Generalların məhkəməyə çağırılması istənildi
Gündəm / Sosial
Oxunub: 132
14 Mrt 2023 | 19:06
Generalların məhkəməyə çağırılması istənildi


Azərbaycan hərb tarixindəki ən böyük cinayət işlərindən sayılan “Tərtər işi” üzrə ilk məhkəmə prosesi başlayıb.

Bakı Hərbi Məhkəməsinin icraatında olan işə zərərçəkmişlərin say çoxluğu ilə əlaqədar Sumqayıt Məhkəmə Kompleksində baxılıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan iclasda həbs edilmiş 4 yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. İş üzrə 194 zərərçəkmiş olsa da, prosesə təxminə 20-yə yaxın zərərçəkmiş qatılıb.

Həmçinin oxuyun: Банк Республика открыл обновленный филиал “Нефтчиляр” по новому адресу

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri olub. Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi kimi çalışıb, Ramil Qarayev və Rüstəm Ələsgərov isə N saylı hərbi hissələrin kəşfiyyatçıları olublar.

Proses zamanı təqsirləndirilən şəxslərin vəkilləri və zərərçəkmişlər məhkəməyə vəsatət təqdim edib. Hər 4 şəxsin vəkili prosesin qapalı keçirilməsi və təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Zərərçəkmişlərdən isə bir neçə nəfər çıxış edərək təqsirləndirilən şəxslərə əlavə ittihamlar verilməsini, bundan başqa iş üzrə 4 nəfərin deyil, daha çox adamın məsuliyyətə cəlb olunmasını istəyiblər.

Vəsatətdə Tərtər hadisələri vaxtı korpus komandirləri - general-mayor Hikmət Həsənov və general-leytenant Mayis Bərxudarovun məhkəməyə çağırılması, dindirilməsi və üzləşdirilməsi tələb edilib. Qeyd olunub ki, Tərtər hadisələri baş verən ərəfədə M.Bərxudarovun harada olması telefon siqnalları vasitəsilə yoxlanılmalıdır.

Digər zərərçəkmiş Niyaməddin İbadov isə vəsatətlərə münasibət bildirərkən istintaqın yarımçıq aparıldığını deyib: “Korpus komandiri (red. Hikmət Həsənovu nəzərdə tutur, hazırda başqa vəzifədə çalışır) niyə məsuliyyətə cəlb olunmur?! Bu məhkəmə məni qane etmir. Təqsirləndirilən şəxslər arasında daha çox adam olmalıdır. Bu iş bütün ölkənin diqqətindədir. Açıq keçirilməlidir”.
Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirərkən qeyd edib ki, məhkəmənin qapalı keçirilməsi və müttəhimlərin ev dustaqlığına buraxılması üçün hüquqi əsaslar yoxdur. O, ittihamların ağırlaşdırılması və yeni şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəsatətləri isə məhkəmənin gedişində müzakirə etməyi məqbul sayıb. Prokuror qeyd edib ki, hazırda Baş Prokurorluq tərəfindən “Tərtər işi” üzrə istintaq hələ davam edir. İş üzrə cinayət törətməsinə dair əsaslı şübhələr yaranarsa, yeni şəxslər məhkəmədə məsuliyyətə cəlb oluna bilər. O, gedişatın zərərçəkmişlərin ifadələrindən asılı olacağını əlavə edib.

Hakimlər müşavirəyə yollanıb. Daha sonra qərar elan olunub. Hakimlər prosesin qapalı keçirilməsi və tutulan şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin etməyiblər. Digər vəsatətlər isə baxılmamış saxlanılıb.

Proses martın 28-də baxışa təyin olunub.

Qeyd edək ki, bu iş üzrə rəsmi olaraq 192 nəfər hərbçi zərərçəkmiş qismində tanınıb. İttiham olunan 4 nəfər həmin zərərçəkmişlərə ağır işgəncələr verməkdə ittiham olunur.
Bugün, 11:19
İlham Əliyev Ruanda Prezidentini təbrik edib
Bugün, 08:30
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
Dün, 16:54
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"ndakı bədbəxt hadisəyə dair açıqlama yayıb
Dün, 16:32
İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq - AYLIQ PROQNOZ
Dün, 16:06
İlham Mirzəliyev Tərtərdə vətəndaşları qəbul edəcək
Dün, 15:29
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib
Dün, 15:06
Qohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq
Dün, 12:37
Sabah Bakıda hava yağmursuz olacaq
Dün, 12:01
Cümşüdün ölümü ilə bağlı cinayət işi BAŞLADI
Dün, 11:38
Sabahdan Azərbaycanda bu müavinətlərin məbləği artırılır - SİYAHI
Dün, 11:06
Mərakeşli deputatlar Zəfər parkında - FOTO
Dün, 10:40
Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
Dün, 09:58
Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir
Dün, 09:28
Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var
Dün, 09:04
Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
Dün, 08:41
Bakının bir sıra yollarında tıxac yaranıb
28-06-2025, 19:18
Şabranda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
28-06-2025, 18:43
Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb
28-06-2025, 08:49
5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
28-06-2025, 08:17
İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar aparmaq istəyir
28-06-2025, 07:40
Rusiya Odessaya hücum edib, ölən və xəsarət alanlar var
26-06-2025, 11:44
İlham Əliyev iranlı həmkarı ilə danışıb, regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını ifadə edib
26-06-2025, 11:12
Xankəndi şəhərində Silahlı Qüvvələrin 107-ci ildönümü qeyd edilir
26-06-2025, 10:09
İlham Əliyevin rəhbərliyi ilə tarix yazan Azərbaycan Ordusu - 107 yaşlı qürur mənbəyimiz - ŞƏRH
26-06-2025, 09:57
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2025, 09:04
Tovuzda qidadan zəhərlənən 36 nəfər evə buraxılıb
26-06-2025, 08:12
Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib