Dövlət qurumlarında boş olan rəhbər vəzifələr müsahibəyə çıxarılıb
Gündəm / Sosial
Oxunub: 146
6 Nis 2023 | 18:54
Dövlət qurumlarında boş olan rəhbər vəzifələr müsahibəyə çıxarılıb


Bu gündən dövlət qurumlarında boş olan rəhbər vəzifələr müsahibəyə çıxarılıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Hesablama Palatası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qida Təhlükəsizliyi Agentliyində inzibati vəzifələrin 1-4-cü təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid 7 inzibati vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 1-ci təsnifatına uyğun olan Hesablama Palatası Aparatının rəhbəri vəzifəsidir.

Ümumilikdə isə Hesablama Palatasında 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2 və Qida Təhlükəsizliyi Agentliyində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılmışdır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 apreldən 20 aprel saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi