
Niyə Xocalı qətliamı üçün 26 fevral seçildi?

Xocalıda törədilən soyqırım bir gün, iki gün, üç günün planı deyildi. Bu plan 1988-ci ildə başlanan Ermənistanın Azərbaycana təcavüzkar siyasətinin nəticəsi olaraq bir il müddətinə hazırlanmışdı. Niyə məhz 26 fevral tarixi seçildi?
Tarix: 26 fevral 1918-ci il. Cənubi Azərbaycanın Urmiya ərazisi. Rus polkovnikin rəhbərliyi altında erməni, aysor və kürdlərdən ibarət dəstə azərbaycanlıların yaşadığı əraziyə hücum edərək soyqırın həyata keçirirlər. Rusların başçılığı, ingilis və Amerikanın himayəsi altında olan ermənilər həmin gün beş mindən çox Urmiya sakinini vəhşicəsinə qətlə yetirir. Qırğının 1-ci günü Urmiya şəhərinin Əsgərxan məhəlləsi məhv edilir. Qırğının 2-ci günü gecə yarısı Çalbaş və Dikəli məhəllələrində top səsləri eşidilir, günahsız insanların çığırtısı qulaq batırır. Şəhərin mərkəzindəki Hacı Müstəşarın karvansarasına toplanan qatillər küçədən keçən hər kəsi öldürürlər.
Plan: 1991-ci ilin dekabrında artıq Fransa, Rusiya və İranda yüksək səviyyədə bilirdilər ki, ermənilər Azərbaycanın və xüsusilə o zaman diplomatik yolla bizə kömək etmək istəyən Türkiyəyə ciddi xəbərdarlıq olacaq əməliyyat hazırlanmışdı. Bunun üçün erməni lobbisi böyük miqdarda pul xərcləmişdi.
Milli.Az axar.az-a istinadən bildirir ki, Fransadan və Rusiyadan kifayət qədər silah alındığı üçün onlar sakitcə kənarda durmuşdular. İran isə ərazidə olan tikililərin dəmir, daşlarına göz dikmişdi. Amma sonradan İran nə düşündüsə, Bakıya bu barədə xəbərdarlıq elədi. Amma bizimkilər ciddiyə almadılar.
ASALA terror təşkilatına məxsus hərbi düşərgədə təlim görmüş 26 nəfərlik mütəşəkkil qrup artıq yanvar ayından Xankəndidə idi və 366-ci motoatıcı alayın komandiri Yuri Zarviqarovun razılığı ilə Xocalı üzərinə hazırlanan hücum planında iştirak etmək üçün hazır idilər. Xocalı soyqrımı günü Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd zirehli gödəkçə, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança... ermənilərin istifadəsinə verildi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya də ermənilərə paylanıldı. Xocalı soyqrımı günü Ermənistan Müdafiə Nazirliyinin hərbi kəşfiyyat xidmətinin təlimatçı-müşavirlərinin bir qismi Fransadan gəlmişdi. Yəni, bu adamlar vaxtilə ayrı-ауrı illərdə Fransa SQ-də təhlükəsizlik və kəşfiyyat işləri ilə məşğul olmuşdular.
Əməliyyatda 366-ci alayın artilleriya diviziyası, zenit artilleriyası, tank rotası, 23 ədəd PDM-i, ruslardan ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak edib. 1992-ci il 23 yanvarında 366-cı alayın 194 nəfər ləzgi, tatar, qazax, özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini tərxis ediblər. Tərxis olunan hərbçilərin yerini isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaliyyət gostərmiş terrorçularla doldurublar.
Ətraflı
Fransa, Liviya, İran, Amerika, Rusiya və daha bir neçə ölkədən 30-dan çox jurnalist həmin günü BMP-nin içində soyqırımı canlı çəkirdi...
25 fevralda bütün əməliyyatda iştirak edənlərə məclis təşkil edilir, süfrədə hər cür içki ilə yanaşı, İrandan alınan narkotik maddələr də var idi. Hətta sonradan bu soyqırımda iştirak edənlərdən bir neçəsi etiraf etmişdi ki, içki və narkotikdən sonra beyinlərində ancaq kimlərisə öldürmək, qan tökmək formalaşmışdı.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci tağımının komandiri Seyran Ohanyan, üçüncü tağımının komandiri Yevgeni Nabokix, birinci taborun qərargah rəisi Valeri Çitçyan rəhbərlik ediblər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilib. Dinc əhaliyə qarşı soyqırım cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak ediblər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər Daxili İşlər Şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon Daxili İşlər Şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şagen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Köçəryanın və başqa şəxslərin də olduğu istintaqla müəyyən edilib. Bu gün cinayətkarlardan 39 nəfərin adı bəllidir.
1992-ci il 24 fevralda Xankəndidə əsgərləri qarşısında çıxış edən polkovnik 25 fevral, gecəyə planlaşdıran hücumdan öncə deyib: "Sabahkı davamız dini savaşdır. Biz xristianları islamdan xilas etməliyik, ona görə bacardıqca daha çox türk-müsəlman öldürün!"
Xocalı soyqrımından sonra 366-cı alayda xidmət edən xüsusi şöbənin (№02270) rəisi olmuş Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Romanoviç Savelyevin bu alayın ermənilər tərəfindən azərbaycanlılara qarşı döyüşlərdə iştirakı barədə yazır: "Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər Xocalı istiqamətindəki döyüş nöqtələrini ləğv etmək haqqında ordu və dairə komandanlığının rəsmi icazəsilə Xocalı istiqamətində gedən əməliyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi. Qərargah rəisi, polkovnik-leytenant Sergey Kraumnin, birinci motoatıcı batalyonnun komandiri, polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri mayor Serj Ohanyan, üçüncü batalyonun komandiri mayor Qavril Nabokix, kapitan İshaq Lixodyan ayrı-seçkilik edir. Dinc əhalini zonalardan uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular. Köçürmə zamanı 58 nəfər azərbaycanlı öldürüldü. Mayor Aşin Simonyan 26 nəfərlik dəstəsi ilə Xankəndiyə gəldikdən sonra 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bildi. Polkovnik Yevgeni Zaviqarova nəğd 36 min ABŞ dollarını tanışlıq üçün "hədiyyə" etdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri general-mayor Brois Budeykin polkovnik Zaviqarovu buna görə ittiham edib".
Xocalı soyqırımından iki gün sonra burda olmuş hər bir şəxs yüksək mükafat, bahalı qızıl hədiyyələr aldılar. Rus sülhməramlı adı ilə gəlmiş 366-cı alay silahların böyük hissəsini ermənilərə verib getdilər. ASALA və digər terrorçular Ermənistan ərazisindən İrana keçərkən ordan da xaricə getdilər.
Milli.Az
Bugün, 16:54
Onlar viza tələbindən azad edilir
Bugün, 16:46
Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Bugün, 16:17
Rusiya Azərbaycana nota verib
Bugün, 15:33
Ali Məhkəmə saxta pul işi üzrə qərar verib
Bugün, 14:59
Rusiya XİN: "3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik
Bugün, 14:33
Paşinyan II Qareginin istefasını tələb edib
Bugün, 14:08
Özbəkistan XİN: Azərbaycanda yeni səfirlik binası açmağı planlaşdırırıq
Bugün, 13:14
Rusiyada Səfərov qardaşlarının amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bugün, 12:41
Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi keçirilir - GÖRÜNTÜLƏR
Bugün, 12:12
Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik - Ekspertiza rəyi
Bugün, 11:46
Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq
Bugün, 11:19
İlham Əliyev Ruanda Prezidentini təbrik edib
Bugün, 08:30
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
Dün, 16:54
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"ndakı bədbəxt hadisəyə dair açıqlama yayıb
Dün, 16:32
İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq - AYLIQ PROQNOZ
Dün, 16:06
İlham Mirzəliyev Tərtərdə vətəndaşları qəbul edəcək
Dün, 15:29
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib
Dün, 15:06
Qohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq
Dün, 12:37
Sabah Bakıda hava yağmursuz olacaq
Dün, 12:01
Cümşüdün ölümü ilə bağlı cinayət işi BAŞLADI
Dün, 11:38
Sabahdan Azərbaycanda bu müavinətlərin məbləği artırılır - SİYAHI
Dün, 11:06
Mərakeşli deputatlar Zəfər parkında - FOTO
Dün, 10:40
Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
Dün, 09:58
Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir
Dün, 09:28
Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var
Dün, 09:04
Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
Dün, 08:41
Bakının bir sıra yollarında tıxac yaranıb