Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

Bloqer Nagehan Abdullayeva instaqram səhifəsindəki paylaşımına şərh yazan izləyicisindən polisə şikayət edib.
“Qafqazinfo”nun məlumatına görə, o, ərizə ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, instaqramda şəkillərinin altından tanımadığı səhifələrdən nalayiq ifadələr yazıblar. Ərizə əsasında profillərin müəyyən edilməsi üçün DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən araşdırma aparılıb. 28 yaşlı Xanım Quliyevanın (şərti ad-soyad) ona qarşı nalayiq ifadələr işlətdiyi müəyyən edilib.
Məlum olub ki, izləyici Nagehanı Türkiyədə zəlzələ baş verən ərəfədə əyləncəli paylaşım etdiyi üçün təhqir edib. İzləyici zəlzələ nəticəsində minlərlə insanın öldüyü halda Nagehan Abdullayevanın əri ilə musiqi qoşub rəqs etdiyi görüntünü paylaşdığını deyib. Buna görə də X.Quliyeva ona qarşı nalayiq ifadələr işlətdiyini bildirib. Qadın əməlindən peşman olduğunu qeyd edib.
İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə Xanım Quliyeva barəsində inzibati protokol tərtib edilib. Protokola Nərimanov Rayon Məhkəməsində baxılıb. X.Quliyeva 100 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, əslən türkiyəli olan N. Abdullayeva azərbaycanlı bloqer Fərid Abdullayevlə ailəlidir. Cütlüyün iki övladı var. N. Abdullayevanın instaqram izləyicilərinin sayı 1 milyondan çoxdur.


7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi