Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək
Gündəm / Dünya
Oxunub: 141
27 May 2023 | 14:49
Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək


Sabah Türkiyə tarixində ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu keçiriləcək. Dövlətin ən ali postu uğrunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu arasında mübarizədə qalib səs çoxluğu ilə müəyyənləşəcək.

Yüksək Seçim Qurumunun (MSK) məlumatına görə, Ankara vaxtı ilə saat 08:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək səsvermə məntəqələrində ümumilikdə 191 mindən çox seçki qutusu qurulacaq. Ölkə daxilində 60 milyondan çox seçici səsvermədə iştirak edə biləcək.

Dünyanın 73 ölkəsində yaşayan 3,5 milyona yaxın Türkiyə vətəndaşı üçün təşkil olunan seçki prosesi mayın 24-də başa çatıb. Gömrük məntəqələrində isə səsvermə sabah yerli vaxtla saat 17:00-dək davam edəcək. Xarici ölkələrdən Türkiyəyə gətirilən bülletenlər Türkiyədə səsvermə başa çatdıqdan sonra sayılacaq.

Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.

İlk turda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu səsvermənin ikinci turunda mübarizəni davam etdirir.
Dün, 18:00
Xətaidə bir günün içində 50 illik pilləkənlər yoxa çıxdı - Nə baş verir?
Dün, 17:30
Yeniyetmə məktəbin qarşısında bıçaqlandı
Dün, 17:00
Bakıda torpaq alanların DİQQƏTİNƏ! "Dodaq uçuqladan" QİYMƏTLƏR
Dün, 16:30
Kərə yağı bahalaşacaq?
Dün, 16:00
"Azərşəkər"də zəhər kimi korrupsiya - Mehdiyev 800 min manatı...
Dün, 15:30
Putini Maduronun taleyi gözləyirmi? – Tramp açıqladı
Dün, 15:00
Qoyun sürüsü supermarketə doldu – kassalar önündə 20 dəqiqəlik “işğal”
Dün, 11:00
“Neftçi” 3 qolla qələbə qazandı
Dün, 10:30
Azərbaycanda gəmi kapitanı vəfat etdi
Dün, 10:00
İran etirazçıları edamla HƏDƏLƏDİ
Dün, 09:30
Bakıda taksi şirkəti fəaliyyətini dayandırır
Dün, 09:00
İcra hakimiyyətlərində islahat başladı - Bu vəzifələr LƏĞV EDİLDİ
9-01-2026, 18:00
Azərbaycanda “Azərdovşansaxlayan” adlı QHT də var imiş
9-01-2026, 17:30
Bu ölkənin 19 generalı ÖLDÜRÜLÜB
9-01-2026, 17:00
Ən çox şikayət olunan internet provayderlər
9-01-2026, 16:30
Prezident deputatla bağlı sərəncam İMZALADI
9-01-2026, 16:00
Naxçıvanda evlənənlərin yarıdan çoxu BOŞANIB
9-01-2026, 15:30
Bakı-Tehran reysi ləğv edildi - RƏSMİ
9-01-2026, 15:30
Bakıda mənzildə meyit tapıldı
9-01-2026, 11:00
İranda internet 12 saatdır kəsilib
9-01-2026, 10:30
Pensiyalar gecikəcək
9-01-2026, 10:00
Azərbaycanda kağız formada diplomlar verilməyəcək
9-01-2026, 09:30
İrandan vaxtı keçmiş yağlar gətirilir - Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur - AÇIQLAMA
9-01-2026, 09:00
"BakıKart" ləğv olunur? - AÇIQLAMA
8-01-2026, 18:00
Sabah qar yağacaq
8-01-2026, 17:30
Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
8-01-2026, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ