Meral Akşener “altılı masa”nı tərk etdi - Kılıçdaroğluna görə

Türkiyədə müxalifət liderlərindən ibarət “altılı masa”ya daxil olan partiyalardan biri İYİ partiyasının idarə heyətinin bu gün iclası keçirilib.
İclas partiyanın sədri Meral Akşenerin iştirakı ilə baş tutub.
İclasdan sonra Meral Akşener dünən “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı keçirilən müzakirələrdən danışıb.
Onun sözlərinə görə, 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiyası öz namizədlərini irəli sürüb. Bunlar isə Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu olub. Buna baxmayaraq, digər partiyalar Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyini qəbul etməyib.
Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.
Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Sözügedən namizədin adının martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi gözlənilir. Bununla yanaşı, Ə. İmamoğlu namizədliyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərək seçkilərdə namizəd olmayacağını qeyd edib.
Qeyd edək ki, “altılı masa”ya Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxil idi.
Bugün, 18:00
Novruz yarmarkaları BAŞLAYIR
Bugün, 17:30
MEDİA jurnalistlərə çağırış etdi
Bugün, 17:00
Rza Pəhləvi İrandakı azərbaycanlılara müraciət etdi
Bugün, 16:30
İdmana ayrılan pul kifayət etmir - AÇIQLAMA
Bugün, 16:00
Şadlıq sarayları azaldılsın, idman mərkəzləri artırılsın! - TƏKLİF
Bugün, 12:00
Xamenei ilə vida mərasimi bu vaxtdan BAŞLAYIR - 3 gün davam edəcək
Bugün, 11:30
Bakıda dostların davası QANLA BİTDİ
Bugün, 11:00
Bu tarixdə qısaldılmış iş günü olacaq
Bugün, 10:30
Dollar niyə bahalaşdı?
Bugün, 10:00
Dərs saatlarını azaltmaq təklifi - 90 dəqiqə yerinə...
Bugün, 09:30
Azərbaycana radiasiya təhlükəsi
Bugün, 09:00
Elgiz ARB-dən getdi, sponsorları da apardı
Dün, 18:00
Mərkəzi Bank bu saytın fəaliyyətini dayandırır
Dün, 17:30
İranın dost dediyi ölkələr - SÜRPRİZ ADLAR
Dün, 17:00
"28 May"da dəhliz yaradılır - "Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
Dün, 16:30
Daha bir qadın instaqram paylaşımlarına görə CƏZALANDIRILDI
Dün, 16:00
Uşaqlara ad qoymaqla bağlı yeni qayda
Dün, 12:00
Qadağan edilmiş bu məhsulların ölkəyə gətirilməsi kəskin artıb
Dün, 11:30
Peşə məktəbinə yeni direktor təyin olundu
Dün, 11:00
HPV peyvəndi Azərbaycanda tətbiq olunacaq?
Dün, 10:30
Neftin qiyməti 200 dollara qalxa bilər
Dün, 10:00
Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi
Dün, 09:30
Avtomobil almaq istəyənlərin nəzərinə: Aldadıla bilərsiniz
Dün, 09:00
Bu gün Od çərşənbəsidir
2-03-2026, 18:00
Goranboyda qayın yeznəni bıçaqladı
2-03-2026, 17:30
Sərhədlər bağlandı - Türkiyədən TƏCİLİ AÇIQLAMA
2-03-2026, 17:00
İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı