İmamoğlu və Yavaş Kılıçdaroğluna belə dəstək oldular
Gündəm / Dünya
Oxunub: 200
4 Mrt 2023 | 11:27
İmamoğlu və Yavaş Kılıçdaroğluna belə dəstək oldular


Xəbər verdiyimiz kimi, ötən gün Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankarada görüşüb.

İYİ partiya sədri Meral Akşenerin zəngindən sonra baş tutan görüşün ardından hər iki siyasətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu dəstəklədiklərini elan ediblər.

hedeftv.az Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşdən sonra Ə. İmamoğlu sosial media hesabında Kılıçdaroğluna dəstəyini paylaşaraq onun millətin çətin günündə xalqın iradəsini təmsil edəcəyinə ümid etdiyini qeyd edib: “Millət İttifaqı xalqımızın çətin dönəmində üzərinə ağır bir məsuliyyət götürüb. İnanıram ki, millətimizə çarəsiz, ümidsiz günlərdə tək olmadıqlarını göstərəcəklər. CHP-nin öz övladı və Millət İttifaqının Bələdiyə başqanı olaraq millətimizin arzu etdiyi birlik içərisində, ittifaq masasında iradəmizi təmsil edən cənab Kılıçdaroğlunun və Millət İttifaqının daha da böyüyəcəyinə şübhəm yoxdur”.

İmamoğludan sonra CHP sədri Kamal Kılıçdaroğluna dəstək Mənsur Yavaşdan da gəlib. Yavaş sosial media hesabından verdiyi açıqlamada bunları qeyd edib: “İndiyə qədər verdiyimiz açıqlamalarda partiyamızın sədri cənab Kılıçdaroğlunun iradəsinə zidd hərəkət etməyəcəyimizi bildirmişdik. Eyni yoldayıq. Ümidimiz Millət İttifaqının bütün maraqlı tərəflərlə yoluna davam etməsidir”.

Xatırladaq ki, martın 2-si “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.
Bugün, 18:00
Novruz yarmarkaları BAŞLAYIR
Bugün, 17:30
MEDİA jurnalistlərə çağırış etdi
Bugün, 17:00
Rza Pəhləvi İrandakı azərbaycanlılara müraciət etdi
Bugün, 16:30
İdmana ayrılan pul kifayət etmir - AÇIQLAMA
Bugün, 16:00
Şadlıq sarayları azaldılsın, idman mərkəzləri artırılsın! - TƏKLİF
Bugün, 12:00
Xamenei ilə vida mərasimi bu vaxtdan BAŞLAYIR - 3 gün davam edəcək
Bugün, 11:30
Bakıda dostların davası QANLA BİTDİ
Bugün, 11:00
Bu tarixdə qısaldılmış iş günü olacaq
Bugün, 10:30
Dollar niyə bahalaşdı?
Bugün, 10:00
Dərs saatlarını azaltmaq təklifi - 90 dəqiqə yerinə...
Bugün, 09:30
Azərbaycana radiasiya təhlükəsi
Bugün, 09:00
Elgiz ARB-dən getdi, sponsorları da apardı
Dün, 18:00
Mərkəzi Bank bu saytın fəaliyyətini dayandırır
Dün, 17:30
İranın dost dediyi ölkələr - SÜRPRİZ ADLAR
Dün, 17:00
"28 May"da dəhliz yaradılır - "Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
Dün, 16:30
Daha bir qadın instaqram paylaşımlarına görə CƏZALANDIRILDI
Dün, 16:00
Uşaqlara ad qoymaqla bağlı yeni qayda
Dün, 12:00
Qadağan edilmiş bu məhsulların ölkəyə gətirilməsi kəskin artıb
Dün, 11:30
Peşə məktəbinə yeni direktor təyin olundu
Dün, 11:00
HPV peyvəndi Azərbaycanda tətbiq olunacaq?
Dün, 10:30
Neftin qiyməti 200 dollara qalxa bilər
Dün, 10:00
Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi
Dün, 09:30
Avtomobil almaq istəyənlərin nəzərinə: Aldadıla bilərsiniz
Dün, 09:00
Bu gün Od çərşənbəsidir
2-03-2026, 18:00
Goranboyda qayın yeznəni bıçaqladı
2-03-2026, 17:30
Sərhədlər bağlandı - Türkiyədən TƏCİLİ AÇIQLAMA
2-03-2026, 17:00
İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı