İlham Əliyev italiyalı həmkarını təbrik etdi
Gündəm / Siyasət
Oxunub: 112
2 Haz 2023 | 11:32
İlham Əliyev italiyalı həmkarını təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

2 İyun – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Güclü siyasi əlaqələrimiz gündən-günə genişlənən ticari, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə əməkdaşlığımızın və çoxölçülü strateji tərəfdaşlığımızın təməlini təşkil edir. Bu da öz növbəsində, dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır.

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İqtisadi sahədə səmərəli fəaliyyətimizin yüksələn xətlə inkişaf etməsi bizi sevindirir. Bunun da əsas tərkib hissələrindən birini enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız təşkil edir. Şadam ki, bu istiqamətdə birgə atdığımız addımlar Avropanın enerji təhlükəsizliyinə töhfə verərək, eyni zamanda, Azərbaycan-İtaliya əməkdaşlığını möhkəmləndirir.

İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində fəal iştirakını təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəngəzurda ən çox iş görən şirkətlər sırasındadırlar ki, bu da dövlətlərarası əlaqələrimizin səviyyəsindən xəbər verir.

Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət verir, qeyri-neft sektorunda birgə fəaliyyətimizi şaxələndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Apardığımız ali səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına İtaliyanın daim verdiyi dəstəyi yüksək qiymətləndiririk.

Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm".
Bugün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Bugün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Bugün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Bugün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Bugün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Bugün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Bugün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Bugün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Bugün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Bugün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Bugün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Bugün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
Dün, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
Dün, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
Dün, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
Dün, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
Dün, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
Dün, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
Dün, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
Dün, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
Dün, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
Dün, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
Dün, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
Dün, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi