CHP-də XAOS BAŞLADI - Kılıçdaroğlu partiya üzvlərini niyə qəzəbləndirib?
Gündəm / Dünya
Oxunub: 142
16 May 2023 | 07:51
CHP-də XAOS BAŞLADI - Kılıçdaroğlu partiya üzvlərini niyə qəzəbləndirib?

"14 may prezident seçkilərinin nəticələrinə görə, CHP lideri Kamal Kılıçdaroğlu rəqibi Rəcəb Tayyib Ərdoğandan 4,5 xal geri qalıb. Səs sayına görə prezident Ərdoğanla Kılıçdaroğlu arasındakı fərq təxminən 2,5 milyona bərabərdir. Girdiyi hər seçkidə uduzan Kılıçdaroğlu ətrafına topladığı yerli və xarici ortaqlarla birlikdə növbəti dəfə ağır məğlubiyyətə uğradı".

Bu fikirlər Türkiyənin "Sabah" qəzetində dərc olunan məqalədə öz əksini tapıb.

Məqalədə qeyd olunub ki, seçki prosesi zamanı "yeddili koalisiya" masasından və çıxışlardan istədiyi cavabı ala bilməyən Kılıçdaroğlu koalisiya qrupunu bir arada saxlamaq üçün CHP-liləri hiddətləndirən güzəştlərə gedib. Belə ki, Kamal Kılıçdaroğlu 7 partiyalı koalisiyanın kiçik ortaqları Deva, Gələcək, Saadət və Demokrat Partiyasına verdiyi yerlərlə CHP millət vəkillərinin sayını "gülünc rəqəmlərə" endirib. Bu isə partiya üzvlərinin kəskin etirazına səbəb olub.

"Səsləri 0,1 də olmayan kiçik ortaqlara 10-10 mandat paylayan müxalifət sədri mübahisəli simaları CHP siyahılarında namizəd etməkdən də çəkinməyib. Hər fürsətdə hesab uzmanı olduğunu deyən Kamal Kılıçdaroğlu hakimiyyətdə olmaq xatirinə və bir çox fərqli qruplarla iş birliyini davam etdirmək üçün çox sayda adamı vitse-prezident və millət vəkilli postuna gətirəcəyi barədə vədlər verib və bu, CHP-ni qarışdırıb" - "Sabah" yazır.

Məqalədə vurğulanıb ki, 14 may seçkilərində milli iradə CHP-ni klassik səs nisbətinin üzərinə qaldırmadı və CHP payladığı yerlərə görə Türkiyə Böyük Millət Məclisində (TBMM) xüsusi çəkisini itirdi:

"Kılıçdaroğlunun payladığı yerlər CHP-ni TBMM-də böyük problemə salıb. Toplam 169 deputatı olsa da, seçkinin nəticələrinə görə, Gələcək, Deva, Səadət və Demokrat Partiyasına payladığı kresloların sayı 36-ya çatıb. Beləliklə, Türkiyə Böyük Millət Məclisində Kılıçdaroğlunun CHP siyasətini dəstəkləyəcək cəmi 133 deputat qalıb".

Musavat.com
10-01-2026, 18:00
Xətaidə bir günün içində 50 illik pilləkənlər yoxa çıxdı - Nə baş verir?
10-01-2026, 17:30
Yeniyetmə məktəbin qarşısında bıçaqlandı
10-01-2026, 17:00
Bakıda torpaq alanların DİQQƏTİNƏ! "Dodaq uçuqladan" QİYMƏTLƏR
10-01-2026, 16:30
Kərə yağı bahalaşacaq?
10-01-2026, 16:00
"Azərşəkər"də zəhər kimi korrupsiya - Mehdiyev 800 min manatı...
10-01-2026, 15:30
Putini Maduronun taleyi gözləyirmi? – Tramp açıqladı
10-01-2026, 15:00
Qoyun sürüsü supermarketə doldu – kassalar önündə 20 dəqiqəlik “işğal”
10-01-2026, 11:00
“Neftçi” 3 qolla qələbə qazandı
10-01-2026, 10:30
Azərbaycanda gəmi kapitanı vəfat etdi
10-01-2026, 10:00
İran etirazçıları edamla HƏDƏLƏDİ
10-01-2026, 09:30
Bakıda taksi şirkəti fəaliyyətini dayandırır
10-01-2026, 09:00
İcra hakimiyyətlərində islahat başladı - Bu vəzifələr LƏĞV EDİLDİ
9-01-2026, 18:00
Azərbaycanda “Azərdovşansaxlayan” adlı QHT də var imiş
9-01-2026, 17:30
Bu ölkənin 19 generalı ÖLDÜRÜLÜB
9-01-2026, 17:00
Ən çox şikayət olunan internet provayderlər
9-01-2026, 16:30
Prezident deputatla bağlı sərəncam İMZALADI
9-01-2026, 16:00
Naxçıvanda evlənənlərin yarıdan çoxu BOŞANIB
9-01-2026, 15:30
Bakı-Tehran reysi ləğv edildi - RƏSMİ
9-01-2026, 15:30
Bakıda mənzildə meyit tapıldı
9-01-2026, 11:00
İranda internet 12 saatdır kəsilib
9-01-2026, 10:30
Pensiyalar gecikəcək
9-01-2026, 10:00
Azərbaycanda kağız formada diplomlar verilməyəcək
9-01-2026, 09:30
İrandan vaxtı keçmiş yağlar gətirilir - Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur - AÇIQLAMA
9-01-2026, 09:00
"BakıKart" ləğv olunur? - AÇIQLAMA
8-01-2026, 18:00
Sabah qar yağacaq
8-01-2026, 17:30
Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
8-01-2026, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ