Kəlbəcərin dağ kəndlərində işıqlar sönməyəcək - VİDEO
Azərbaycanda sərt iqlimi və yüksək dağlıq relyefi ilə seçilən Kəlbəcər rayonunun elektrik təsərrüfatı yenidən qurulur.hedeftv.az "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, qarlı-şaxtalı hava şəraitinə baxmayaraq səhmdar cəmiyyəti 3 000 metrdən yüksək ərazilərdə fasiləsiz çalışır.
Kəlbəcər şəhəri 18 iyul 2021-ci ildən elektrik enerjisi ilə təmin olunub. Kəlbəcərin ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır. Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və "İstisu" mineral su zavoduna 35 kV-luq ikidövrəli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, transformator məntəqələri quraşdırılıb.
Həmçinin Zallar, Yanşaq, Keşdək, Zar, Qamışlı və Çaykənd kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb. İstisu qəsəbəsində inşa olunan 110/35 kV-luq "İstisu" yarımstansiyasının 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.
"Azərişıq" ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə elektrik təsərrüfatını yeniləyir. Görülən işlər vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Bugün, 11:30
Ukraynadan Azərbaycana 132 uşaq gətirilib
Bugün, 11:00
Ən çox qar Lerikə yağıb - Faktiki hava
Bugün, 10:30
Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək
Bugün, 10:00
Kəlbəcərin dağ kəndlərində işıqlar sönməyəcək - VİDEO
Bugün, 09:30
Ermənistan parlamenti sonuncu iclasa toplaşdı
Bugün, 09:00
İqtisadiyyatımız 1,4 % böyüyüb
17-01-2026, 18:00
Sumqayıtda aptek yanır
17-01-2026, 17:30
"Səkkiz" serialının ARB və yutubda yayımı dayandırıldı
17-01-2026, 17:00
Məktəblərdə üç fənn BİRLƏŞİR
17-01-2026, 16:30
Sığınacaqda yaşayan 8 uşağın anası valideynlik hüququndan məhrum edildi
17-01-2026, 16:00
Almaniya futbol üzrə Dünya Çempionatını boykot edə bilər
17-01-2026, 15:30
Maduro ələ keçirilərkən neçə nəfər öldürülüb? – Nazir dəqiq rəqəmləri açıqladı
17-01-2026, 11:30
Cəfər Cabbarlının büstünün restavrasiyasına başlanıldı
17-01-2026, 11:00
Taksi qiymətinə avtobuslar, bəs xidmətin keyfiyyəti?
17-01-2026, 10:30
Suriyada kürd dilinə dövlət statusu verildi
17-01-2026, 10:00
Yanından keçdiyiniz ağac əslində aydan gəlmiş ola bilər
17-01-2026, 09:30
“Məni gözəllik salonunda əməliyyat etdi, ağzım əyilir”
17-01-2026, 09:00
İnanılmaz əməliyyat: xəstənin bədənindən 60 kiloqramlıq şiş çıxardılar - Video
16-01-2026, 18:00
Putin İsraillə İranı müzakirə edib
16-01-2026, 17:30
Körpələr evinin müdirinə xəsarət yetirildi
16-01-2026, 17:00
Ailə quracaq BU gənclərə 19 MİN manat veriləcək
16-01-2026, 16:30
Elmira Axundovanın yaxın adamı məhkəmə zalında qandallandı – 8 milyonluq dələduzluq işi
16-01-2026, 16:00
İranlı müğənni Türkiyəyə qaçdı- rejimi qınayaraq dünya liderlərindən yardım istədi
16-01-2026, 15:30
"Azərbaycan Nəşriyyatı" BAĞLANIR
16-01-2026, 11:30
İllərlə sirr qalan xəstəliyin səbəbi üzə çıxdı
16-01-2026, 11:00
Tarixdə dönüş nöqtəsi: insan üçün orqan verən donuzlar
16-01-2026, 10:30
Rusiyanın öz “Viaqra”sı da işə yaramadı - məsələyə prokurorluq baxacaq