 dairə üzrə deputat yeri boş qalıb:

1. Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsi;

2. Hadı Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi;

3. Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi;

4. Hüseynbala Mirələmovun lider namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsi.

Bundan əlavə sonrakı illərdə də daha 3 deputat yeri boşalıb. Bunlarsa aşağıdakılardır:

1. 2020 ci ilin avqustun 4-də Milli Məclisin ən yaşlı üzvü Fəttah Heydərov vəfat etdi. Hazırda onun seçildiyi 116 saylı Qəbələ seçki dairəsindən deputat yeri boşdur.

2. Milli Məclisin deputatı Eldəniz Səlimov içkili halda Xaçmazdakı istirahət mərkəzlərindən birində polisə əl qaldırdığına görə 4 avqust 2021-ci ildə Respublika Prokurorluğu tərəfindən həbs olunub. O, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilmişdi.

3. Azərbaycan Prezidentin imzaladığı digər sərəncamla Milli Məclisin üzvü Şahin Seyidzadə 3 mart 2022-ci ildə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina etdi. O,50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi.

Beləliklə, hal-hazırda Milli Məclisdə sahibini gözləyən 7 deputat kreslosu var.
Dün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Dün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Dün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Dün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Dün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Dün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Dün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Dün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Dün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Dün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Dün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Dün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi