Hasardan düşən bacısını öldürdü, qayınatası "uşağının" atası çıxdı - Cinayətin sensasiyalı DOSYESİ
Hadisə
Oxunub: 135
17 Ekm 2023 | 20:24
Hasardan düşən bacısını öldürdü, qayınatası "uşağının" atası çıxdı - Cinayətin sensasiyalı DOSYESİ


Bakıda bacısını qətlə yetirməkdə təqsirli bilinən Sevman Ramazanovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Hedeftv.az  xəbər verir ki, 1985-ci il təvəllüdlü Sevman Rəhman oğlu Ramazanov  bir müddət əvvəl sevdiyi qızı zorlamaqda təqsirli bilinərək Astara polisi tərəfindən saxlanılıb. O bu əməlini təkzib etsə də, 2006-cı ildə törətdiyi ağır cinayətini etiraf edib.

İstintaqla müəyyən edilib ki, S.Ramazanov 2006-cı ildə keçmiş Əzizbəyov rayonu, Türkan qəsəbəsində yaşayan bacısı, 1984-cü il təvəllüdlü İradə Ramazanovanı namus üstündə boğaraq qətlə yetirib. Sonra isə onun meyitini digər bacısı Pərvanə Ramazanovanın həyətində basdırıb. Hadisədən bir il sonra S.Ramazanov izi itirmək məqsədi ilə bacısının meyitini torpaqdan çıxardaraq Türkan qəsəbəsi ərazisində yerləşən zibilliklərin birində yandırıb. Hadisə yerinə baxış keçirən əməliyyatçılar oradan meyitin qalıqlarını aşkar edərək götürüblər.

İstintaqda ifadə verən Sevman Ramazanov bildirib ki, o, Astara rayonunda ailə üzvləri ilə bilrikdə yaşayıb. Ailədə 7 bacı, 4 qardaş olublar. 

2004-cü il may ayının axırlarında bacıları Nərgiz ilə Günay (adlar şərtidir) ona deyiblər ki, həyətyanı sahədə dayısı oğlu Kənanla (ad şərtidir) digər bacısı Sevincin ( ad şərtidir) cinsi əlaqədə olmalarını görüblər. Anası dayısına bu haqda dedikdən sonra Astara RPŞ-yə məlumat verib. Bunu bilən dayısı oğlanları Rusiya Federasiyasına qaçıblar. Sonra Sevman hərbi xidmətə çağırılıb və xidmətdə olan zaman eşidib ki, bu işlə bağlı keçirilən məhkəmə prosesində bacısı Sevinc Sübhan, Şaiq və Şahinlə öz xoşu ilə əlaqədə olmasını etiraf edərək anasının üzünə durub və bu səbəbdən də iş bağlanıb. Sevinc Ramazanova təxminən 1 ay dayısının evində qalıb sonra isə onu oradan qovublar. 

Hərbi xidmətdən qayıdandan sonra ona bacısının əxlaqsız həyat tərzi sürməsi və hərdən gedib Bakıda Türkan qəsəbəsində digər bacısıgildə qalması məlum olub.

2006-cı il iyunun 12-də Sevman Pərvanəyə o biri bacısı Humaygilə getməsini tapşırıb və onun evində dostları ilə qonaqlıq edəcəklərini deyib. O, Pərvanəni yola salmaq üçün onunla birlikdə həyətdən çıxıb. Az keçmiş Sevincin hasardan aşaraq Pərvanənin həyətinə daxil olmasını görüb. Bacısını istifadə olunmayan ayaqyolunda tutub. Sevinc arxaya çevrilib qardaşını görən kimi, Sevman onu boğmağa başlayıb. Təxminən 1 dəqiqədən sonra sonuncu keçinib. 

Meyiti yerə uzadıb bayıra çıxan Ramazanov siqaret çəkib və bacısını harada basdıracağı haqda fikirləşib.  

Sevman Ramazanov ifadəsinin davamında bildirib ki, hasarın kənarında xəndək qazdıqdan sonra cəsədi ora qoyub və üstünü torpaqla doldurub. Ayaqyolunda olan bacısının bütün əşyalarını və paltarlarını isə yandırıb.

Səhərisi gün Sevman Ramazanov Astaraya qayıdıb. Təxminən 2 həftə sonra qohumu Zəfər və onun qardaşı Toğrulla yeyib-içərkən Sevinci öldürdüyünü onlara deyib. Sonra bir müddət gecələr pis yuxular gördüyündən meyiti çıxarıb yandırmağı qərara alıb. Bu məqsədlə də 2007-ci ilin avqust ayında Pərvanə Astaraya gələndə o, Bakıya yollanıb. Sevincin meyitini basdırdığı yerdən qazıb çıxarıb. Qalıqları un kisəsinə yığıb və səhər tezdən aparıb daş karxanasının yanında təkərin içində yandırıb.  

Bundan təxminən bir neçə ay sonra o, işləmək üçün Rusiyaya gedib və 2009-cu ilin may ayında Astaraya qayıdıb. Dayısı qızı Xəyalə (ad şərtidir) ilə nişanlanıb. Sevman hərdən Bakıya gəlib fəhləlik edərək pul qazanmaqla məşğul olub. Bakıda olan vaxt anası ona zəng edib nişanlısının xəstələndiyini deyib. Üç gündən sonra rayona qayıdan Sevmana məlum olub ki, anası Xəyaləni həkimə aparıb və müayinə zamanı sonuncunun hamilə olduğu məlum olub.

Sevman bildirib ki, nişanlısı ilə cinsi əlaqədə olmayıb. Nişanlısı ona atasından hamilə qaldığını və atasının 10 yaşından bəri mütəmadi olaraq onunla cinsi əlaqədə olduğunu deyib.

Nişanlısının bacısı Məhəbbət (ad şərtidir) atasının hərəkətləri barədə polis şöbəsinə şikayət edib. Araşdırma vaxtı bir neçə dəfə Sevmanı da şöbəyə dəvət ediblər. Lakin qızın onunla əlaqədə olmadığı üzə çıxdıqdan sonra Xəyalənin atası yəni dayısını axtarmağa başlayıblar.

Dayısı bir müddət məsuliyyətdən yayınsa da, polis əməkdaşları onu yaxalamağa müvəffəq olublar. 

Dekabrın axırlarında Sevmanı növbəti dəfə polis şöbəsinə çağıranda ondan bacısı Sevinc barədə soruşublar. Dayısı Faiq Sevincin onun tərəfindən öldürülməsini polis əməkdaşlarına dediyi üçün Ramazanov bacısını necə və hansı vəziyyətdə qətlə yetirdiyini etiraf edib. 

Məhkəmə prosesində təqsirləndirilən Sevman Ramazanov törətdiyi əməlindən peşman olduğunu bildirib.

Sonda məhkəmənin hökmü ilə o, CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub.
Hasardan düşən bacısını öldürdü, qayınatası "uşağının" atası çıxdı - Cinayətin sensasiyalı DOSYESİ

Bugün, 19:18
Sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxunub
Bugün, 18:06
Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır
Bugün, 17:27
Gələn ildən elektrik və hibrid mühərrikli avtomobillərin qiyməti necə dəyişəcək? - ARAŞDIRMA
Bugün, 16:40
Azərbaycan İordaniyaya yeni səfir təyin edib
Bugün, 16:02
Emin Əmrullayev: Qızların yuxarı siniflərdə təhsil göstəricilərinin azalması qadağalarla üzləşmələri ilə bağlıdır
Bugün, 14:44
Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub
Bugün, 13:02
Sabahın hava proqnozu açıqlanıb
Bugün, 12:34
Poliklinikalarda elektron növbə sistemi bütün ölkəni əhatə edəcək
Bugün, 11:44
TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq
Bugün, 11:02
Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşəcək
Bugün, 10:24
Rusiyada ağır yol qəzası baş verib, ölən və yaralananlar var
Bugün, 09:55
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq
Bugün, 09:17
Maaşlarımızdan bu qədər vergi tutulacaq
25-10-2025, 16:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
25-10-2025, 15:51
Bəylər Eyyubovun təyinatı barədə xəbər TƏSDİQLƏNDİ
25-10-2025, 15:16
Onlayn qumar oyunlarında bank kartlarının alqı‑satqısını həyata keçirən dəstə üzvləri saxlanıb - VİDEO
25-10-2025, 12:47
Tbilisidə 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb
25-10-2025, 12:21
Orada hər həftə təxminən 7 min nəfər həlak olur - FACİƏ
25-10-2025, 11:41
Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! - XƏBƏRDARLIQ
25-10-2025, 11:17
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
25-10-2025, 10:30
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb
25-10-2025, 10:00
Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"la, "Zirə" "Sumqayıt"la üz-üzə gələcək
24-10-2025, 16:17
Müəllimlərin maaşının artırılması üçün təkliflər təqdim edəcəyik
24-10-2025, 15:39
Pakistanda son 24 saat ərzində ikinci partlayış baş verib, ölənlər var
24-10-2025, 14:59
Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib
24-10-2025, 13:06
Yardımlıda avtomobil yolunun təmirinə 2 milyon manat ayrılıb
24-10-2025, 12:24
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini müəyyənləşdirmək üçün yeni qaydalar hazırlanıb